» » İlahi nemətlərə ötəri bir baxış


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İlahi nemətlərə ötəri bir baxış
+10
Müəllif: Fatimə Nuri Xuda | 23-04-2015, 16:00 | Baxılıb: 1 036
 
 
 İlahi nemətlərə ötəri bir baxış 

Bədənin kiçik bir üzvünə, gözə diqqət edin. İnsan gözündə müxtəlif orqanlar var. Onlardan hansı biri öz fəaliyyətini dayandırsa, göz görmə qabiliyyətini itirəcək. İnsan görmə qabiliyyətini yenidən əldə etmək üçün yüksək məbləğ ödəməyə hazırdır. Lakin biz bu nemətin qədrini bilmirik. Gözlə müqayisədə insan bədəninin digər üzvlərinin dəyəri məlum olur.
Düşüncə və ağıl vasitələri daha üstün nemətlərdəndir. Bədən üzvlərinin gözəl və sağlam olmasına baxmayaraq ağılı naqis insanın bədən üzvləri dəyərsizdir.
Yoxsa bütün bunları Allah insana satmışdır?! Göz, qulaq, əl, ayaq, barmaqlar, qəlb, ağ ciyər, qara ciyər və insan həyatında böyük rol oynayan bütün üzvlər bizə əvəzsiz verilmişdir.
Böyrəyini, ürəyini və ya bədən üzvlərindən hansısa birini ehtiyaclı şəxsə hədiyyə edən insana nə qədər məhəbbət göstərilir, təşəkkür edilir. Xəstə və onun yaxınları bədən üzvünü hədiyyə edən şəxsi sevəcəklər. 
İndi isə bütün bu nemətləri bizə müftə verən Allah qarşısında nə qədər minnətdar olduğumuzu düşünək.
Günahlardan uzaqlaşma səbəbi olan ilahi məhəbbət əldə etməyin ən sadə yolu nemətlər barədə düşünməkdir. Cismani nemətlərdən əlavə əql, peyğəmbərlər, hidayətimiz üçün göndərilmiş səmavi kitablar, cəmiyyətdəki mövqeyimiz, Allah tərəfindən eyblərimizin açılmaması və sair nemətlər hər biri Allahın dəyərli nemətləridir. Məgər bu mehriban Allah seviləsi deyil?
"İlahi unzur iləyyə nəzərə mən nadəytəhu fə əcabəkə vəstəməltəhu biməunətikə fə ətaəkə”
"İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə! Sən onu özünə yardıma çağırdın, o da Sənə itaət etdi.”
Minacatın bu hissəsini izah etmək üçün bir neçə nöqtəyə diqqət yetirməliyik:
1. Məlum oldu ki, minacat dili yalvarış dilidir və xüsusi tərzdə olmalıdır.
2. Bizimlə Allah arasında bir sıra dəyişməz münasibətlər mövcuddur. Məsələn, heç zaman dəyişməyən xaliq və məxluq münasibəti.
Allah daim xaliq, insan isə daim məxluqdur. Allahla bəndə arasında insanın dəyişməsi ilə dəyişən münasibətlər var.
Məsələn, ilahi rəhmətə layiq olmayan insan müxtəlif dəyişiklikdən sonra ilahi rəhmətə çata bilər. Demək, daim cərəyanda olan rəhmət yox,  biz dəyişirik. Günah zamanı bizimlə Allah arasında "rəhmət verməmək” münasibəti, bağışladıqdan sonra isə "rəhmət vermək” münasibəti yaranır.
3. Bizimlə Allah arasında olan rabitə təkvini rabitədir. Bu rabitə heç bir qərardada tabe deyil. Biz onu dəyişə bilmərik. Məsələn, Allahın allahlığı və bizim məxluq olmağımız. Allah təkvini olaraq bizim xaliqimizdir, heç bir məxluq bu rabitəni dəyişə bilməz. Hətta Allah özü də bu rabitəni dəyişməz. Çünki qüvvə mahal (qeri-mümkün) işlərə aid olmur. İnsanın Allah olması mahal olduğu üçün bu rabitə dəyişməzdir.
Demək, Allah təkvini olaraq xaliq, Rəbb və ruzi verəndir. "Coşən-kəbir” və bu kimi dualarda zikr olunan Allahın gözəl adları adətən əlavə məfhumlara malik olur. Yəni məxluqat ilə Allah arasında bir rabitə nəzərdə tutulur. Bəzən bu rabitə təkvini, dəyişməz, bəzən isə qərardada uyğundur. Yəni öz ixtiyarımızla elə bir iş görməliyik ki, bu rabitə dəyişsin. Allahdan bu rabitənin dəyişməsini istəyirik. Adi insanlar həm yaxşı, həm pis işlər görürlər. Məsələn, Allaha iman, onunla minacat bizim yaxşı əməllərimizdəndir. Allah bizim müxtəlif  hallarımıza əsasən bizimlə müxtəlif münasibətdə olur. İtaət zamanı bir rabitə, inadkarlıq və üsyan zamanı ayrı bir rabitə.
Minacatın bu hissəsində ərz edirik: 
İlahi, günahkarıq, eyni zamanda Sənə iman gətirdik.
İlahi, Sən bizə iki cür nəzər sala bilərsən: Ya günahlarımıza nəzər salırsan, bu halda biz üsyankar oluruq, Sənə qarşı isə üsyan olunur. Yaxud, iman və itaət kimi yaxşı əməllərimizə nəzər salırsan. Bu halda biz müti oluruq, Sənə isə itaət edilir. İlahi, bizə günah əhlinə yox, itaət əhlinə nazər saldığın kimi nəzər sal. Bizə qəzəblə yox, məhəbbətlə nəzər sal. Bəzi dualarda oxuyuruq: "Bizə mehribancasına nəzər sal.” Yəni, elə et ki, Sənin məhəbbət nəzərinə layiq olmaq üçün özümdə şərait yaradım. Əlbəttə, həmin söhbət və minacat dəyişiklik əlamətidir; qəflət və xəbərsizlik halından diqqət və ünsiyyətə doğru dəyişmək!
İlahi! Üsyankar və zəlil bəndənə əziz, müqtədir, cəbbar və qəhhar məqamından nəzər sala bilərsən. Eyni zamanda çağırışına cavab verən, tapşırıqlarına itaət edən üzürxah, müti və itaətkar bəndəyə rəhim, rəhman və mehriban məqamından nəzər salmağın mümkündür.
Sən mənə Quranda "Məni çağırın” buyurdun və mən qəbul etdim. Mənə tapşırdıqlarına itaət etdim. Əlbəttə, bu işləri Sənin köməyinlə etdim. Məsələn, vücudumda yaratdığın qüdrət, həya, lütf etdiyin tövfiq vasitəsi ilə! Belə isə, mənə qəzəblə nəzər salma.
"Ya qəribən la yəbudu ənil-muğtərri bihi və ya cəvadən la yəbxəlu ən mən rəca səvabəhu.”
"Ey yaxın olan və aldanmışlardan fasiləsi olmayan Allah! Ey o bağışlayan ki, mükafatını ümidvar olana əsirgəmirsən.”
Uzun illər Ondan uzaq olmuşuq. İndi isə Ona yaxınlaşmaq istəyirik. Buna görə də "Qərib” adını dilə gətirib, deməliyik: Ey Rəbbimiz, ey cəsarət etmiş şəxsə yaxın olan! Mən cəsarət etdim, şeytana aldandım, sənin məqamını və əzəmətini unutdum.
Eyni zamanda "Cəvad” adını dilə gətirib deməliyik: "Ey O bağışlayan ki, hətta mükafata ümidi olmayanlara da əsirgəmirsən. "Cəvad” yalnız layiq olanlara yox, hamıya layiq olana və layiq olmayana əta edən kəsdir. Çünki minacatda mükafata layiq olan yox, mükafata ümidvar olan şəxsdən söz açılır. İlahi, Sənin Cəvad adın heç kəsi məhrum etməməyini tələb edir.
"İlahi həbli qəlbən yudnihi minkə şovquhu və lisanən yurfəu iləykə sidquhu və nəzərən yuqərribuhu minkə həqquhu”.
"İlahi, mənə şövqü sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti sənə doğru yüksələcək dil və həqiqəti məni sənə yaxınlaşdıracaq baxış əta et.”
Minacatın bu hissəsində Allahdan üç hacət istənilir:
1. Allaha müştaq olan qəlb;
2. Doğruçu və sədaqətli dil;
3. Haqdan qaynaqlanan baxış.
Bu üç istəyi belə də bəyan edə bilərdik: İlahi, mənə müştaq qəlb, sədaqətli dil və həqiqətdən qaynaqlanan baxış əta et. Lakin bu istəklərin hər biri ayrıca vəsf olunmuşdur:
1. Elə bir qəlb ki, onun şövqü insanı Allaha yaxınlaşdırsın. Demək, sadəcə müştaq qəlb yox, Allaha yaxınlaşmağa səbəb olacaq qədər şövqlü qəlb istənilir;
2. Sədaqəti insanı Allaha doğru yüksəldəcək dil, demək, sadəcə doğruçu dil yox, Allaha doğru yüksəlməyə səbəb olacaq qədər sədaqətli dil lazımdır;
3. Allaha yaxınlaşmağa səbəb olacaq haqq baxış. Demək, sadəcə haqq baxış yox, Allaha yaxınlaşmağa səbəb olacaq haqq baxışa ehtiyac var. Daha çox ehtimal olunur ki, burada zahiri gözlə yox, bəsirətlə baxış nəzərdə tutulur. Yəni, elə bir baxış ki, onun haqqı görməsi insanı Allaha yaxınlaşdırsın.
Minacatın bu hissəsində birinci istək Allaha muştaq qəlbdir. Belə qəlb ki, sahibinin Allaha yaxınlaşmasına səbəb olsun. Əvvəlcə Allaha müştaq olmaq dedikdə hansı məna anlaşıldığını bilməliyik. Sonra müştaq qəlbin insanı Allaha necə yaxınlaşdırdığını araşdırmalıyıq.

Kitabın adı: Münacatın əzəməti
Müəllif: Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahıma aşiqəm | Status: İstifadəçi Offline | 24 Nisan 2015 19:33 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.