Günahkar cavan və duası
+5
Müəllif:
miryaqub | 7-01-2014, 00:25 | Baxılıb: 1 748
Günahkar cavan və duası
Molla Fəthullah Kaşani "Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi "Ənisül-ləyl” kitabında nəql edir:
Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı. Həmin gecə Malik Dinara yuxuda buyuruldu: "Bizim bəndəmizin bədəninə qüsl ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: -"Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” ("ya məl-ləhud-dünya vəl-axirəh, irhəm məl-ləysə ləhud-dünya vəl-axirəh”). Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı...
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.