Peyğəmbər (s.v.s) və onun Əhli beytinə salavat göndərməyin bir sıra xüsusiyyət və savabları aşağıdakılardır:
- Peyğəmbər (s.v.s) Əli (ə) – a vəsiyyətində buyurmuşdur:
Hər gün mənə salavat göndərən şəxsə mən şəfaət edəcəyəm. Baxmayaraq ki, günahı günahlardan böyük ola.
- Həzrəti Əli (ə) buyurmuşdur:
Peyğəmbər (s.v.s) və onun əhli beytinə salavat göndərmədən olunan dualar qəbul olunmur.
- İmam Rza (ə) buyurmuşdur:
Peyğəmbər (s.v.s) – dən rəvayətdir ki, Allah cümə günü mənə 100 dəfə salavat göndərən şəxsin 60 hacət və istəyini yerinə yetirər. 30-u bu dünyada, 30-u isə axirətdə.
- İmam Sadiq (ə) buyurmuşdur:
Dan yeri söküldükdən sonra 100 dəfə de: "Əllahummə səlli əla Muhəmmədin və Ali – Muhəmməd.” Bunun vasitəsi ilə Allah səni Cəhənnəm odundan qoruyar.
Mələklər bu salavatın savabını yazmaqdan yorulur.
"Cəzallahü anna Muhammədin Sallallahü Aleyhi və Səlləmə ma hüvə əhlüh”.
Bu salavatı oxuyan kimsəyə yazıcı mələklərdən yetmiş mələk, min sabah və min axşam savab yazmaq üçün çətinlik çəkərək yorulur və ancaq yaza bilir.
"Allahümmə Rabbəl əşihüril harami vəlməşarilharami vəlbəytilharami vərrükni vəlməkani və Rabbilhilli vəlharami ikra, Muhammədən minnissəlamə”.
Kim gündə 70 dəfə bu salavatı oxuyarsa, Peyğəmbər (s.v.s)–nı yuxusunda görər.
”Allahümmə Səlli əla Kuhi səydina Muhammədin filərvahi və səlli əla cəsədi səydina Muhammədin filəcsadi və səlli əla kabri səydina Muhammədin filkuburi. Allahummə bəllic minni təhliyyətən və səlama.”