Salavat nəsihətləri
Salavat Allah tərəfindən insana hədiyyə olunmuş ən gözəl hədiyyədir.
Salavat Behiştdən bir tövhədir.
Salavat ruhu saflaşdırır.
Salavat insanın ağzını gözəl iylədən bir ətirdir.
Salavat Sirat körpüsünün nurudur.
Salavat insanın şəfaətçisidir.
Salavat ilahi bir zikirdir.
Salavat namazın kamilliyidir.
Salavat duanın kamilliyi və qəbul olunmasıdır.
Salavat Peyğəmbər (s)-i yuxuda görməyin nişanəsidir.
Salavat Cəhənnəm odundan bir qalxandır.
Salavat insanın Qiyamətdə və Bərzəxdə dostudur.
Salavat insanın Behiştə daxil olmasına səbəbdir.
Salavat insanı üç aləmdə sıgortalayandır.
Salavat Allah tərəfindən rəhmət, mələklər tərəfindən günahların pak edilməsi, insanlar tərəfindən isə duadır.
Salavat Qiyamət günü ən üstün əməldir.
Salavat ən sevilmiş əməldir.
Salavat Cəhənnəm odunu söndürür.
Salavat namazın zinətidir.
Salavat günahları aradan aparır.
Salavat fəqirlik və nifaqı aradan aparır.
Salavat ən yaxşı mənəvi dərmandır.
Salavat insanın Allaha yaxınlaşmasına səbəbdir.
Yaxşı olar ki, insan həmişə salavat əhli olsun. Çünki Peygəmbər (s) daim salavat zikr edərdi. İnsanın dili daim salavat zikri ilə məşgul olmalıdır. Mühit və cəmiyyətimizin fəzasını salavatla ətirləndirməyi özümüzə borc bilməliyik. Salavat zikr etməklə qəmi, kədəri və hüznü özünüzdən uzaqlaşdırın. Bir salavatla Behiştdə özünüz üçün bir nur yaradın. Bir salavatla Behiştdə özünüz üçün bir nur yaradın. Bir salavatla günahlarınızı pak edin və özünüzü yeni dünyaya gəlmiş kimi hiss edin. Bir salavatla 72 şəhidin savabını özünüz üçün qazanın. Bir salavatla on savab qazanın.
Kitabın adı: Salavat, çətinliklərin həllinin açarı 1-ci cild
Müəllif: Əli Xəmseye Qəzvini