Bütün qidalar bir qidada toplanmışlar
Əlbəttə, o aləmin bütün ne᾽mətləri maddi yox, lətifdir. Rəvayətlərdə buyurulmuşdur ki, vahid bir şey mö᾽minin istəyi ilə müxtəlif növlərə çevrilə bilər. Məsələn, bir meyvə sənin istəyinlə başqa meyvə olar.Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət olunmuşdur ki, (Həmzə (əleyhissalam)-ın şəhadətindən sonra) buyurdu: "Seyyidüş-şühəda əmim Həmzəni gördüm ki, qarşısında Behişt meyvələrindən bir tabaq var idi. O meyvələrdən meyl edirdi, onun istəyi ilə birdən nar üzümə döndü, üzümdən yedi, yenidən üzüm xurmaya çevrildi.”
Bəli, lətif olduğundan, bir şey başqasına çevrilir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb