Bir il müddətində günahlardan pak olmaq üçün salavat
"Misbahul-mutəhəccid" kitabında imam Cəfər Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, hər kəs zöhr namazından sonra bu (salavatı) deyərsə, bir ilədək onun üçün heç bir günah yazılmaz:
"Əllahumməc'əl səlavatikə və sələvati məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd."
Mələklərin insana bir həftəyədək salavat göndərməsinə səbəb olan salavat
"Cəmalul-usubu" kitabında həzrət Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü Əsr namazından sonra bu (salavatı) on dəfə deyərsə, mələklər o cümə günündən gələn cümə gününədək bu saatda onun üçün salavat göndərərlər:
"Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl-əvsiyail-mərziyyinə bi əfzəli səlavatik. Və barik ələyhim bi əfzəli bərə katikə və ələyhi və ələyhimus-səlam. Və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh.
İnsanı bir həftəyədək amanda saxlayan salavat
"Biharul-ənvar" kitabınn 90-cı cildinin 56-cı səhifəsində İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü zöhr namazından sonra bu duanı üç dəfə deyərsə, gələn cümə gününədək amanda qalar:
"Əllahumməcəl səlavatikə və səlavətə məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd."
Kitabın adı: Mənəvi xəzinələr
Müəllif: Rza Cahid