Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qəzəb
    +10
    Müəllif: Allahıma aşiqəm | 15-05-2015, 20:00 | Baxılıb: 1 024
     
     
    Qəzəb
     
    Allah bəndəsinin çəkinməsi lazım olan haramlardan biri də qəzəbdir. Bu da qeybət etməyə insanı vadar edən amillərdən biridir. İnsan birinin əlindən qəzəblənən zaman öz qəzəbini sakitləşdirmək üçün qeybətə əl atır. Bu fikirlə ki, əgər öz düşməninin şəxsiyyətini alçaldarsa, ürəyi soyuyar, sakitləşər. Amma daha bilmir ki, belə hallarda qəzəb insan dünyasını və axirətini puç edən nə kimi təhlükə və zərərlər əmələ gətirir. İndi isə qəzəbin pis nəticələri haqda nəql olunmuş hədisləri nəzərinizdən keçiririk.
    Qəzəbin ağır nəticələri
    Əmirəlmöminin Əli(ə) buyurur: 
    "Qəzəb insanı məhv edib pisliklərini üzə çıxardır." 
    Peyğəmbər(s) buyurur:
    "Sirkə balı xarab etdiyi kimi, qəzəb də insanı xarab edir." 
    Həzrəti-İmam Mühəmməd Baqir(ə) buyurdu:
    "Qəzəb insan qəlbində alışdırılan şeytan alovunun bir parçasıdır. Sizlərdən biri qəzəblənən zaman gözləri qızarır, boynunun damarları şişir və şeytan qəlbinə daxil olur. (Beləliklə ona hakim kəsilir). Sizlərdən hər hansınız özündə bu halın yaranmasından qorxarsa, yerə yatsın. Yəni ayağa qalxmasın, çünki bu zaman şeytanın tərəddüdü ondan uzaqlaşar. (Çox ehtimal olunur ki, insan torpaqdan yarandığından yerə yatıb toz-torpaqlı olur və sakitləşir)." 
    Hər bir pisliyin açarı
    Səkkizinci İmam(ə) buyurur: "Qəzəb bütün pisliklərin açarıdır." 
    Qəzəblənmə!
    Qəzəb bütün pisliklərin açarı olduğundan əgər bir kəs özünü ələ alıb qəzəblənməzsə, bütün fitnə və zərərlərdən qorunub salamat qalar. Bu barədə İmam Sadiq (ə)-dən belə bir hədis söylənilir:
    Bir nəfər Peyğəmbər(s)-ə ərz edib dedi: 
    -Ya Rəsulullah! Mənə bir şey öyrət.
    Həzrəti-Mühəmməd (s) buyurdu: 
    -Get, qəzəblənmə. 
    Həmin kişi söylədi: 
    -Bu (nəsihət), mənə kifayətdir. 
    O, öz qəbiləsinin yanına qayıdıb icmadakıların arasına ədavət düşdüyünü və döyüş paltarlarını geyinərək sıraya düzülüb bir-birilə döyüşə hazırlaşdıqlarını gördükdə o da döyüş paltarını geyinib onlarla bir sırada durdu. Birdən Peyğəmbər(s)-in kəlamı yadına düşdü. Silahını kənara atıb qəbiləsilə düşmənçilik edənlərə tərəf gəlib dedi: 
    -Camaat! Sizə haqq qazandırmış olan və mənim qəbiləmin ödəməli olduğu hər bir ölümün, yaranın və ya xətərsiz zərbənin cəriməsi mənim öhdəmdədir. Mən onun qan bahasını sizə ödəyirəm. 
    Onlar dedilər: 
    -Biz də sizdən heç bir şey istəmirik. Biz bağışlamağa və güzəştə getməyə daha layiqik. 
    Beləliklə, onlar barışıb bir-birilə sülh bağladılar.
    Qısası, insan əgər bir şəxs tərəfindən əsəbiləşirsə, öz ürəyini soyutmaq üçün qeybət edib nalayiq sözlərlə ona töhmət vurmamalıdır. Bir kəs qəzəblənən zaman imanlı olmazsa, böyük günahlara da batmış olar. İmam Baqir(ə) bir hədisdə belə buyurur: 
    "Qəzəbdən pis şey varmı? Biri qəzəblənəndə onun təsirindən Allahın haram buyurduğu şəxsi öldürür, namuslu qadına töhmət vurur." 
    Qəzəbini udmaq ən yaxşı əlacdır
    Əgər qəzəbi islah etməsək, qarşısı alınmayan bir çox böyük günah və ağır cinayətlər baş verər. Qəzəb alovu şölələnən zaman insan öz qəzəbini yatırmaq və ürəyini soyutmaq üçün hər şeyə, o cümlədən söyüş, töhmət, qeybət, yalan, böhtan, təhqir və s. vasitələrə əl atır. Aydındır ki, bu kimi vasitələrlə öz qəzəbini soyudanlar yanıb məhv olacaqları cəhənnəm atəşini öz vücudlarında alovlandırırlar. Qəzəblənən şəxs belə güman edir ki, qəzəbləndiyi insanı narahat edib, özünü isə sakitləşdirir. Əmirəlmöminin Əli(ə) buyurur:
    "Qəzəb alovlanmış bir tonqal kimidir. Hər kim onu yatırarsa (öz qəzəbinə üstün gələrsə), o alovu yatırtmış və hər kim öz qəzəbinin qarşısını almazsa, o alovda birinci olaraq özü yanmış olar." 
    Deməli, insan qəzəblənən zaman özünü ələ alıb haram söz danışmamalı, kiminsə şəxsiyyətinə, namusuna nalayiq sözlərlə toxunub camaatın yanında onları etibardan salmamalıdır. Bu işin çox çətin olmasına baxmayaraq, qəti surətdə özünə söz vermiş adam nəfsinə üstün gəlib öz qəzəbinin yüyənini çəkə bilər. Bu isə Allaha olan iman və təqva yolu ilə hasil olur. Allaha və qiyamət gününə iman gətirib, qəlbi iman nuru ilə nurlanan şəxs öz qəzəb alovunu yatırtmağa qadirdir.
    Peyğəmbər(s) buyurur: "Hər kim qəzəbindən istifadə etmək imkanında ola-ola öz qəzəbini boğarsa, Allah-təala qiyamət günü onun qəlbini iman və xatircəmliklə asudə edər." 
    "Allah dərgahında bir şəxsin Allaha görə qəzəbini yatırtmaq üçün udqunduğu qurtumdan əzəmətli şey yoxdur." 
    Demək, qeybəti törədən amillərdən biri də qəzəbdir. Buna görə də kiməsə qəzəblənən zaman öz ürəyini soyutmaq və qəzəbini yatırtmaq üçün o şəxsin arxasınca nalayiq sözlər danışmaq olmaz, çünki bu, özü də ayrı bir günahdır.
    Əmirəlmöminin Əli(ə) buyurur:
    "Hirs və qəzəb səni günaha batmağa vadar etməsin. Nəticədə, qəzəbin şəfa tapıb (sakitləşib), dinin xəstələnəcəkdir." 
    Qəzəbi qeybət etməyə vadar edən şəxsin aqibəti cəhənnəmdir. Peyğəmbər(s) buyurur: 
    "Cəhənnəm qapılarının birindən yalnız qəzəbini günah etməklə sakitləşdirən şəxslər keçəcəklər." 
    Deməli, elə ki qəzəbləndin, Qadir Allahı yada sal. Özünün və din qardaşının insani kəramətini və şəxsiyyətini göz önündə canlandır. Gecikmədən hadisə yerindən uzaqlaşıb öz halını dəyiş. Əgər ayaq üstəsənsə, otur, oturmusansa, ayağa dur. Bir az gəzib istiğfar et. Allaha zikr etmək və "la həvlə vəla qüvvətə illa billahül-əliyyül-əzim" (Böyük Allahdan qüvvətli və qüdrətlisi yoxdur.) deməklə qəlbini sakitləşdir. Bir az fikirləşib Allah-təaladan kömək istə. Namaza və səbrə pənah apar: 
    "Ey iman gətirənlər. Səbir və namazla (Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)." («Bəqərə»-153).
     
    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 16 Mayıs 2015 10:08 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH BIZLERE QEZEB QARSISINDA SEBR VERSIN AMIN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 15 Mayıs 2015 23:18 | Redaktor | Şərh yazdı
    Allah razı olsun bacım mende tez hirslenirem sayende bilmediklerimi öyrendim çalışıb qezebimi yatırdacam Allah qezebimize göre bizi bağışlasın Amin.Çox sağ ol bacım ellerin var olsun İnşAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 15 Mayıs 2015 20:50 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci mende hirslenende cox qezebli oluram amma tez LA HOVLU VELLA QUVVETE ILA BILAHU ELIYIM EZIM ZIKRINI oxuyuram ele sakitlewiremki Allah hamimizin komeyi olsun Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.