Allahdan başqa kim insan bədənində sidik və nəcisin xaric olmasından ötəri borular qərar vermişdir ki, istədiyi vaxt onları açıb-bağlasın ki, həmişə axım halında olmasın? Insan yaşayışını əzab-əziyyətə salmasın. Doğurdan da insan Allahın saysız ne`mətlərin ələ gətirməyə qadir deyildir. Şübhəsiz ki, Allahın ne`mətləri insan biliyindən daha da çoxdur.
Həzm orqanizmi və qara ciyər
Allahdan başqa kim mə`dəni bu cür möhkəm yaratmışdır ki, ağır qidaları həzm etsin? Kim qara ciyəri bu qədər yumşaq və lətif yaratmışdır ki, şirəni və qidanın yumşaqlığın qəbul etsin və onun həzmini mə`dədə asanlaşdırsın?
Bu işlərdə azacıq da olsa belə uyğunsuzluq görürsənmi? Əslən! Bunlar hamısı həkim bir müdəbbirin işidir. O, yaradılışdan da əvvəl qadir və alim olmuşdur və heç bir şey onu qüdrətsiz edə bilməz. O, Lətif və Xəbirdir.
Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü
Ey Müfəzzəl! Fikirləş ki, niyə zərif beyin lüləşəkilli sümüklərin içərisində qərar tutmüşdur? Niyə axar qan boruya oxşar damarların içindən axır? Bu qanı qorumaqdan və düzgün hidayət olunmasından başqa bir şey üçündürmü? Niyə dırnaqlar barmaqların başından çıxır? Bu barmaqları qorumaq və insana işləməkdə kömək etmək üçündür. Niyə qulağın arası zindan və sərdabələr kimi qarışıqdır? Bu səsin qulağa yetişməsi və onun sınmaması və qulaq pərdəsinə zərər yetişməməsi üçündür. Niyə insan ayağının üstünün ətlərini və oturacaqlarını özü ilə daşıyır? Bu insanın bərk yerdə oturanda əziyyət çəkməməsi üçündür.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri