» » Bağışlanmış günah və qəbul olmuş yaxşılıq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

ya_Fatime
ya_Fatime
2 Nisan 2026

halal rəqs də var imiş, ləzginka, balet-bu tərzdə olanlar: youtube:
"@asker_assaparty урок женской лезгинки (new)"
"мурад шихрагимов женская лезгинки". Eusiyadandı. Orda da ağır q*ətliam ediblər, burda da. İnsanlığdan böyük dəyər apardılar. black demons, unutmayacam qarabağlıların içindəki bu dəstəni. çox şərəfsiz, insafsız, ikiüzlü, zalım insanlardılar.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

dinli yaşam çok iyi, benim bildiğim kadarı 3 çatışmayan tərəfi var: 1) no freedom in mind (100%-tam xoşbəxtlik ancaq tam yaxşılıqla mümkündü), 2) ayətullah sözündən asılılıq, insan uzun vədədə sərf edən (elmlə sabit) qanunları rəhbər tutmalıdı sadəcə, qanun idarə etməlidi şəxs yox, qəti 3) "dünya işlərinə meyl etməməyin". dini qanun kimi yox, kültür kimi yaşamaq yaxşıdı, amma zaman-zaman başqalarını da yoxlamaq lazımdı. xristianlıqda çox gözəl dualar var.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

çox vaxt və vərəqdə yer aparan dil işlətmək pislərə xeyirdi. 2 tip insan var sadəcə pis və yaxşı, qalanlarını unutmalıyıq. az ağac kəsilsin deyə dəftərləri mexaniki qələm (karandaş) və pozanla işlıtməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

cinlərin sözü ilə heç nə etməmək lazımdı, sadəcə dediklərini qeyd etmək
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

oğuz maqiya içindədu, camaatın bıdbəxliyi üzündən bəlli olur
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəki şəhərində bir küçənin bütün evləri boçdu. maqiyadaki cinlərin gətirdiyi bütün imtahanları keçdilər. sadəcə məlumat qaynağı kimi qəbul edin cinlərin dediklərini, sıhv də olur düz də. mütləq məntiqlə hərəkət etmək lazımdı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

time and date saytı - hava haqqında məlumat saatlıq
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

frequency dictionary of english pdf - ən çox işlənən sözlərin lüğəti. xəbərləri izləyə və məlumat ala bilmək üçün
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

maqiya ilə mübarizə apara bilən yeganə ölkə Fransadı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

türkce və azeybaycanca danışın dillərin fərqini hiss edəcəksiz. hər dilin tren rayı kimi bir neçə yolu var. bizim dilin ən rahat yolları cəhənnəmədi
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Azeybaycan - alov mələyinin diyarı - cəhənəm
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

chat GPT'yə yazın elmə görə səhv Quran ayələri
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Quranda səhvlər var amm düzlər də var. dünya 6 gündə yaradılmayıb və dünyanın damı 6 qatlı deyil
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəxsi mesaj yaza bilmirəm, əlaqə nömrələrim: 0773981855
0778030799
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

zəif nöqtə düzəldib onu amansızca istifadə edillər. zəif nöqtə saxlamamlıyıq.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

qiyamət deyil, hər şey özümüzdən asılıdı. hökümətləri və həyat tərzimizi dəyişməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

the sun, youtube. Avstayliyada havanın qırmızı edildiyini paylaşmışdılar
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

moderatorluqdan çıxarın məni, profilim güvəndə deyil. vatsap da güvənli deyil, teleqram istifadə edin. xəbər kanalı tapa bilmirəm, xarici kanallardı bəzi şeyləri paylaşır.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

bir qismi başqa gezegenə khgvjöləlik üçün göndərilir, bir qismi yuhvuvem olaraq satılır. iktisadiyatı belə ayaqda saxlayırlar öz ölkələrində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Eusiy əhalisi 1992dən bu yana hər il 1 milyon azalır
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

mə illərd ki sayta girmirəm, sizə gələn mesajlar məndən yazılmayıb
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Maqiya dövründəyik. Sizə beyninizdə nə isə danışıllarsa bilin ki cindi. Made in China telefonlar, digər çiplu telefonları işlətməməliyik, izləyillər bizi onlar sayəsində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

🔵"NASA Ozon Watch" deyə axtarın google'da keçən il havanın dayanmış kimi və daha çox isti keçməsinin səbəbini görəcəksiniz. 1979-cu ildən bəri ozon qatının vəziyyətinin illik icmalı var orda
Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6757

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6741

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 1

Saytın Arxivi

Mart 2026 (1)
Ocak 2025 (3)
Nisan 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
    +10
    Müəllif: Yusifi Zehra | 11-05-2015, 11:00 | Baxılıb: 1 399
     
     
     Bağışlanmış günah və qəbul olmuş yaxşılıq


    Bütün günahların bağışlanması
     
    İmam Sadiq (ə) buyurur: «İman qardaşına cəfa etməkdən başqa hər bir günah bağışlanar». Qurani-Kərimdə isə belə buyurulur: «Şübhəsiz ki, Allah özünə şərik qoşanları əfv etməz. Bundan başqa istədiyi günahı bağışlar»(«Nisa» surəsi, ayə 48.). Ayədən göründüyü kimi şirk istisna olmaqla bütün günahlar bağışlana bilər. Əlbəttə ki, insan tövbə etmədən dünyadan müşrik gedərsə bağışlanmaz. Bəs başqa günahlar necədir? İnsan dünya həyatında bu günahlara tövbə etməzsə bağışlana bilərmi? «Nisa» surəsinin 31-ci ayəsində kiçik günahlar haqqında buyurulur: «Əgər qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli mənzilə çatdırarıq». «Nəcm» surəsinin 32-ci ayəsində oxuyuruq: «Kiçik günahlar istisna olmaqla böyük günahlardan çəkinib yaxşılıq edənlər bağışlanar».
    Bəli, insan böyük günahlara yol verməyib kiçik günahlarda israr etməzsə, tövbə etməsə də kiçik günahları bağışlanar. Sözsüz ki insan tövbə etdiyi təqdirdə böyük günahlar da bağışlanar. Pis odur ki, insan dünyadan tövbə etməmiş gedə. İmam Sadiqin (ə) buyuruğunda nəzərdə tutulmuş günahın bağışlanmasına da ümid var. Sadəcə əzab və bağışlanma üçün can vermə, qəbr, bərzəx, qiyamət kimi mərhələlər vardır. Müxtəlif günahlar müxtəlif mərhələlərdə bağışlana bilər. O günahlara ki daha çox diqqət verilib, bunlar yüz illər əzabdan sonra bağışlanması mümkün olan günahlardır.
    Din qardaşları ilə pis rəftar onların hüququnu pozmaq deməkdir. Xalqın hüququnu pozanlar isə yalnız xalqın razılığı ilə bağışlanıla bilər. İmam Sadiq (ə) xalqın razılığı şərt olduğu üçün bu günahın bağışlanmayacağını bildirir.
    Riyakarlıq yaxşı əməli puç edir
    İmam (ə) buyurur: «Riya olmayan bütün yaxşı əməllər qəbul olunur». İnsanın gördüyü bütün işlər üçün iki hal mümkündür: iş görənin məqsədi ya Allahın razılığıdır, ya da hansısa şəxsi məqsəd. İnsan fəaliyyətində ən çox nəzərə çarpan qeyri-ilahi məqsəd özünügöstərmə və ya özününümayişdir. Yəni insan birinə kömək edərkən yardım göstərərkən özünü tanıtdırmaq istəyir. İslam dinində belə bir məqsəd «riya» adlanır. İmam Sadiq (ə) buyurur ki, riyasız görülmüş iş Allah dərgahında qəbuldur. Əlbəttə ki, ilahi niyyətin də mərtəbələri vardır. İstənilən hər hansı bir mərtəbədə niyyət düzgündürsə, əməl də qəbuldur. Məsələn, vətənin müdafiəsinə qalxmış əsgərin niyyəti vətəni azad etməkdirsə, bu yaxşıdır. Amma əsgər ad-san qazanmaq, müharibədən sonra bu addan istifadə etmək niyyətində də ola bilər. Bu isə çox pisdir.
     Hətta məhəbbətdə də saf niyyət
    Həzrət (ə) buyurur: «Ey Cündəb oğlu, dostluğun və düşmənçiliyin Allah xatirinə olsun». Yəni əməl və rəftarından əlavə qəlbinə aid olan sevgi və ikrahın da Allah üçün olsun. Dostluq və düşmənçiliyinlə Allahın razılığını qazan.
    Bəli, bu olduqca çətin işdir. Amma insan elə bir kamillik mərtəbəsinə çatmalıdır ki, onun sevgisi və kini ilahi rəngə boyansın. İnsan istər dostluq, istərsə də düşmənçilik edərkən Allahı unutmamalıdır. Bu mərtəbəyə Allahın yardımı olmadan çatmaq qeyri-mümkündür. Çox az insanlar bu məqama nail olmuşlar. Amma bu o qədər uca məqamdır ki, ona çatmaq üçün min bir əziyyətə qatlaşmağa dəyər.
    Məhəbbətin Allah xatirinə olması o demək deyil ki, insan Allahdan başqasını sevməməlidir. İnsan öz ata-anasını, ailə-övladını, vətənini sevə bilər və sevməlidir. Amma bütün bu sevgilər böyük bir məhəbbətin işığına möhtacdır və bu, ilahi məhəbbətdir. «İsra» surəsinin 23-cü ayəsində buyurulur: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılığı buyurmuşdur». «Loğman» surəsinin 14-cü ayəsində isə belə buyurulur: «Biz insana ata-anasına yaxşılıq etməyi tapşırdıq». Ərlə arvad, dostla qohumlar arasındakı məhəbbət də insanı Allaha yaxınlaşdırmalıdır. İnsan Əhli-beyti də Allaha görə sevməlidir. Allah-təala Əhli-beyt sevgisinə işarə ilə buyurur: «(Ya Peyğəmbər) De ki, mən sizdən təbliğimin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm»(«Şura» surəsi, ayə 23.). Əgər Allah Əhli-beyti sevməsəydi, bəndələrin Əhli-beyti sevməsinə ehtiyac qalmazdı.
    «Möminin qəlbi Rəhmanın ərşidir» buyuruğu haqqında danışdığımız məhəbbətə nail olmuş insanlara aiddir. Qəlbində min bir nəfs istəyi tüğyan edən insan bu məqamdan necə də uzaqdır!
     Allaha sığınmaq
    Ayətəl-kürsüdə oxuyuruq: «Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb»(«Bəqərə» surəsi, ayə 256.). «Loğman» surəsinin 22-ci ayəsində buyurulur: «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o artıq ən möhkəm ipdən yapışmışdır». Dilimizə «qırılmaz, möhkəm ip» kimi tərcümə olunmuş söz Quranda «urvətül-vusqa» kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.
    Quran həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. Ey insan, sən yerlə göy arasında təhlükədə qaldığın an ayaqların altında odla dolu cəhənnəm adlı bir dərə ağzını açmışdır. Bu əbədi oddan qurtulmaq üçün sənin bircə çıxış yolun var: Allahın «qırılmaz ipindən» yapışmaq!
    Yalnız özünü daim təhlükədə bilən və çıxış yolunu Allaha üz tutmaqda görən insan Allaha təslim ola bilər. Məhz bu məqamda insan aciz bir halda yalvarır: Allahım, məni qoru…
    Təbii ki, qeyd olunmuş halda olan insan öz əməllərinə diqqətli olacaqdır.
    «Ürvətül-vusqa»nın oxşarı olan digər bir Quran ifadəsi də vardır: «İtəsimu bihəblillah». Bu ifadə ilə «Ali-imran» surəsinin 103-cü ayəsində rastlaşırıq: «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın».«İtisam» «yapışmaq» kimi tərcümə olunsa da əslində «sığınmaq», «pənah aparmaq» mənasını verir. İnsan dünya və axirət çətinliklərindən qurtarmaq üçün yalnız Allahdan kömək ala bilər. Bu ehtiyacı anlayan insan Allahın ətəyindən yapışacaqdır.
    Şeytan yalnız Allahı unutmuş insana yol tapır. Özünü təhlükədə hiss edən insan isə Allahı unuda bilməz. Daim bu düşüncədə olan insan İslamda xüsusi qeyd olunan «yəqin» məqamına çatır. Əbədi cəhənnəmin mövcudluğuna yəqini olan insan çıxış yolunu Allaha pənah aparmaqda görür. Yəqinə çatmış insanın qəlbi imanla dolu, əməlləri saleh olur.
    Ya Rəbb, belə bir ali məqama çatmaq üçün bizə kömək ol.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 12 Mayıs 2015 08:48 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    ALLAHUM BIZ GUNAHKAR BENDE SENSE ADIL BAGIWLAYAN ALLAH 
    OZUN BIZLERI BAGIWLA YA REBBIM
    ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 11 Mayıs 2015 12:23 | Sayt nəzarətçisi | Şərh yazdı
    Amin Amin....Allah razı olsun bacım çox deyerli mövzudur . Allahım  biz günahkar qullarını  bagisla Amin...Əllahummə Səlli Əla Muhammedin Və Ali 
    Muham
    med Ve Əccil Fərəcəhum. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 11 Mayıs 2015 11:56 | Redaktor | Şərh yazdı
     Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir.
    Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.