Vətənin həsrəti yandırır məni
Vətən,sənsiz yaman gündür ağlaram
Coşqun çaylar kimi coşub çağlaram
Sinəmdəki bu ürəyi dağlaram
Vətənin həsrəti yandırır məni.
Bürüdü dağlarını düşmənlər,Laçın
Səndən ayrı düşdü sevənlər,Laçın
Unudarmı səni görənlər,Laçın
Vətənin həsrəti yandırır məni.
Yurdun gozəl yeri dağlı Kəlbəcər
Ürəyi yanigli,dağlı Kəlbəcər
Əlləri-qolları bağlı Kəlbəcər
Vətənin həsrəti yandırır məni.
Zəngilan,Cəbrayıl,Füzuli,Ağdam
Sizsiz dağlanır ürəklər yaman
Sizi azad edək tez gelsin zaman
Vətənin həsrəti yandırır məni.
Qubadlı,Ağdərə qalıb köməksiz
Şuşa qalası yanıb köməksiz
Qarabağ özünü sanıb köməksiz
Vətənin həsrəti yandırır məni.
Elşən,qəmli-qəmli ağlayır gözlər
Sellər,dənizlər tək çağlayır gözlər
Nə qədər ki,əllər bağlayır gözlər
Vətənin həsrəti yandırır məni.
Müəllif: Elşən Ağayev