Dişlərdə olan ecazkarlıq
Ey Müfəzzəl! Bir az dişlər haqda fikirləş. Onların bəzisi itidir ki, qidanı bölsün və kəssin və bəziləri enlidir ki, qidanı yumşaltsın və xırdalasın. Allah-Taalabu cür dişləri insana vermişdir Çün ki, insan bunlara möhtacdır.
Tük, dırnaq və onların faydaları
Yenə də Allahın, tük və dırnağı bu cür hikmətlə yaratdığı barədə fikirləş. O, yerdən ki, bunlar inkişaf edir və uzanır, həmin yerdən də qəsaldılmalıdır. Bunların hissiyyatı yoxdur ki, insan onları qısaltdığında əziyyət etsin. Əgər insan bunları qısaldanda əziyyət çəksəydi, iki yol arasında qalardı: Ya bunları gərək qısaltmayaydı, ya da onları əziyyətlə qısaldaydı.
Müfəzzəl deyir: ərz etdim: Nə olardı ki, əgər Allah onları elə yaradaydı ki, uzanmazdılar və qısaltmağa ehtiyac olmazdı? İmam (ə) buyurdu: Allah-mütəal bu işdə çoxlu nemətlər qoymuşdur ki, insanlar bundan xəbərsizdilər. Agah ol! Bədəndə olan dərdlər tükün çıxması ilə və bədənə nüfuz edən şeylər dırnağın çıxması ilə bədəndən xaric olur. Ona görə də göstəriş verilmişdir ki, hər həftə "nurə” (tükün bir müddət çıxmaması üçün hazırlanmış maddə) sürtməklə və təraş etməklə tükü və dırnağı qısaltmaqla bu işə əncam versin. Bu iş səbəb olur ki, tük və dırnaqlar sürətlə inkişaf etsin. Dərdlər və xəstəliklər tezliklə bədəndən xaric olsun. əgər insan bu cür etməsə, bədəndə müxtəlif xəstəliklər meydana gələr.
Tüklərin bədənin bir neçə yerində çıxmasının insan üçün zərəri var idi ki, onun qarşısı alınmışdır. Əgər tük insanın gözlərində çıxsaydı, yemək, içmək onun üçün çətin və ləzzətsiz olmazdı? Əgər əlinin içində çıxsaydı insanı işdən saxlayardı. Bəs o yer ki, məsləh və xeyirli deyil, orda tük yoxdur. Bu heyvanlarda da belədir. Baxmayaraq ki, onların bədəni tüklə örtülmüşdür, həmin deyilən yerlərdə tük yoxdur.gör yaradılış necə xətadan, ziyandan və nəzmsizlikdən uzaqdır və hər şey hikmət və məsləhətlə yaradılmışdır.
Qoltuğun və qarının altında tükün çıxmasının sirri
"Maxnin” səhabələri və başqaları ki, yaranışa irad etmək istəyirlər və tükün qoltuğun və qarının altında çıxmasını laiqsiz sayırlar, onlar xəbərsizdirlər ki, tükün bu yerlərdə inkişaf etməsi, həmin yerin rütubətli olmasına görədir. Necə ki, ot yaş yerdə bitir, tük də belə yerlərdə inkişaf edir. Məgər görmürsən ki, bu yer bədənin artıq maddələrini qəbul etmək üçün ən münasıb yerdir? Bu iş səbəb olur ki, insan özünə yetişsin və paxıllıqdan və təmizlıkdən əlavə, sağlam bədəni olsun. Həmçinin insan bədəninin artıq tüklərini qısaltmaqla yaxşı ruhiyyəyə malik olur.
Ağız suyunun faydaları
Allah-Taalaelə etmişdir ki, bu su həmişə ağıza axır və ağızı və böğazı yaş saxlayır. Əgər bu yerlər quru olsa, insan ölə bilər. Çünki, ağız suyu qidanı yumşaldır. Bil ki, rütubət qidanı hidayət edən minik hökmündədir. Bu rütubət öd kisəsinə də yetişir, bu da insanın xeyrinədir. Əgər öd qurusa insan ölər.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri