» » » Əziz ananın unudulmaz xatirəsi (pak övladlarının dili ilə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əziz ananın unudulmaz xatirəsi (pak övladlarının dili ilə)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-03-2015, 16:00 | Baxılıb: 2 379
     
     
    Əziz ananın unudulmaz xatirəsi (pak övladlarının dili ilə) 

    ANA...
    Necə də əzəmətli və ürəkaçan səslənir bu söz...
    Necə də gözəl və cazibəli həyəcan doğuran addır bu söz...
    Necə də isti və hərarətli, doğma və səmimi ünvandır bu ünvan...
    Parlaqlıqda günəşdir, bərəkətdə yağışdır, işıq saçmaqda ay və ulduzdur, əzəmətdə uca dağdır, dərinlikdə dənizdir, yaşıllıqda və bar verməkdə bağ və çiçəklikdir, sirr saxlamaqda qalın meşədir, zəriflikdə gecə şehidir, gözəllikdə ay işığıdır, ətir saçmaqda uzaq səhralarda bitən yağış vurmuş güldür...
    Ana eşq simvoludur, eşqin mənasıdır, eşq məktəbinin birinci və sonuncu dərsidir. Əslində eşqin özüdür. Elə bir eşq ki, nağıla bənzəyir, lakin onu hər dəfə, hər kəsin dilindən eşitdikdə təzə və təravətlidir, bənzərsiz və təkrarsızdır...
    Bəşər yaranandan bu günə kimi dünyanın hər yerində, hər bir insan irqində - istər ağ olsun, istər qara, istər sarı olsun, istər qırmızı – hər hansı bir dinə, məzhəbə, adət-ənənəyə məxsus olan, müxtəlif dillərdə danışan millətlər içərisində ana adı çəkilərkən kiçiyin də, böyüyün də, oğlanın da, qızın da qəlbi sevinc və fərəhlə, məhəbbət və mehribanlıqla dolur, ürəkləri riqqətə gələrək həyəcanla döyünür...
    "Ana, sevirəm səni...”
    Təzə dil açan hər bir uşaq ilk sözlərini bu cümlə ilə başlayır... Sonra da ömrünün son anınadək, hətta özü ata, ana və ya baba, nənə olduqda belə yenə də bu cümlə qəlbində və xatirəsində canlanır. Və hər dəfə canlandıqda gözləri həsrət və məhəbbət yaşları ilə dolur, ürəyi həyəcanla döyünür...
    Nəinki insan, hətta heyvanlar və quşlar da ana məhəbbəti, ana nəvazişi ilə böyüyür, yaşa dolurlar. Bəli, yırtıcı şir və vəhşi pələnglərdən tutmuş ağqanadlı göyərçinlərə, zəhərli ilanlardan tutmuş bal arılarına kimi bütün canlıların hamısı isti ana nəvazişi ilə yaşayır, böyüyür və vücudları ana eşqi və məhəbbəti ilə dolu olur...
    Bəli, ata-anaya məhəbbət və bağlılıq nə öyrəniləsidir, nə də öyrədiləsi, əksinə, ürəkdən gələn elə bir fitri hiss və duyğudur ki, onu Yaradanın qüdrətli əli dünyaya gələn hər bir övladın vücudunun dərinliyində doğurmuşdur. Hər bir övlad öz ata-anasını sevir və onlara sevgi – bağlılıq hisslərilə, həm də onların sonsuz məhəbbətləri işığında böyüyür, yaşa dolur. Amma bəzi ata-analarla övladlar arasında olan məhəbbət və bağlılıq bu təbii hədləri də aşaraq qeyri-adilik və istisnalıq təşkil edir. 
    Belə hallarda övladla ata-ana arasındakı məhəbbət və bağlılıq eşq və vurğunluqdan da yuxarı həddə çatır və elə bir müqəddəslik, əzəmət və dərin ehtiram keyfiyyəti qazanır ki, Allahdan və Allahın peyğəmbərləri və övliyalarından başqa heç kəs ona layiq deyil. Bu müqəddəslik və əzəmət keyfiyyətinə görə əgər Allah behişti yaratdısa və peyğəmbərlər, imamlar həmin behiştə çatmaq yollarını göstərdilərsə, analar da behiştin lap uca yerində durmuş və əllərində onun qapılarının açarlarını tutmuşlar...
    Bəli, o yerdə ki, övladın ata-anaya olan məhəbbəti xüsusi bir fövqəladə keyfiyyət qazanır, orada ki, bu bağlılıq xüsusi bir imtiyazdan bəhrələnir, artıq dil bu əzəməti tərif etməkdə acizdir...
    Fatimeyi-Zəhra (ə) ilə məsum oğlanları (ə) arasındakı fövqəladə məhəbbət və əlaqəni, ruhi və mənəvi bağlılığı da bu cür yüksək eşq və əlaqə növündən hesab etmək olar. Onlar arasındakı məhəbbət bu qəbildən olan eşq və bağlılığın ən yüksək zirvəsində qərar tutur...
    İndi kitabın bu qısa fəslində Fatimənin (ə) oğlanlarının əziz anaları, onun böyüklüyü və əzəməti haqqında söylədikləri şirin və unudulmaz xatirələrindən söz açmaq istəyirik. Böyük tərbiyəvi əhəmiyyəti olan bu xatirələr hər baxımdan diqqəti cəlb edir...
    Qeyd etmək lazımdır ki, ümumiyyətlə Fatimeyi-Zəhranın (ə) – bu qəhrəman və fədakar İslam qadınının vücudu ruhi əzəmətdə, paklıq və möminlikdə tutduğu yüksək mövqeyinə görə "Kövsər” sayılmışdır. O həzrətin vücudu ən yüksək bəşəri-əxlaqi keyfiyyətlərinə görə xüsusi bir mənəvi-ruhi cazibədarlığa malik olmuş və buna görə də təkcə pak və məsum oğlanlarının sonsuz məhəbbətini qazanmamış, həm də çoxlarının, hətta əcnəbilərin də diqqətini özünə cəlb etmişdir. 
    Əlbəttə, öz-özlüyündə aydındır ki, Fatimənin (ə) oğlanları öz müqəddəs və əziz analarını xüsusi bir məhəbbət və vurğunluqla ürəkdən sevmişlər. Bu mənada onların pak dillərindən çıxmış kəlamlar və şirin xatirələr Zəhranın (ə) şəxsiyyətinin əzəməti ilə, bu qəhrəman qadının təbiətində olan müxtəlif ali keyfiyyətlərlə bir daha yaxından tanış olmağa imkan verir. 
    Qeyd edək ki, Zəhranın (ə) oğlanlarının xatirələrini verməklə biz heç də o həzrətin pak adından istifadə edərək ölkələr tutan, sərhədlərini, hökumətlərinin nüfuz dairələrini artıran, beləliklə də, nahaq qanlar axıdan ayrı-ayrı İslam xəlifələrini, dövlət başçılarını tənqid etmək və ya "Fatimiyyun” adlı hökumətlər qurmuş, "Əz-Zəhra” və "Əl-Əzhər” adlı cəmiyyətlər, universitetlər təşkil etmiş hökmdarları, şəxsləri pisləmək fikrində deyilik. Əksinə, məqsədimiz yalnız və yalnız Fatimənin (ə) cismani və ruhani oğlanlarının – məsum din başçılarının, həqiqi imamların, hökumətləri sərhəd və coğrafiya nə olduğunu bilməyən, dünyanın hər yerinə səpələnmiş əsl mömin, təmiz və agah insanların qəlbində əbədi yaşayan bu müqəddəs şəxslərin daxili hiss və duyğularını ifadə etməkdir. Məqsədimiz Fatimənin (ə) o oğlanlarıdır ki, həmişə səmərəli həyatlarında əziz analarının yolu ilə getməyə, onun xasiyyət və keyfiyyətlərini öz həyatlarında nümunə etməyə səy göstərmiş və buna nail olmuşlar. Məhz buna görə özləri də milyonlarla mömin insan üçün əbədi nümunəyə dönmüşlər.
    Bəli, Fatimənin (ə) əziz oğlanları həmişə, hər yerdə bütün mümkün hallarda, müxtəlif münasibətlərdə əziz analarının müqəddəsliyi və əzəmətindən söz açmış, ona bəslədikləri güclü məhəbbətlərini, dərin ehtiramlarını ifadə etmişlər. Eyni zamanda əziz analarının məhəbbət və əlaqəsi də həmişə onların həyatlarına nur saçmışdır. 
    Fatimənin (ə) alicənab oğlanları həmişə analarının xatirəsini əziz tutmuş, onun mənalı sözlərini, qiymətli nəsihətlərini dönə-dönə yada salmışlar. Bu barədə onların qədim kitab və sənədlərdə, mötəbər məxəzlərdə qeydə alınmış gövhər kimi dəyərli sözləri və kəlamları vardır. İndi tarixin dərin qatlarından, hədis kitablarından və başqa qaynaqlardan əldə etdiyimiz və parlaq mirvari dənələrinə bənzər həmin qiymətli kəlamları pakların pakı Zəhranın (ə) yolunun davamçılarına ərməğan edirik...

    Kitabın adı: Dini suallara cavab
    Müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: həzin Mədinə | Status: | 11 Mart 2015 23:25 | Qonaq | Şərh yazdı
    Heç bu göyərən yerləri görməmişdim ya Zəhra
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 11 Mart 2015 23:17 | Administrator | Şərh yazdı
    Ana... Dünyada ən gözəl üç hərifli söz. Belə bir məsəl var, dünyada, ağlarsa anam ağlar arxamdan, başqası yalan ağlar arxamdan. Həqiqətəndə elədi. Kiminsə anası dünyasını dəyişəndə deyirlərki "Yaşlı idi, Allah hər kəsə bir müddətə kimi ömür yazıb". Hə, amma mən özüm dünyasını dəyişmiş anaların evladı kimi fikirləşəndə insana çox ağır gəlir... Hətta fikirləşməyidə insana ağırdı... İnsana hər yaş vaxtında ana lazımdı. İstər gənc yaşında istər yaşlı vaxtında. Ana anadı. Allah evladlarını əzab-əziyyətlə böyüdən Anaların qalan ömürlərini xoş-rahət etsin. Analara Xanım Zəhra (s.ə) iffəti və Zeynəb (s.ə) səbri versin. Allah, Anamın simasında bütün analara can sağlığı versin. Dünyasını dəyişmiş anaları, Cənnət ilə mükafatlandırsın. Amin!!! Allah razı olsun bacı. Bu məqalə mənə çox təsir etdi... Allah əcrini versin İnşAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 11 Mart 2015 18:54 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacım..anam Zehraya (s.ə ) canım qurban..çox  kövreldim  Ana müqəddəsdir saytda olan bütün  mömin qardaşlarımın,mömine  bacılarımın Analarının ellerinden öpürem Allah-təala  bütün analara,atalara uzun ömür, can sağlığı versin Inşallah..İlahi! Analarımızın,atalarımızın günahların bağışla onlara bu dünyada Mekke, Medine,Meşhed,Kerbela  ziyareti nesib et...axiretde Cennetde qerar ver ya Rebbim  onları Anamız Zehra (s.ə ) şəfaetçilerinden qerar ver!İlahi Amin Amin Ya Rəbbəl Aləmin. ..

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 11 Mart 2015 17:12 | Redaktor | Şərh yazdı
    Dər yandi divar utandi.
    Muhacir baxdi ənsar utandi.
    O qanli sinədən mismar utandi.
    Budu nisgil ki, cavan öldi Xanim??
    Xeyir!
    Budu nisgil ki, Huseynden nigaran getdi Xanim??
    Budu nisgil ki, o xanim dərdini hec kəsə demədi??
    Xeyir!
    Budu nisgil ki, sili yedi ya yemedi??
    Xeyir!
    Budu nisgil ki, dunya xanimi məngəneyi cəngə qoyub??
    Xeyir bu da deyil.
    Budu nisgil Əli Zəhrani necə qəbrə qoyub??

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 11 Mart 2015 16:52 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun,əcrini versin.Rəhman və Rəhim Allah Xanım Fatiməyi Zəhra hörmətinə butün anaların dualarını qəbul etsin və müşkülə düşən xoş arzularını versin InşaAllah.Amin Amin Ya Mucibu Cəlləcəlaluh.Allahummə Səlli Əla Muhəmmədin və Ali Muhəmməd.Və Əccil Fərəcəhum.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 11 Mart 2015 16:11 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun anam Fatumeti Zehraya ve bütün Ehlibeyt qadinarina canım qurban bir arzum var anamin emanetine layiqince sahib çıxmaq hicab taxmaq Allah bu arzu qelbimdeyken canımı almasın

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.