» » Yalanın rəva görülən halları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

ya_Fatime
ya_Fatime
2 Nisan 2026

halal rəqs də var imiş, ləzginka, balet-bu tərzdə olanlar: youtube:
"@asker_assaparty урок женской лезгинки (new)"
"мурад шихрагимов женская лезгинки". Eusiyadandı. Orda da ağır q*ətliam ediblər, burda da. İnsanlığdan böyük dəyər apardılar. black demons, unutmayacam qarabağlıların içindəki bu dəstəni. çox şərəfsiz, insafsız, ikiüzlü, zalım insanlardılar.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

dinli yaşam çok iyi, benim bildiğim kadarı 3 çatışmayan tərəfi var: 1) no freedom in mind (100%-tam xoşbəxtlik ancaq tam yaxşılıqla mümkündü), 2) ayətullah sözündən asılılıq, insan uzun vədədə sərf edən (elmlə sabit) qanunları rəhbər tutmalıdı sadəcə, qanun idarə etməlidi şəxs yox, qəti 3) "dünya işlərinə meyl etməməyin". dini qanun kimi yox, kültür kimi yaşamaq yaxşıdı, amma zaman-zaman başqalarını da yoxlamaq lazımdı. xristianlıqda çox gözəl dualar var.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

çox vaxt və vərəqdə yer aparan dil işlətmək pislərə xeyirdi. 2 tip insan var sadəcə pis və yaxşı, qalanlarını unutmalıyıq. az ağac kəsilsin deyə dəftərləri mexaniki qələm (karandaş) və pozanla işlıtməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

cinlərin sözü ilə heç nə etməmək lazımdı, sadəcə dediklərini qeyd etmək
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

oğuz maqiya içindədu, camaatın bıdbəxliyi üzündən bəlli olur
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəki şəhərində bir küçənin bütün evləri boçdu. maqiyadaki cinlərin gətirdiyi bütün imtahanları keçdilər. sadəcə məlumat qaynağı kimi qəbul edin cinlərin dediklərini, sıhv də olur düz də. mütləq məntiqlə hərəkət etmək lazımdı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

time and date saytı - hava haqqında məlumat saatlıq
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

frequency dictionary of english pdf - ən çox işlənən sözlərin lüğəti. xəbərləri izləyə və məlumat ala bilmək üçün
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

maqiya ilə mübarizə apara bilən yeganə ölkə Fransadı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

türkce və azeybaycanca danışın dillərin fərqini hiss edəcəksiz. hər dilin tren rayı kimi bir neçə yolu var. bizim dilin ən rahat yolları cəhənnəmədi
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Azeybaycan - alov mələyinin diyarı - cəhənəm
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

chat GPT'yə yazın elmə görə səhv Quran ayələri
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Quranda səhvlər var amm düzlər də var. dünya 6 gündə yaradılmayıb və dünyanın damı 6 qatlı deyil
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəxsi mesaj yaza bilmirəm, əlaqə nömrələrim: 0773981855
0778030799
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

zəif nöqtə düzəldib onu amansızca istifadə edillər. zəif nöqtə saxlamamlıyıq.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

qiyamət deyil, hər şey özümüzdən asılıdı. hökümətləri və həyat tərzimizi dəyişməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

the sun, youtube. Avstayliyada havanın qırmızı edildiyini paylaşmışdılar
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

moderatorluqdan çıxarın məni, profilim güvəndə deyil. vatsap da güvənli deyil, teleqram istifadə edin. xəbər kanalı tapa bilmirəm, xarici kanallardı bəzi şeyləri paylaşır.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

bir qismi başqa gezegenə khgvjöləlik üçün göndərilir, bir qismi yuhvuvem olaraq satılır. iktisadiyatı belə ayaqda saxlayırlar öz ölkələrində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Eusiy əhalisi 1992dən bu yana hər il 1 milyon azalır
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

mə illərd ki sayta girmirəm, sizə gələn mesajlar məndən yazılmayıb
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Maqiya dövründəyik. Sizə beyninizdə nə isə danışıllarsa bilin ki cindi. Made in China telefonlar, digər çiplu telefonları işlətməməliyik, izləyillər bizi onlar sayəsində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

🔵"NASA Ozon Watch" deyə axtarın google'da keçən il havanın dayanmış kimi və daha çox isti keçməsinin səbəbini görəcəksiniz. 1979-cu ildən bəri ozon qatının vəziyyətinin illik icmalı var orda
Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6757

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6741

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 1

Saytın Arxivi

Mart 2026 (1)
Ocak 2025 (3)
Nisan 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yalanın rəva görülən halları
    +5
    Müəllif: Allahıma aşiqəm | 12-05-2015, 20:00 | Baxılıb: 1 031
     
     
    Yalanın rəva görülən halları 
     
    Deyildiyi kimi, yalan təbii olaraq çirkin və qəbih əməllərdən olub, ona adət etmək isə əxlaqi rəzilətlərdən və böyük günahlardandır. Zəruri hallar339 olmayınca yalan danışmaq rəva (caiz) deyildir.
    Aşağıdakı hallarda yalan danışmağa icazə verilir:
    1. Zəruri hal və çarəsizlik zamanı 
    Bu halda heç bir şübhə yeri yoxdur, çünki İslamın əsas istinad mənbəyi olan kitab, sünnə, əql və icma da ona dəlalət edir. İnsanın ağlı hökm edir ki, ən az zərərli işi seçsin. "Qurani-Kərim”də təqiyyəyə zəruri hallarda icazə verilmişdir. Aydındır ki, təqiyyə yalanın növlərindən biri olub, həqiqətin əksinədir. İnsan zəruri hallarda öz əqidəsini gizləyib imanının əksinə olaraq şəhadət verə bilər. «Quran»da bu barədə buyurulur:
    "..... Qəlbi imanla sabit olduğu halda, (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs
    istisna olmaqla.....” («Nəhl»-106). 
    Peyğəmbər (s)-dən belə nəql olunur: "Allah-təala bütün işlərdə bəndə çarəsiz qalarsa, halallıq yolu qoymuşdur.” (Şeyx Ənsari «Məkasibi-mühərrəmə»).
    Elə bu məzmunda İmam Sadiq(ə)-dən də belə nəql olunur: "Əgər insan çarəsiz qalıb təqiyyə edərək yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra yenə buyurur: "Hər bir haram zəruri hallarda halal olur.”
    Zərəri dəf etmək fəslində bunun (mal, can, namus) qarşısını almaq üçün insanın yalandan and içməsinə icazə verən çoxlu məşhur hədislər vardır. Əlbəttə, mal-dövlət cəhətdən zərər dedikdə elə zərərlər nəzərdə tutulur ki, ona dözmək çətin və ən azı əhəmiyyətli olsun. Lakin qiymətsiz və əhəmiyyətsiz zərərlər bir zəruri hal kimi yalanın halal olmasına icazə verə bilməz.
    Qısası budur ki, yalanın zəruri hallarda halal olması barədə fiqh və əxlaq alimləri arasında heç bir ixtilaf yoxdur. Burada bir sual hər iki sahədə mübahisə yaradan səbəb kimi meydana çıxır: belə hallarda yalana heç bir qeydsiz-şərtsiz icazə verilmişdir, yoxsa tövriyə (həqiqəti yalan söyləmədən gizlətmək) etmək mümkün olmadığı zaman yalan danışmaq olar? Əksəriyyətin qəbul etdiyi budur ki, yalanın icazəsi tövriyənin mümkün olmamasına bağlıdır. Demək, tövriyə etmək olarsa, yalan danışmaq caiz deyildir. Çünki bu fərziyyə ilə yalan danışmaq üçün heç bir zəruri hal olmayıb həqiqətdə bu əməlin yerinə yetirilməsinə izn verilmir.
    Şeyx Ənsari(r.ə.) yazır: "Əksəriyyətin nəzərinin əqli cəhətdən məqbul olmasına baxmayaraq, istisna hallar barədə söylənilmiş bütün hədislərdə bu şərtə dair işarə olunmadığı üçün onun vacibliyini sübuta yetirən heç bir dəlil nəzərə çarpmır. Çünki zəruri halların əksəriyyətində tövriyə etmək imkanı olmasına diqqət yetirməklə əgər belə bir şərt lazım olsaydı, heç olmazsa, azı bir yerdə ona işarə olunardı. Buna əsasən mümkündür ki, müqəddəs şəriət işi insanlar üçün asanlaşdırmaq xatirinə yolu açıq qoyub, belə məsələlərdə tövriyə etməyi lazım bilməmişdir.” Sonra mərhum Şeyx ehtiyatı əldən buraxmayıb ümumi qaydalara riayət edərək buyurur: "Hər halda ehtiyatı əldən buraxmayıb tövriyədən istifadə etməklə imkan daxilində yalandan çəkinmək lazımdır. Çünki bu, xəbərin ümumi və mütləq olduğunu bildirir. Onun əksinə, tutarlı bir dəlil olmayınca o, hər şeydən irəlidir.”
    2. İnsanlar arasında sülh yaratmaq 
    Müstəsna hallardan biri də insanlar arasında sülh yaratmaqdır, yəni insan kin-küdurəti aradan qaldırmaq və mehribanlıq yaratmaq üçün yalan danışıb bu yolla xalq arasında dostluq yaradarsa, yalan danışmaq haram sayılmaz. Məsələn, iki nəfər və ya iki dəstə arasında ədavət düşəndə onlardan birinin yanına gedib o birinin dilindən tərifləndiyini, özünün isə bu ədavətdən peşman olduğunu və barışmaq istədiyini deyib, sonra qarşı tərəfin yanına gedərək, bu birinə dediyini eynilə təkrarlayarsa, belə bir yalan haram olmamaqdan əlavə hətta bəyənilmiş, Peyğəmbər(s) və məsum İmamlar(ə) tərəfindən təkid edilmişdir. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik.
    Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyətdə belə buyurur: "Ey Əli! Allahın sülh yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.”
    Müaviyə ibn Əmmar İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər kim sülh yaratmaq üçün yalan danışarsa, yalançı deyildir” 
    Bu hədisdən bizə belə aydın olur ki, xeyirxah insanın (camaatın arasında mehribanlıq yaradan, ədavəti, kin-küdurəti yatıran) təkrar-təkrar yalan danışmasına görə ona kəzzab (həmişə yalan danışan, yalan danışmağa adət etmiş) demək olmaz. Başqa bir hədisdə İsa ibn Həssan İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər bir yalan danışığa görə sahibi gün gələr ki, onun üçün cavab verməli olar. Yalnız üç nəfərdən başqa ...... Onlardan biri də iki nəfər arasında sülh yaratmaq istəyən şəxsdir. Həmin şəxs onun yanında bir şey, digərinin yanında isə bir başqa şey deyir ki, onları barışdırsın.” (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır. )
    Burada mənafe dedikdə şəxsi mənafelər və xüsusi qərəzlər yox, möminlər arasında sülh və mehribanlıq nəzərdə tutulur. Əvvəldə qeyd edildiyi kimi, xalq arasında mehribanlıq yaratmaq o qədər əhəmiyyətlidir ki, İmam Sadiq(ə) bu işə görə öz malından ayıraraq səhabələrindən birinə verir. Bununla da həmin şəxs iki mömin arasında kin-küdurət və ixtilaf yarananda o malın vasitəsilə onlar arasında mehribanlıq yaradıb düşmənçiliyi yatırır.
    3. Döyüşdə hiylə 
    Şübhə yoxdur ki, müharibə dini və ictimai zəruri hallardan olub müxtəlif səbəblərə görə (siyasi, ictimai, əqidəvi) millətlər və ölkələr arasında baş verir. Adətən, bu kimi həmlə və fəlakətlərdən özünü qurtarmaq, tezliklə düşmənə qalib gəlmək üçün elə vasitələrə əl atılır ki, adi hallarda bunlara icazə verilmir. İnsanların öldürülməsi və əsir alınması, zəiflətmək məqsədilə düşmənin hərbi texnikasının məhv edilməsi və qarət olunması, hərbi qüvvələrin möhkəmləndirilməsi, yaşayış binalarının və iqtisadi mərkəzlərin dağıdılması, dinc əhalinin öldürülməsi kimi hallar qələbə çalmaq və düşmənin məğlub edilməsi üçün bir vasitədir. Şübhəsiz, əgər müharibə müdafiə xarakteri daşıyırsa, bu kimi vasitələrdən istifadə etməyin şəri və əqli cəhətdən heç bir eybi yoxdur. Bu arada ən mühüm amillərdən olan düşməni aldadaraq hiyləyə əl atmaq ən yaxşı vasitələrdəndir. Çünki əgər hiylə ilə düşməni aldadıb güclü bir həmlə ilə hücuma keçə bilsək, azca təlafat verməklə düşmənə qalib gələ bilərik. Bu müqəddiməyə diqqət yetirməklə hiylə və yalana qarşı düşmən olan müqəddəs İslam dininin niyə görə müharibədə belə vasitələrdən istifadə edilməsinə icazə verməsini başa düşərik.
    Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyyətlərdən birində belə buyurur: "Ey Əli! Üç halda yalan danışmaq olar: döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribançılıq yaradarkən.”
    İmam Sadiq(ə) buyurmuşdur:
    "Hər bir yalana görə insan bir gün cavab verməli olacaq. Yalnız üç yerdən başqa: döyüşdə düşmənə hiylə gələrkən və...”
    Bu hədislərdən belə başa düşülür ki, yalan danışmaqdan üç yerdə istifadə etmək olar. Onlardan biri də müharibədir.
    4. Ailə üzvlərinə və həyat yoldaşına vədə vermək 
    Müqəddəs dinimizdə qadın və övladın məişət xərci ailə başçısı kimi kişinin boynuna düşür (qadının xərci tamamilə, övladın isə ataya ehtiyacı olduğu surətdə). Əlbəttə, vacib xərclik imkan daxilində, iqtisadi və normal həddə qədərdir. Lakin çox vaxt ailənin tamah və istəyi kişinin imkanından artıq olub normal dolanışıq həddini aşır. Belə bir vəziyyətdə kişi iki yol ayrıcında qalır: ya gərək ailə üzvlərilə pis davranıb istədiklərini açıq-aşkar rədd etsin, ya da ki ümid bəxş edən bir rəftarla və qeyri-ciddi vədlərlə onları razılaşdırsın. Bu zaman mənfi, acıqlı cavab vermək ailə üzvlərinin inciməsi və qəlblərinin sınması ilə nəticələndiyindən ailədə ikiüzlülük və inamsızlığa səbəb olmasına baxmayaraq, ikinci qaydaya icazə verilmişdir. Lakin bunu da qeyd etmək lazımdır ki, insan qarşısında bundan başqa bir çıxış yolu qalmadığından və bunun az zərərli olması nəzərindən belə bir vasitəyə icazə verilmişdir. Qeyd etməliyik ki, bu üç mövzunun (müharibə, sülh və həyat yoldaşına vədə vermək) hədislərdə bir yerdə gəlməsi yalan vədəyə heç bir qeyd-şərtsiz icazə verilməməsini göstərir. Çünki yalan digər iki halda (müharibə və sülh) mühüm bir mənafeyi qorumağa görədir, belə ki (o iki yerdə) lazım olarkən istifadə edilməzsə, sonu pisliklə nəticələnə bilər, çünki döyüşdə əsasən qalibiyyət və məğlubiyyət məsələsi müzakirə olunur. Bunun da üstündən asanlıqla keçmək mümkün deyildir. Möminlər arasında sülh, mehribanlıq yaratmaq da eynən bunun kimi mühüm ictimai-əxlaqi məsələlərdən olub İslamda çox böyük əhəmiyyətə malikdir. İslam dini iman qardaşları arasında ədavətin üç gündən artıq olmasına icazə verməmiş, öz aralarında mehribanlıq və sülh yaratmağı onların öhdəsinə qoymuşdur. Bu qaydaya əsasən ailədə də ən əhəmiyyətli məsələ ön plana çəkilir. Maddi imkanlar da daxil olmaqla hər cüzi məsələyə görə ailədə yalan danışmaq olmaz. Ailə başçısı əgər hər gün əsassız bəhanələrlə öz ailəsinə yalan deyərsə, tərbiyəvi cəhətdən pis təsir göstərməkdən əlavə, ailə üzvləri arasında da öz etibarını itirir. Beləliklə, ailə başçısı hörmətini itirərək, nəticədə, ailənin əsasını məhv etmiş olur.
     
    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 13 Mayıs 2015 12:51 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun lazimi melumatdir yalan her harukarda  gunahdi amma indi sayenizde  3 halda halal  ve gunah olmadigini orgendim  cox sag olun  

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.