Orucun fəlsəfəsi
Sual 1: Orucun faydalarını və fəlsəfəsini bəyan edin.
Orucun çoxsaylı hikmətləri və faydalar vardır. Onların mühümləri aşağıdakılardan ibarətdir:
1.Oruc insanın ruhunu lətafətli, iradəsini güclü edir, meyl və istəklərini nizamlayır, insana təqva və pəhrizkarlıq yolunda kömək edir.
2. Oruc kasıb və varlı arasında bərabərliyi tənzimləyir.
İnsanlar aclığı dadmaqla yoxsullar və məhrumlar haqda düşünüb onların hüquqlarını ödəyir.
3. Oruc qəlblərə rahatlıq verir.
4. Oruc sağlamlıq və müalicə baxımından böyük tə`sirlərə malikdir və bədənin sağlamlığına səbəb olur. Aleksey Soforin (rusiyalı alim) oruc tutmağı qan azlığı, uşağın zəif olması, revmatizm, göbələk xəstəlikləri, şəkər, böyrək və ciyər kimi bir çox xəstəliklərin müalicəsi yolu bilir.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni