Həzrət Mühəmməd (Səlləllahu əleyhi və alihi və səlləm )-lə yaxınlıq və mö᾽minlərlə əlaqə
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in "ya Əli, sənin şiələrin mənim ətrafımda ağ üzlə nur minbərlərdədir, onlar Behiştdə mənim qonşularımdırlar”, buyurduğu kimi bu yaxınlıq da bir ne᾽mətdir ("Nüdbə” duası).
Vəsfə gəlməyən bir ləzzətdir ki, həmişəlik Behişt ne᾽mətləri geri alınmaz, bitib tükənməz.
Ruhani ne᾽mətlərdən biri də, Qur᾽anın buyurduğu kimi, peyğəmbərlər, salehlər və mö᾽minlərin qovuşmasıdır.
Hər gün bir Peyğəmbər qonaqdır
Rəvayət olunmuşdur ki, hər gün Behiştdə ziyarət və görüşə bir ulul-əzm peyğəmbər (ya Nuh, ya İbrahim, ya Musa, ya İsa, ya da Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) gələr və həmin gün o böyük şəxsə qonaq olarlar. Cümə axşamları Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm)-ə qonaqdırlar və cümə günləri Həzrət Həqqin yaxın məqamına də᾽vət edilərlər.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb