» » Kimdir müsəlman?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Kimdir müsəlman?
    +5
    Müəllif: Huseynci Medine | 1-04-2015, 15:30 | Baxılıb: 2 186
     
     
    Kimdir müsəlman?

    Siz ey məscid partladıb, "müsəlmanam” deyənlər!
    "Allahu əkbər” deyib, uşaq başı kəsənlər,
    Səhər oruc tutanlar,
    axşam ciyər yeyənlər.
    Mömin donu geyənlər.
    Məgər siz bu əməli Allah üçün etdiniz?
    Yoxsa, sanırsınız ki, sünnə ilə getdiniz?
    And olsun Allaha ki, Allahı incitdiniz!
    Qurana, Peyğəmbərə, ümmətə zülm eyləyib,
    Sünnəni tərk etdiniz.
    Sizlər elə bibiniz,
    ciyər yeyən Hindinin yolu ilə getdiniz.
    Islamdan ilk ayrılan, çıxan da siz idiniz,
    Kəbəni od vuraraq yaxan da siz idiniz,
    Siffeyndə Quranı nizələrə taxan da,
    Bu fitnəyə höccət tək baxan da siz idiniz.
    Nəhrivandan bu günə, xeyli zaman ötsə də,
    Sizin xəbis qəlbiniz dəyişməyib zərrə də.
    Ey beyətdən dönənlər,
    Ey vicdanı ölənlər,
    Iman odu sönənlər.
    Niyə sizi yandırır "Ya Əli” söyləyənlər?
    "Ya Zəhra” səsləyənlər,
    "Ya Hüseyn” deyənlər?
    Başınıza daşmıdır " Ya Əbülfəzl” kəlməsi?
    Sizi nədən incidir Peyğəmbər ailəsinin
    bu qədər sevilməsi?
    Bəlkə, sizə çatmayıb Quranın bu ayəsi;
    " Ya peyğəmbər, xəbər ver! De ki, bütün ümmətə,
    Sizə peyğəmbər kimi çəkdiyim bu zəhmətə,
    qarşılıq istəmirəm,
    tək bir tələb edirəm!
    Mənim əhli-beytimi siz də sevin, deyirəm!”
    Bu "Şura” surəsində 23-cü ayədir.
    Açıq aşkar dəlildir, ilahi nişanədir.
    Mən Allahın əmrini duydum və əməl etdim.
    Mən əhli-beyti sevdim, onun yoluyla getdim.
    Zərrə qədər vicdanın qalıbsa etiraf et,
    Bəs sən kimə uymusan?
    Yolun kimi yoludur?
    Bilmədiniz ki, nə cür Kərbala unudulsun,
    Aşura unudulsun,
    Qərara gəldiniz ki, bir hədis uydurulsun.
    Guya, aşura günü, bayram imiş əslində.
    Neçə-neçə peyğəmbər nicat tapıb o gündə.
    Həzrət Yusif quyudan, 
    Nuh peyğəmbər isə sudan,
    Həzrət İbrahim oddan, 
    Musa da Firaundan,
    Əyyubsa xəstəlikdən nicat tapıb o gündə.
    Adəm ilə Davudun tövbəsi qəbul olub,
    İsa əleyhissalam məhz o gündə doğulub.
    Yaqubun Yusif üçün ağlamaqdan tutulan,
    gözlərinə yenidən həmin gündə nur gəlib.
    Bu səbəbdən dolayı aşura bayram kimi,
    sizə vacib edilib.
    Ay bunu uyduranlar, yalana göz yumanlar,
    Yalandandan yoğrulanlar,
    Haramdan doğulanlar,
    Fitnəyə qərq olanlar,
    Fəsadda boğulanlar.
    Siz İmam Hüseyinin şəhadət səbəbini,
    gizləmək istədiniz.
    Lənətullah Yezidə, o meymunbaz əyyaşa,
    O haqlıdır dediniz,
    Xəlifə söylədiniz.
    Siz Allahın nurunu öz ağzınız ilə,
    söndürmək istədiniz?
    Fəqət bu həqiqəti dərk edə bilmədiniz,
    Uca Allah vəd verib,
    Və bu mütləq olacaq,
    Tək Allah öz nurunu mütləq tamamlayacaq!
    Gələr bir cümə günü, mövlam İmami Zaman,
    Sizlərə verməz aman.
    Gələr Allah höccəti haqq batildən ayrılar.
    Başınızın üstündə Zülfüqar öz qınından, 
    şimşək kimi sıyrılar.
    Ağam kəsər Yezidə "Radiallahu ənhu” deyən dillərinizi.
    Peyğəmbər məzarını sökən əllərinizi,
    Müaviyə məzarını tikən əllərinizi.
    Açar məramınızı, 
    Bəlli edər ki necə, batildə olmanızı...
    Bilirəm, indi məni dinlədikcə yanırsan.
    Bu haqlı sözlərimdən olduqca cırnayırsan.
    Sən ki müsəlman deyil, başdan-başa terrorsan.
    İslamı gözdən salan, 
    özgəyə maşa olan,
    Allah Allah desən də,
    Allah düşmənlərinə mutisən, qara qulsan.
    Yalanmı söyləyirəm?
    İftiramı edirəm?
    Dünyanın göz önündə, müsəlman ellərində,
    Adını cihad qoyub,
    Mömin başını kəsib, başla top oynayırsan.
    Müsəlman qadınların, gəlinlərin, qızların,
    namusunu özünə halal nemət sayırsan.
    Məktəb bombalayırsan.
    Babalarından qalan o köhnə əməlinlə,
    Qapılar yandırırsan, qabırğalar qırırsan,
    Xeymələr talayırsan.
    Beş yaşında günahsız, gözüyaşlı, əlacsız,
    Uşaqdan soruşursan,- Adın nədir?
    - Əlidir.
    - Zeynəbdir.
    - Fatimədir.
    Dərhal fətva verirsən- Bu uşaq ölməlidir!
    Dərisi soyulmalı, başı kəsilməlidir!!!
    Vay olsun... Vay olsun...
    Vay olsun sənin kimi əqidəsiz insana!
    Pul ilə tutulana,
    Pul üçün satılana.
    Allahı unudana.
    Allah dostuna düşmən, kafirə dost olana.
    Dur! Toxunma Qurana!
    O qanlı əllərini vurma o pak kitaba!
    Dünyada olmazsa da, axirətdə əminəm,
    Əminəm yetəcəksən sən ilahi əzaba...
    Hər yana səs salaraq sən iddia edirsən,
    Guya, səhabələri cani-dildən sevirsən.
    Vallah yalan deyirsən.
    Billah yalan deyirsən.
    Bilib inkar etdiyin,
    hamıdan gizlətdiyin səbəbləri deyimmi?
    Milyon dəfə demişik, bir də təkrar edimmi?
    Peygəmbərin ən əziz səhabəsindən biri,
    Əhli-beytdən saydığı Həzrəti Abuzəri,
    Ömrün ahıl çağında, kim oldu sürgün edən Rəbəzə çöllərinə?
    Kimlər dözə bilmədi onun haqq sözlərinə?
    Onun müsibətində kimlər idi günahkar?
    Hal bu ki, onun haqda Peyğəmbərdən hədis var,-
    "Yer üzü Abuzər tək düz danışan görməyib.
    Göy ondan doğruçuya kölgə sala bilməyib.
    Allah ondan razıdır, tək yaşayar, tək ölər,
    Allahın izni ilə cənnətə də tək gələr.”
    Bəs nə səbəb oldu ki, Peyğəmbərin sevdiyi,
    Düz danışan dediyi, Abuzər sürgün oldu?
    Abuzər gecə-gündüz şəhərdə dolanırdı,
    Gözündən gilə-gilə yaş töküb ağlıyırdı.
    Ah çəkib, ün salırdı,- "Camaat, eyy camaat,
    Məzlum İmam Əlinin haqqını qəsb ediblər.
    Haqqın yolunu kəsib, zalimə yol veriblər.
    Mən Əli aşiqiyəm, Əbuzər Qəffariyəm.
    Mənə vacibdir ki, hər an, 
    qorxmadan haqqı deyəm.
    Günlərin bir günündə Peyğəmbərdən eşitdim,
    Kimin qəlbində yoxsa, Əlinin məhəbbəti,
    Onun südü pak deyil, zatı qırıqdır qəti.
    Kimdə yox Əli eşqi bu hədisi düşünsün,
    Gedib də səbəbini anasından soruşsun.”
    Elə ki, bu sözlərlə batili ifşa etdi,
    Abuzərin bu sözü söz sahibinə yetdi,
    Bax həmin bu səbəbdən tez onu sürgün etdi.
    Bəs digər əziz xələf, dəyərli səhabələr,
    Hücr ibn Üdəyi, Əmmarı kim öldürdü?
    Dar ağacından asıb, ağzına cilov taxıb,
    Təmmarı kim öldürdü?
    Mənim bildiklırimi sən özün də bilirsən.
    Barışmaq istəmirsən, anlamaq istəmirsən.
    Hər nə qədər sən mənim başımı kəssən belə,
    Adıma adlar qoşub, kin kudrət etsən belə,
    Mənsə səni Allaha, haqqa dəvət edirəm.
    Tövbə et- söyləyirəm.
    Tövbə et ,
    Tövbə et ...

     
     
    Bölmə: Qəzəllər
    Şərhlər: 8
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 14 Temmuz 2015 21:10 | Redaktor | Şərh yazdı
    Allahın salamı və saavatı üzərinizə olsun. Dəyərli şərhləriniz üçün təşəkkür edirəm. Həqiqətən vəhabilər çox ağılsız, şürsuz hərəkət edirlər. Öz cahilliylərin bir daha göstərdilər. saytımıza gələn "Vəhabi"  öz savadın, etiqası ilə birdaha özlərinə nifrəti artırdılar. Qısa şəkildə desəm 5 möminə xanım içində təhqir məhz bu vəhabilərə yaraşar. Təbbi ki, Qurandan verəcək cavabları yoxdur....
    Allah onları islah etsin. Allah onları haqq yoluna dəvət etsin. Heç kimə yaraşmazki Allah verdiyi canı alsın Əmma bunların düşüncəsi oduki Şiə qanı tökməklə bilavasitə Cənnətə daxil olaceylar. Xəbərləri yoxduki bunun cavabın Axirətdə necə verəcəklər. Siratdan necə keçəcəklərə. Qan tökməkdən vaxt tapıb bunları düşünsələr.........

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 2 Nisan 2015 17:37 | Redaktor | Şərh yazdı
    Allah vehabilere lenet elesin Amin.Allah Ağamızın zuhurunu tezleşdirsin bu vehşilerin kafirlerin cezasını versin Amin.Allah razi olsun bacim İnşAllah Ağamız tez zuhur eder bu kafirlerin kökü kesiler.Ellerin derd görmesin bacım çox sağ ol.
     
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 2 Nisan 2015 09:05 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun esitmisdim ama oxumaq daha maraqlidi cox sagol baci var olasan duz soze ne demeli her kim bu sozleri qeleme alib ona ehsen zamanemizi oldugu kimi anladir cox sagolsun  baci sende sagol Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 1 Nisan 2015 21:09 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun duzdu weyri  yari oxudum  dogru soze ne gerek Allah lened edsin onara  o kafirlere 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 1 Nisan 2015 18:36 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM VEHABI HAQDA LAP UREYIMDEN XEBER VERDIN YAZAN ELLERIN DERD GORMESIN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rza | Status: İstifadəçi Offline | 1 Nisan 2015 18:29 | İstifadəçi | Şərh yazdı
    Allah Sennen Razi Olsun. Cox Gozel ve Tesirli sozlerdi. Insallah Imam Mehdi Zuhr Eder ve Bu vahabilerin Koklerini keser. Amin Insallah. Allahumme Salli Ela Muhammedin ve Ali Muhammed. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Zehra | Status: İstifadəçi Offline | 1 Nisan 2015 17:20 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM COX GOZEL VE TESIRLI QEZELDIR ALLAH QEBUL ETSIN. draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 1 Nisan 2015 15:45 | İstifadəçi | Şərh yazdı
    CANIM GOZUM ELLERIN VAR OLSUN BU QEZELE COX XOSUM GELIR BUNU GOYDE GEZIRDIM YERDE TAPDIM COX SAG OL CANIM,ALLAH BUTUN MUSELMAN DUSMENLERINE LENET ELESIN AMIN.

    Allah möhtac etmə bizi kimlərə?
    Dini tapdalıyan o zalimlərə,
    Düşsəndə elindən uzaq ellərə,
    Dua et yalvar sən təkcə Allaha.

    Yıxıldın çalışki özün durasan,
    Dünyada bir işin olmasa asan,
    Sən çalış şeytannan uzaq qaçasan,
    Dua et yalvar sən təkcə Allaha.

    Düşdüsə bir işin sənin cəncələ,
    Uca yaradana sən dua elə,
    Deyirsən çətindi deyirsən belə,
    Dua et yalvar sən təkcə Allaha.

    Günahkar bəndəsən səndə mənim tək
    Tövbə et dinə gəl səndə mənim tək
    Qurban de canıvı dinə mənim tək
    Dua et yalvar sən təkcə Allaha.

    Şükür eylə səndə gözəl Allaha,
    Qəlbini sən çalış bağla Allaha,
    Hər qüssə dərdini söylə Allaha,
    Dua et yalvar sən təkcə Allaha.


    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.