» » Orucu batil edənlər barədə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Nisan 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Orucu batil edənlər barədə
    +11
    Müəllif: Admin | 22-05-2015, 19:00 | Baxılıb: 5 194

     

     Orucu batil edənlər

    Yemək və içmək

    Sual 38: Yeməyi dadmaq orucu batil edərmi?

    Bütün müctəhidlərin rə`yi: Əgər onu udmazsa eybi yoxdur.

    Damağın qanı

    Sual 39: Damaq xəstə olduğuna görə ondan bir az qan gəlir. Bə`zən özündən ixtiyarsız onu udur. Orucu batildirmi?

    Bütün müctəhidlərin rə`yi: Əgər bilmədən və özündən ixtiyarsız udarsa, orucu düzdür.

    Sual 40: Bə`zən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda oruc batil olurmu?

    Bütün müctəhidlərin rə`yi (Təbrizi, Safi və Nuridən başqa): Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir.

    Təbrizi və Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən udmasın və tüpürsün.

    Nuri: Ağız suyu ilə həll olarsa da onu udmağa icazə yoxdur.

    Diş arasında qalan yemək

    Sual 41: Gündəlik diş arasında qalan yeməyi udduğunu bilən və ya ehtimal verən şəxsə səhər çağı dişlərini fırçalamaq lazımdırmı?

    İmam Xomeyni, Xamenei və Təbrizi: Əgər ehtimal həddində olarsa, eybi yoxdur. Amma gündə bir qırıntının udulmasını bilərsə, gərək dişlərini fırçalasın. Əgər bunu etməzsə və ondan bir qırıq udarsa, orucu batil olar. Əgər udmazsa, vacib ehtiyata əsasən, gərək onun qəzasını tutsun.

    Behcət, Təbrizi, Sistani, Safi və Fazil: Ehtimal həddində olarsa, eybi yoxdur; amma gündə ondan bir qırıq udduğunu bilərsə, gərək dişlərini ya xilal, ya fırça ilə təmizləsin. Əgər bunu etməzsə orucu batildir. (Ondan bir qırıq udmasa da.)

    Məkarim: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğunu bilərsə, vacib ehtiyata əsasən, gərək dişlərini fırçalasın və unudub bir şey udarsa orucu batildir, ramazan ayından sonra qəzasını tutmalıdır.

    Vəhid: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğuna əmin olarsa, gərək dişlərini təmizləsin. Bu işi etmədikdə və bir şey udduqda orucu batil olar.

    Səhvən bir şey yemək

    Sual 42: Oruc tutan şəxs unutmaq nəticəsində bir şey yeyərsə, onun yadına salmaq vacibdirmi?

    Bütün müctəhidlərin rə`yi: Xeyr, ona demək vacib deyil.

    Qarqara etmək

    Sual 43: Oruc tutan şəxsin qarqara etməsinin hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Əgər qarqara edən zaman su boğazdan aşağı gedərsə, orucu batil olar.

    Saqqız çeynəmək

    Sual 44: Saqqız çeynəməyin oruc tutan şəxs üçün hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi:  Eybi vardır.

    Bəlğəmi udmaq

    Sual 45: Bəlğəmi udmaq orucu batil edirmi?

    (Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəlğəmi udmaq, nə qədər ki, ağızın fəzasına çatmayıb eybi yoxdur; amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.

    Behcət: Bəlğəmi udmaq oruc olmayan günlərdə əgər adi bir iş olarsa və ağız fəzasına çatmazsa, eybi yoxdur, amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.

    Sistani: Bəlğəmi udmağın (ağız fəzasına çatmasına baxmayaraq) eybi yoxdur, amma ağız fəzasına çatarsa, müstəhəb ehtiyat budur ki, onu udmasın.

    Qeyd: Ağız və boğaz fəzasının səddi «x» hərfinin məxrəcidir.

    Oruc tutan şəxs və diş həkimi

    Sual 46: Ramazan ayında həkimin oruc tutan şəxsin dişini doldurmasının hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Ramazan ayında diş həkimləri üçün diş doldurmaq, müalicə etmək və diş çəkməyə icazə vardır. Oruc tutan şəxs qanın və aparat vasitəsi ilə ağıza ötürülən suyun udulmamasına əmindirsə, bu iş caizdir.

    Diş fırçalamaq

    Sual 47: Oruc halında diş pastası ilə diş fırçalamağın eybi varmı?

    Bütün müctəhidlərin rə`yi: Xeyr, eybi yoxdur. Amma gərək ağız suyunun içəri daxil olmasının qarşısı alınsın.

    Sual 48: Oruc halda tərkibində florayd və nanə tamı (dadı) olan diş təmizləyən sapdan istifadə etməyin hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Əgər ağız suyunu udmazsa, eybi yoxdur.

    İynə vurdurmaq

    Sual 49: Ramazan ayı oruc halda iynə vurdurmaq olarmı?

    İmam Xomeyni, Behcət və Xamenei: Əgər iynənin gücləndirici və qidalandırıcı tə`siri olarsa, vacib ehtiyata əsasən, bu işi etməkdən çəkinməlidir. Amma əgər iynənin müalicəvi (dərman) və ya hansısa bədən üzvünü keyləşdirmə tə`siri olarsa, qəbul etməyin eybi yoxdur.

    Fazil: Əgər iynənin gücləndirici və qidalandırıcı rolu olarsa, gərək onu qəbul etməkdən çəkinsin. Amma müalicəvi və bədən üzvünü keyitmək xassəsi olarsa, onu qəbul etməyin eybi yoxdur.

    Məkarim: Əgər iynənin müalicəvi, gücləndirici və qidalandırıcı rolu olarsa, vacib ehtiyata əsasən gərək onu qəbul etməkdən çəkinsin. Amma keyidici rolu olarsa, eybi yoxdur.

    Təbrizi, Sistani, Safi, Nuri və Vəhid: Müalicəvi, gücləndirici, qidalandırıcı və bu kimi başqa iynələr qəbul etmək orucu batil etmir.

    Bədənə sistem köçürmək

    Sual 50: Ramazan ayı oruc halda bədənə sistem köçürməyin hökmü nədir?

    İmam Xomeyni, Təbrizi, Xamenei, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, gərək bədənə sistem köçürməkdən çəkinsin. İstər gücləndirici və qidalandırıcı, istərsə də müalicəvi tə`sirli iynə olsun.

    Sistani, Safi, Nuri: Gücləndirici, qidalandırıcı və müalicəvi tə`sirinə baxmayaraq, bədənə sistem köçürmək orucu batil etmir.

    Fazil: Bədənə sistem köçürmək əgər gücləndirici və qidalandırıcı olarsa, ondan çəkinməlidir. Amma müalicəvi və bu kimi başqa tə`sirə malik olarsa, eybi yoxdur.

    Behcət: Bədənə sistem köçürmək orucu batil edir.

    Göz dərmanı

    Sual 51: Gözə dərman (göz dərmanı) tökmək orucu batil edirmi?

    Bütün müctəhidlərin rə`yi:  Əgər tökülən dərman həlqə (yeməyin ağızdan mədəyə keçdiyi hissəyə) çatsa və ya çatmasa, içəri daxil olmazsa, orucu batil etməz.

    Ətir və şampun

    Sual 52: Mübarək ramazan ayında şampun, vitaminli krem və pomadadan istifadə etməyə icazə varmı?

    Bütün müctəhidlərin rə`yi:  Qeyd olunan işlərdən heç biri orucu batil etmir. Amma pomadadan elə istifadə etməlidir ki, ağıza daxil olmasın və içəri ötürülməsin.

    Sual 53: Ramazan ayında oruc tutan şəxsin ətirdən istifadə etməsinin hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Ətirdən istifadə etmək oruc tutan şəxs üçün müstəhəbdir. Amma ətirli bitkiləri qoxulamaq məkruhdur.

    Qan hədiyyə etmək

    Sual 54: Oruc tutan şəxsin qan hədiyyə etməsinin hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi:  Əgər qan vermək bədənin zəifləməsinə səbəb olarsa məkruhdur.

    Başı suya salmaq

    Sual 55: Oruc halda başı su kranının altında yumağın hökmü nədir?

    Müctəhidlərin rə`yi: Başı suyun altına bir dəfə tam salmaq orucu batil edir. Amma duş və su kranının altında baş yumağın eybi yoxdur.

    Ləl-cəvahirat əldə etmək üçün suyun altına batanların orucu

    Sual 56: Su altına məxsus skafandrdan istifadə etməklə suya batan şəxslərin orucunun hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Baş əgər sudan mühafizə edən bir örtükdədirsə, oruc batil olmur.

    Oruc tutan şəxsin yeməyi qaytarması (qusması)

    Sual 57: Əgər oruc tutan şəxs ürək bulanması səbəbindən qusarsa, onun orucunun hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Əgər özündən ixtiyarsız olarsa, eybi yoxdur. Amma qəsdən olarsa, oruc batildir.

    Tüstü və buxar

    Sual 58: Oruc tutan şəxsin su buxarını nəfəs vasitəsilə udmasının hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Hamam suyunun buxarı orucu batil etmir.

    Siqaret çəkmək

    Sual 59: Oruc halda siqaret və tənbəki çəkməyin hökmü nədir?

    Bütün müctəhidlərin rə`yi: Vacib ehtiyat budur ki, oruc tutan şəxs siqaret və tənbəki tüstüsündən qorunsun.

    Nəqliyyat vasitəsinin tüstüsü

    Sual 60: Oruc tutan şəxsin boğazına nəqliyyat vasitəsinin tüstüsü daxil olarsa, onun orucu batil olarmı?

    Bütün müctəhidlərin rə`yi: Əgər qalın tüstünün boğaza çatmaması inamı ilə nəqliyyat vasitəsinin kənarında durarsa və tüstü qəfil surətdə boğazına çatarsa, orucu düzdür.

    Aerazol (çiləyici) dərman cihazı

    Sual 61: Müalicə üçün aerazol cihazından istifadə etmək (yə`ni onu nəfəs vasitəsi ilə qəbul etmək) orucu batil edərmi?

    (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər buxar qatı halda olarsa, vacib ehtiyata əsasən, onu boğazına çatdırmamalıdır. Əgər buxar ağız fəzasına su şəklində toplaşarsa, gərək onu udmasın.

    Behcət: Buxar qatı olarsa, gərək boğazına çatdırmasın. Əgər buxar ağız fəzasında su şəklində cəm olarsa, gərək onu udmasın.

     

    Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
    Müəllif: Seyyid Məhəmməd Hüseyni

     

     
     
    Bölmə: Oruc
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 23 Mayıs 2015 01:45 | Redaktor | Şərh yazdı
    Allah sizden razı olsun qardaş çox vacib melumatlardı sayenizde bilirik Allah size her zaman kömek olsun Amin.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 22 Mayıs 2015 20:57 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun  qardaş  çox sağ olun. Bilmediklerimizi öyrənirik Allah kömeyniz olsun Amin. Əllahummə Səlli Əla&nbs
    p;Muhammedin Və Ali Muhammed. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 22 Mayıs 2015 19:57 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun can Huseynim teveludun mubarek Allah razi olsun bunari hec bilmirdim ehsen sayenizde orgendim

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.