Dünyanın yaranışı
Ey Müfəzzəl! Allah taalanın xaliqliyinə, birliyinə dəlil və isbat, bu dünyanın nəzmlə yaranışıdır. Ona görə də əgər bu aləm haqqında dərindən fikirləşsən, onun hər aynasın bir ev kimi görərsən ki, Allah bəndələrinin bütün ehtiyacları dünyada vardır. Səma tavan kimi ucalmış, yer xalça kimi sərilmiş, ulduzlar çıraqlar kimi qərar verilmiş. Və gövhərlər onda gizlənmiş ambarlar kimi, öz laiqli yerində qərar tutmuşdur. İnsan da bir kəsdir ki, bu ev ona verilmiş, və hər şey onun ixtiyarında qoyulmuşdur. Onun ehtiyacını ödəmək üçün hər cür bitkilər və heyvanlar dünyada vardır. Bütün bunlar dünyanın dəqiqliklə, hikmətlə, nəzm və həmahəngliklə yaradılmasına bir dəlildir.
Həqiqətən O, müqəddəsliyində cəlil, işində uca məqamlı və kəramətlidir. Və ondan başqa Allah yoxdur. O münkirlərin fikirləşdiyindən münəzzəh və kafirlərin ona nisbət verdiyindən üstün və cəlildir.
İnsanın yaranışının və körpənin ana bətnindəki hikməti
Ey Müfəzzəl! Sözümüzü insanın yaranışını bəyan etməklə başlayaq. Sən də çalış ki, ondan ibrət götür.
Birinci: Körpə ana bətnində üç zülmətlə örtülmüşdür. Qarın, bətn və uşaqlıq. O, bir yerdədir ki, qidalanmaq.və.pisliyi özündən dəf etməyin heç bir yolu yoxdur. O, nə öz xeyrin dərk edir, nə də zərərin qarşısın ala bilir. Heyz qanı onun qidasıdır. Necə ki, su bitki üçün qidadır.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri