İnsanın dini və dünyavı ehtiyaclarının həlli
Ey Müfəzzəl! Fikirləş ki, Allah-Taalainsana hansı elmləri əta etdi və hansılarını vermədi? Onu dini və dünyavi elmlə qiymətləndirdi. Dini elm barəsində yaranış arasında çoxlu nişanələr və dəlillər gizlənmişdir. Dini vacibatlarla ədalətə riayət etmək, ata və anaya ehsan etmək, əmanətə riayət, din qardaşlarına kömək və.s, kimi şeylərlə aşina olmağı ona əta etdi. Bütün bu işlər bais oldu ki, insan öz fitrəti ilə müvafiq olaraq Allah-taalanı tanısın.
Həmçinin dünya elmlərini də ona hədiyyə etmişdir. O cümlədən bağçılıq və kənd təsərrüfatı elmi, qoyunçuluq və maldarlıq, müxtəlif xəstəliklərin müalicəsini öyrənmək, quşçuluq və balıqçılıq və bu kimi elmlərdən insan bəhrələnə bilər.
Allah-Taalayalnız bu elmləri insana əta etmişdir ki, onun həm dini, həm də dünyası üçün xeyirlidir.
Allah insanın şənində və bacarığı olmadığı elmləri də ona vermişdir. Məsələn: Qeyb elmi, baş verən hadisəyə olan elm, bəzi baş vermiş hadisələri bilmək, suyun dərinliklərində olan bəzi şeyləri bilmək, və s. Bir qurup insanlar bu elmlərdən xəbərdar olduqların iddia edirlər. Bir halda ki, onların səhv sözləri öz dediklərini batil edir.
Yaxşı fikirləş bütün elmlər ki, insanın dininin və dünyasının xeyrinədir ona verilmişdir və öz kamilliyin və naqisliyin dərk etmək üçün başqa elmlərdən məhrum olmuşdur.
İnsanın ömrünün müddətindən xəbərsiz olmağı
Ey Müfəzzəl! Indi də insanın öz ömrünün müddətindən xəbərsiz olmağı haqda fikirləş. Əgər o, özünün qısa ömründən xəbərdar olsaydı, həyatdan heç bir ləzzət almazdı. Insan əgər ölümün intizarında olsa, həyatın şirinliyini duymazdı. Bu cür şəxs malı əlindən getmiş bir insana bənzəyir. Malının əlindən getməyi və fəqirlik onu qorxutmuşdur. Xoşagəlməz aqibəti və ömrünün axırını bilməyin insana bəxş etdiyi təsir, malın əldən getməyin verdiyi təsirdən daha böyük və çətindir. Çünki, malın yoxluğu düzələndir və bu iş nisbi də olsa insana aramlıq bəxş edir. Amma o kəs ki, ömrünün axırını bilir, əgər ömrü uzun da olsa, heç ümüd etməz.
Əgər insanın ömrünə yəqinliyi olsa, ləzzət və günah dəryasına qərq olar. O, ömrünün axırında tövbə etmək ümidi ilə yaşayar, həmişə şəhvətlərə yetişməyə çalışar. Şübhəsiz allah-taalanın bu əqidədən xoşu gəlmir. Və o, şəxsi bəndələrindən hesab etmir. Əgər sənin bir qulamın olsa ki, bir il sənin qəzəbinə səbəb ola və bir gün və ya bir ay səni xoşhal edə. Onu qəbul edərsənmi? Şübhəsiz qəbul etməzsən. O, vaxta qədər ki, sənin razılığını qazana.
Deyə bilərsən ki, bütün vaxtlarını günaha sərf etmiş şəxsin tövbəsi qəbul olurmu? Cavab veririk: Bu iş o vaxt olur ki, şəhvət insana qələbə edir və onunla mübarizə etməkdən aciz olur. Nəinki onun işi günah etmək olmuşdur. Yalnız bu vaxt Allah onu bağışlayır. Amma o kəs ki, bilə-bilə günah edə və sonra tövbə edə, Həqiqətdə o, bir kəsi aldadır ki, aldadılası deyil. Çox vaxt bu şəxslər vədəsinə əməl etməyə müvəffəq olmurlar. Çünki ürəyi ləzzətdən saxlamaq, xüsusən qocalıq dövürlərində çox çətindir. O vaxt da məlum deyil ki, insan sabah-sabah etməyin təsirindən ölümdən qafil olur və tövbə etmədən dünyadan gedir. Necə ki, bəzən bir şəxs neçə müddətdə borc pul götürür. Ancaq onu o qədər təxirə salır və sabah-sabah edir ki, pulu qaytarmağın vaxtı çatır və pulu qurtarır nəhayət borc onun boynunda qalır.
Buna görə ən yaxşısı budur ki, insanın ölümünü və ömrünün müddəti onun üçün gizli qalsın. Bütün ömrü boyu ölümünün intizarında qalsın. Və günahları tərk etsin.
Əgər desən: İndi də ölümünün vaxtı ondan gizlidir və hər vaxt ölümünün intizarındadır. Bununla belə yenə də fəsada və haramlara mürtəkib olur. Cavabında deyirik:
Bu işdə olan tədbiri yuxarıda qeyd etdik. Əgər insan yenə də günahdan çəkinməsə və fəsaddan uzaqlaşmasa, sərxoşluq və zalımlıqla məşğul olar. Necə ki, həkim xəstə üçün onun xeyrinə olan bir nüsxə yazır. Amma o xəstə həkimin dediyinə əməl etməsə, o nüsxə hec vaxt ona xeyir verməz. Bu iş xəstənin öz ziyanınadır, nəinki həkimin. Çünki, o həkimin sözlərinə itaət etməmişdir. Əgər insan ölümün onu haqlamağına xatircam olsa, çoxlu böyük günahlara mürtəkib olar. Bəs ölmü gözləmək insan üçün çox faydalıdır. Insanların bir hissəsi ölümü yad etmirlər və moizəni qəbul etmirlər. Amma başqa bir hissəsi onu yad etdiklərinə görə günahdan uzaq olurlar və saleh əməllər edirlər. Bu dəstə öz mallarından və dəvələrindən fəqirlərə və miskinlərə infaq edirlər. Bu minvalla ədalətdən deyil ki, agahsızlığına görə bu işdən özünə xeyir götürməyən və haqqını görməyən bir qurupa görə, başqa qurup bu işdən bəhrələnməsin.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri