Yalan danışmaq
Sual 95: Hansı növ yalan orucu batil edir?
Bütün müctəhidlərin rə`yi (Behcət, Sistani və Məkarimdən başqa): Allah, İslam Peyğəmbəri (s), imamlar, vacib ehtiyata əsasən, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Məkarim: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və Həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Behcət: Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Sistani: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batil edir.
Sual 96: Əgər bir şəxs yalan yazmaqla onu İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batildirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, yazı da olmasına baxmayaraq, belə yalan orucu batil edir.
Qur`anı səhv oxumaq
Sual 97: Ramazan ayında Qur`an ayəsi və ya hədis səhv oxunarsa, orucun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu batil olmur, amma çalışıb, Qur`anı və hədisi düz oxumalıdır.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni