» » Allaha itaət cilvəsi və uzun-uzadı arzuların sonu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allaha itaət cilvəsi və uzun-uzadı arzuların sonu
    +5
    Müəllif: RuQeYyA | 6-05-2015, 11:00 | Baxılıb: 1 377
     
    Əhli-beyt (ə) vasitəsi ilə bizə çatdırılmış rəvayətlərin bir hissəsini qüdsi hədislər təşkil edir. Bu hədisləri Allah-taala bəzi peyğəmbərlərin qəlbinə nazil etmişdir. (Peyğəmbərlər qüdsi hədisləri öz sözləri ilə nəql etmişlər. Bu səbəbdən də qüdsi hədislərdə Quranda olan cazibə yoxdur. Quranla qüdsi hədislər arasında yeddi fərq qeyd olunur: Quran möcüzədir, qüdsi hədislər möcüzə deyil; namazda yalnız Quran oxumaq olar; Quranı inkar edən kafirdir, qüdsi hədisi inkar edən kafir sayılmır; Quran Cəbrail vasitəsi ilə nazil olmuşdur; Quran lövhi-məhfuzdakı xüsusi ifadələrdən ibarətdir; qüdsi hədislərdən fərqli olaraq Quran ayələrinə dəstəmazsız toxunmaq olmaz; qüdsi hədislərin peyğəmbərlə xüsusi əlaqələndirmə üsulu yoxdur.) Bu hədislərdən bir hissəsi həzrət Musa ilə bağlıdır. Həzrət Musa Tur dağında olduğu vaxt Allahın ona xitabən buyuruqları var. Qüdsi hədislər arasında Allahla Musa arasındakı danışıqlar da öz əksini tapmışdır. Bu danışıqların bir hissəsi kitabımızın əsas mövzusunu təşkil edir.
    Allah-taala həzrət Musa ilə xəlvəti söhbətə başladı. Ona xitabən buyurdu: "Dünyada uzun-uzadı arzulara yol versən, qəlbin bərkiyər. Qəlbi daşlaşan insan məndən uzaq olar. Ey Musa! Bir növ mənim sevincim ol. Həqiqətən mənim razılığım mənə itaətdə və mənə qarşı günahdan çəkinməkdədir.”
    Qəlbin daşlığında və qaralığında uzun-uzadı arzuların rolu
    Bütün peyğəmbərlər Allahın xüsusi diqqətindən bəhrələnmiş, ən ali ilahi kamilliyə çatdıqlarından Allah bəndələrinin üstünü sayılmışlar. Amma hər bir peyğəmbərin o biriləri ilə müqayisədə müəyyən imtiyazları var. Onlar bu imtiyazları ilə tanınırlar. Məsələn, həzrət Musa "Kəlimullah” məqamına çatmışdır. O Tur dağında Allahın danışığını eşidirdi. Bu səbəbdən də onu "Kəlimullah”, yəni Allahın həmsöhbəti adlandırmışlar. Quranda oxuyuruq: "Allah Musa ilə aşkara danışdı.”("Nisa”, 164)
    Bu uca mərtəbəli peyğəmbər elə bir məqama yüksəlmişdi ki, Tur dağında öz məbudu ilə xəlvəti söhbətləşirdi. Xüsusi və ilahi söhbətlərdən birində Allah Musadan uzun-uzadı arzulara yer verməməsini istəyir. Musanın nəzərinə çatdırılır ki, uzun-uzadı arzular qəlbi daşlaşdırır, nəticədə insan ilahi mərhəmətdən mərhum olur.
    Bu qəbil rəvayətlərin aydınlaşması üçün "qəlb və qəlbin daşlaşması nədir” sualına cavab verməliyik. Bu təbirlər anlaşıldıqdan sonra uzun-uzadı arzuların qəlbə təsirindən danışmaq olar.
    1.Qəlb və dini təlimlərdə onun rolu
    «Qəlb» sözü ayə və rəvayətlərdə tez-tez işlədilən sözlərdəndir. Bu söz gündəlik dilə də həmin mənbələrdən keçmişdir. Əlbəttə ki, hazırkı rəvayətlərdə "qəlb” dedikdə insanın köksündəki sənubər şəkilli maddi üz nəzərdə tutulmur. Dini təlimlərdə düşüncə və hisslərin mərkəzi kimi fəaliyyət göstərən həqiqət qəlb adlanır. Quran qəlbin iki xüsusiyyətini qeyd edir. Birinci xüsusiyyət onun qazanılma və verilmə (hüsuli və hüzuri) elmlərdən xəbərdarlığıdır. İkinci xüsusiyyət meyllər və hisslərdir. Quran birinci xüsusiyyətlə bağlı buyurur: "Yer üzündə gəzmədilərmi ki, həqiqəti dərk edəcək qəlbləri olsun?!”("Həcc”, 46) İkinci xüsusiyyətlə bağlı buyurulur: "Möminlər Allah yada salındıqda qəlbləri qorxan kəslərdir.”("Ənfal”, 2)
    Quranda rastlaşdığımız "fuad” sözü də qəlb mənasında işlədilir. Buna görə də qazanılma və verilmə elmlər, meyllər və hisslər ona aid edilir. Allah-taala qəlbin müxtəlif biliklər üçün mənşə olduğunu qeyd edir: "Qəlb gördüyünü inkar etmədi.”("Nəcm”, 11)
    Şübhəsiz, ayədə hisslərlə görmək mənası nəzərdə tutulur. Qəlb mənəvi bir məfhum olduğundan onun görməsi də mənəvidir.
    2.Quranda qəlbin çaşqınlığı və daşlaşması mövzuları
    Quran baxımından qəlb insan ruhundan ibarətdir. O da ruh kimi qavrayışlara, hisslərə, meyllərə malikdir. O fitrətlə eyni yol tutduqda Allaha iman mərkəzi olur, həqiqətə yönəlir, qaranlıq və pasdan təmizlənir. Quranda buyurulur: "Kim Allaha iman gətirsə, Allah onun qəlbini hidayət edər.”("Təğabun”, 11) Amma Allaha imandan xali qəlb istər qavrayış, istər meyl baxımından bəlaya düçar olur. Quran bir çox ayələrdə yuxarıda qeyd olunan istiqamətlərdə qəlbin çaşqınlığını yada salır. Qavrayışlarla bağlı qəlbin azğınlığı haqqında buyurulur: "Öz nəfs istəyini məbud seçən, Allahın elmi üstündən azdırdığı, qulağına və qəlbinə möhür vurduğu, gözünə pərdə çəkdiyi şəxsi gördünmü? Kimdir Allahdan sonra yol göstərən? Öyüd götürmürsünüz?”("Casiyə”, 23) Başqa bir ayədə oxuyuruq: "Allah onların qəlblərinə və qulaqlarına möhür vurub, gözlərinə pərdə çəkib. Onlar üçün böyük əzab var.”("Bəqərə”, 7)
    Ayələrdən birində inadkarlıq və itaətsizlik nəticəsində hidayətdən məhrum olmuş xəstə qəlb həqiqət qapıları üzünə bağlanmış, bəsirətdən məhrum, cəhalətə üz tutmuş kora bənzədilir: "Onların gözü yox, sinələrindəki qəlbləri kordur.”("Həcc”, 46) Başqa bir ayədə oxuyuruq: "Elə ki, əyri yola düşdülər, Allah da onların qəlblərini döndərdi.”("Səff”, 5)
    Ayələrdə müxtəlif meyllərlə bağlı qəlbin azğınlıqları haqqında deyilir: "Allah birliyi ilə yada salındıqda axirətə inanmayanların qəlbləri pərişan olur, Allahdan qeyrisi yada salındıqda dərhal sevinirlər.”("Zumər”, 45) Bəni-İsrail məzəmmət olunarkən deyilir: "Bundan sonra qəlbləriniz daş kimi, ya daha bərk daşlaşdı. Həqiqətən, bəzi daşlardan çeşmə çıxar, onlardan bəziləri parçalanar və su axar, bəziləri isə Allah qorxusundan yuvarlanar.”("Bəqərə”, 74)
    Bu ayədə qəlbin bərkliyi onun azğınlıq nəticəsi kimi zikr olunur. "Qəsavət” sözü bərklik, nüfuzedilməzlik mənasını bildirir. Bəzən deyirlər ki, qəlb mərhəmətli, yumşaq və kövrəkdir. "Qəsavət” sözü isə sadalanan mənalara zidd məna bildirir. Mərhəmətdən, Allah qorxusundan xali qəlb qəsavətli sayılır. Belə bir qəlb daş kimi nüfuzedilməzdir. Qəsavət qəlbi daşdan da bərk edir. Qəlbi qəsavətli insanı başqalarının dərdi narahat etmir, belə biri kimsənin halına yanmır. Qəsavət səbəbindən moizə-nəsihət qəlbə təsir göstərə bilmir, insanın gözünün yaşı quruyur.
    3.Moizə-nəsihətin həzrət Yəhyaya güclü təsiri
    İnsan təcrübədə müxtəlif hallar yaşadığına şahid olur. Bəzən moizənin təsiri altına düşür, bəzən haqqında eşitdiyi faciə onu həyəcanlandırır və gözündən yaş gəlir. Bəzən isə ən təsirli moizə, ən dəhşətli müsibət onun halını dəyişmir.
    Pak və nurani qəlbli insanlar moizələrə xeyli tez reaksiya göstərir. Pərişanlıq yumşaq qəlbin səciyyələrindəndir. Ən üstün ruhani hal isə peyğəmbərlər və övliyalarda müşahidə olunur.
    Həzrət Yəhyaya moizə çox tez təsir göstərər, onun qəlbində təlatüm yaradardı. Həzrət Zəkəriyya Bəni-İsrailə nəsihət vermək istədiyi vaxt sağına-soluna baxardı ki, Yəhya oradadır, yoxsa yox. Yəhyanın hüzurunda behişt və cəhənnəmin adını çəkməzdi. Bir dəfə Yəhya məclisdə olmayan vaxt Zəkəriyya moizə-nəsihətə başladı. Əbasını başına çəkmiş Yəhya məclisə daxil oldu və bir kənarda əyləşdi. Onu görməyən Zəkəriyya söhbətə başladı: "Həbibim Cəbrail mənə xəbər verdi ki, Allah-taala buyurmuşdur: "Cəhənnəmdə Səkəran adlı bir dağ var. Dağın ətəyindəki vadiyə Ğəzəban deyirlər. Çünki həmin yer Allahın qəzəbindən dağılmışdır. Həmin vadidə bir quyu var. Onun dərinliyi yüz illik yoldur. Bu quyuda oddan tabutlar mövcuddur. Tabutlarda oddan libaslar, zəncirlər və buxovlar var.”
    Zəkəriyyanın söhbətini dinləyən Yəhya fəryad qoparıb dedi: "Səkərandan necə də xəbərsizik!” Məclisdən qalxıb biyabana üz tutdu. Zəkəriyya məclisdən çıxıb Yəhyanın anasının yanına getdi və buyurdu: "Yəhyanı tap, qorxuram onu sağ görməyəsən.” Yəhyanın anası onun ardınca getdi. Bəni-İsraildən bir qrupla rastlaşdı. Yəhyanın anasından haraya getdiyini soruşdular. Dedi: "Oğlum Yəhyanın ardınca gedirəm. Cəhənnəm odu haqqında eşidib səhraya üz tutub.” Yəhyanın anası oğlunu soraqlaşarkən bir çobanla rastlaşdı. Ondan Yəhyanı görüb-görmədiyini soruşdu. Çoban dedi: "Bəli, Yəhyadan bir az əvvəl ayrılmışam. Göz yaşları ayaqlarını islatmışdı. Üzünü göyə tutub deyirdi: "Səni izzət və cəlalına and verirəm, ey mənim mövlam! Öz axirət mənzilimi görməyincə dilimə su vurmayacağam.” Anası Yəhyanı tapıb onu ağuşuna aldı və Allaha and verdi ki, evə qayıtsın. Yəhya anası ilə evə qayıtdı.(Məhəmməd Baqir Məclisi, "Həyatul-qülub”, c. 2, s. 1049)
    4.Qəlbi qəsavətdən xilas etməyin zərurəti
    Bəzi psixoloqlar qəsavəti, qəlbidaşlığı müsbət səciyyə sayırlar. Onların nəzərincə, qəlbiyumşaqlıq, tez təsirlənmə qadınlara və uşaqlara xas olan mənfi xüsusiyyətdir. Bu səbəbdən də onlar insanların hadisələr müqabilində tez həyacanlanıb göz yaşı axıtmasını bəyənmirlər. Amma Qurani-kərim ayələrinə əsasən qəlbidaşlıq mənfi əxlaqi səciyyədir və məzəmmət olunur. Bizlər Quran göstərişlərini yerinə yetirmək əzmində olduğumuzdan ilk növbədə qəsavət kimi əxlaqi xəstəlikdən qurtulmalıyıq. Hər yolla çalışmalıyıq ki, bu xəstəlik qəlbimizə yol tapmasın. Amma bu xəstəliyə düçar olduqdan sonra onu mənfi dəyərləndirərək aradan qaldırmağa çalışmağımız zəruridir.
    Heç şübhəsiz, xaşe, yəni yumşaq qəlb moizə-nəsihətləri daha tez qəbul edir. Qəsavət xəstəliyinə düçar olmuş qəlb isə heç bir moizədən təsirlənmir. Demək, moizənin təsir göstərməsi üçün qəlb qəsavətdən xilas olunmalıdır. Qəsavət xəstəliyinə tutulmuş qəlb ilahi ayələrdən təsirlənmir, heç bir reaksiya göstərmir. "Onu tutun və buxovlayın, oda atın” kimi əzab ayələri("Haqqə”, 30-32)möminin qəlbini yerindən oynadır, onun varlığını titrədir. Qəsavətli qəlb isə bu qəbil bəyanatlardan təsirlənmir. Allah-taala Musa ilə söhbətində qəlbi bərkidən uzun-uzadı arzulardan çəkinməyə çağırır. Həzrət Musadan və bütün başqa bəndələrdən istənilir ki, uzun-uzadı arzulardan qorunsunlar. Çünki uzun-uzadı arzular qəlbi bərkidir və nəticədə moizə-nəsihət insana təsir göstərmir.
    5.Faydalı arzuların faydasız arzulardan seçilməsi
    Diqqət yetirmək lazımdır ki, arzu öz-özlüyündə məzəmmət olunmur. Bir çox arzular faydalı, dəyərlidir. Böyük elmi dərəcəyə çatmaq, ilahi övliyalar cərgəsinə qatılmaq, hətta Allah bəndələrinə xidmət üçün dünyəvi məqam istəmək dəyərli arzulardandır. Uzun-uzadı arzular dedikdə bütün ömrü puça çıxaran və nəticədə axirət üçün faydası olmayan arzular nəzərdə tutulur. Ömrü dünya istəklərinin gerçəkləşməsinə sərf etmək istəyi bu qəbil arzulardandır. Belə arzular insanın dünya məhəbbətini gücləndirir, hətta bəyənilməyən yollara aparır.
    Başlanğıc həyat mərhələsində əliboş bir insan bərbəzəkli saray tamahına düşüb bu arzusuna çatmaq üçün çalışırsa, bütün ömrünü bu işə sərf etməli olur. Əlbəttə ki, belə bir arzunu gerçəkləşdirmək üçün Allahdan uzaqlıq və başqalarının haqqını tapdamaq bahasına başa gələn sərmayəyə ehtiyac var. İnsan bu sərmayəni ələ keçirmək üçün halal-harama baxmadan səy göstərir.
    Amma bir şəxs daha yaxşı ibadət etmək və Allaha yaxınlaşmaq üçün ondan nemət istəyirsə, bu ilahi istəkdir. Xalqa xidmət üçün imkan arzulayanlar əslində axirət arzusundadır. Bu zümrədən olanlar uyğun istəklərlə yanaşı bu istəklərin səmimliyini göstərən səciyyələrlə tanınırlar. Məlum olur ki, onlar ətrafdakıları aldatmaq fikrində deyillər və bəyan etdikləri arzuları sadəcə bir pərdə deyil. Şübhəsiz, belələri axirət və Allahın razılığı sorağındadırlar. Dünyapərəstlik və Allahdan xəbərsizlikdən qaynaqlanan uzun-uzadı arzular insanın bütün ömrünü puça çıxaran arzulardandır. Bu arzular insanın düşüncəsini bütünlüklə özünə məşğul edir və onun diqqətini yalnız dünyaya yönəldir. Bəzi mənəvi yönümlü arzular da uzun-uzadı arzular qismindən ola bilər. İnsan var-dövlət eşqi ilə bütün ömrünü bada verdiyi kimi, dini mərcəiyyət (alimlik) dərəcəsi almaq üçün də hər şeyi yaddan çıxara bilər. Nə pul, nə məqam, nə dini ad insan üçün son məqsəd olmamalıdır. Belə bir münasibət məzəmmət olunmuşdur və insanı doğru yoldan uzaqlaşdırır. Nəql edirlər ki, Əmirəl-möminin (ə) bir şəxsin adını çəkib buyurdu: "O rəyasət və məqam istəyindədir.” Sonra həzrət əlavə etdi: "Çobansız sürüyə hücum çəkən iki canavarın zərəri rəyasətpərəst insanın müsəlmanların dininə zərərindən daha azdır.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, c. 73, bab 124, s. 145)
    Allah-taala öz dostlarının vəsfində buyurur: "Möminlər o kəslərdir ki, Allah yada salındıqda qəlblərinə qorxu düşər, onlara ayələr oxunduqda imanları artar və öz Rəblərinə təvəkkül edərlər.”("Ənfal”, 2) Digər bir ayədə Allah zikri müqabilində mömin qəlbin uçulmasının zəruriliyi bildirilir: "İman gətirənlər üçün bir vaxt çatmadımı ki, qəlbləri Allah zikri və nazil olmuş haqla yumşalsın?!”(Hədid”, 16
    )
    Təbii ki, dünya məhəbbətinə qərq olmuş və gələcək üçün planlar cızan qəlb uzun-uzadı arzulara məşğul olduğundan onda Allah zikrinə yer tapılmayacaq. Allah məhəbbətindən xali qəlbin zikr zamanı qorxu və uçulmasından danışmağa dəyməz. Çünki bir qəlbdə iki eşq yaşatmaq olmaz. Dünya bər-bəzəyinə məftun insan qəlbində ilahi eşq bəsləyə bilməz. Allah-taala buyurur: "Allah heç kimin dərinliyində iki qəlb qərar verməyib.”("Əhzab”, 4)
    Bu qəbil hədislərdən başqa bir nöqtə də aydınlaşır: möminin ən böyük amalı və arzusu Allaha yaxın məqama çatmaqdır. Əksinə, ən böyük zərər isə Allaha yaxınlıqdan məhrum olmaq sayılır. Allah qüdsi hədisdə buyurur: "Qəlbi bərkimiş insan məndən uzaqdır.”
    * * *
    Kitabin adi- İlahi nəsihətlər
    Usdad  Musbah Yezdi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 6 Mayıs 2015 19:20 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH BIZI AXIRETDE CEHENNEM EZABINDAN QORUSUN AMIN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 6 Mayıs 2015 13:49 | İstifadəçi | Şərh yazdı
    Allah sizden razı olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.