Beş hiss orqanının insana məxsus olması və onun üstünlüyü
İndi ey Müfəzzəl! Insanın şərafət nişanəsi və onu digər canlılardan üstün edən, hiss orqanları haqda fikirləş. İnsanın gözləri baş nahiyəsində elə qərar tutmuşdur ki, hər şeyi onlarla düzgün şəkildə görür. Gözlər əgər əldə və ayaqda olsaydı, onları qorumaq çətin olardı və insan heç bir iş görə bilməzdi. Allah-Taalaonları qarında, kürəkdə, və ya bədənin orta hissəsində qərar verməmişdir ki, bu vaxt bir şeydən xəbər tutmaq və görmək çox çətin olardı.
Hiss orqanlarının sirri
İndi ki heç bir üzv gözlər üçün münasib olmadı, şübhəsiz ki, baş insanın hiss orqanları üşün ən yaxşı yerdir.
İnsan ücün beş hiss orqanı yaradılmışdır ki, beş hiss olunan şeyi dərk etsin. Göz rəngləri və surətləri seçmək üçün yaradılmışdır. Qulaq səsləri eşitmək üşün yaradılmışdır. Əgər səslər olsaydı qulaqlar olmasaydı, onda onlara ehtiyac olmazdı.
Başqa hiss orqanları da bu cürdür. Bunların əksi də belədir. Məsələn: əgər göz olsaydı İmam (ə) olmasaydı. Onda bunların heç bir mə`nası olmazdı.
Indi məxluqata fikir ver, gör necə hər şey öz yerində yaradılmışdır. Hər bir hiss üçün özünə məxsus məhsus yaradılmışdır. Bundan əlavə bunların arasında qarşılıqlı bir əlaqə də vardır. Məsələn: İşıq və hava. Əgər işığın rəngi və surəti göz üşün əyan olmasaydı, göz onu görə bilməzdi. Əgər hava səs dalğaların qulağa yetirməsəydi, qulaq da səsi eşidə bilməzdi
Əgər bir kəs bütün bunları yaxşı mütaliə etsə, nəticədə belə qərara gələr ki, bu hikmətli işlər fəqət lətif və xəbir olan Allah tərəfindəndir.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri