396. Himmət
1793.Yüksək himmət.
6394.Allahın Peyğəmbəri (s): «Allah-taala yüksək və şərəfli işləri sevir, Onun alçaq və həqarətli işlərdən xoşu gəlmir.»
6395.İmam Əli (ə): «İnsanın dəyəri, onun himməti qədərdir.»
6396.İmam Əli (ə): «Kimin himməti yüksəkdirsə, dəyəri çoxdur.»
6397.İmam Səccad (ə) (dualarının birində):–«(İlahi,) Səndən şahidliyin ən ədalətlisini və ibadətin ən sevincli və ruhiyyəlisini istəyirəm və himmətin ən yüksəyini.»
6398.İmam Baqir (ə): «Yüksək himmətə malik olmaq kimi şərəf və iftixar yoxdur.»
1794.Yüksək himmətə malik olmağın nəticələri.
6399.İmam Əli (ə): «Həlimliklə vüqar, yüksək himmətdən doğan yaşıdlardır.»
6400.İmam Əli (ə): «Comərdlik himmətin yüksəkliyinin nəticəsidir.»
6401.İmam Əli (ə): «Gözəl əməl himmətin yüksəkliyindən xəbər verir.»
6402.İmam Əli (ə): «Qəm-qüssə himmətlərin qədərindədir.»
6403.İmam Əli (ə): «Qeyrətlilik himmətlərin miqdarındadır.»
6404.İmam Əli (ə): «Kişinin şücaəti onun himməti qədərdir.»
6405.İmam Əli (ə): «Gözütoxluğun izzətini himmətin yüksəkliyi ilə qazan.»
1795.Himmətin azlığı.
6406.İmam Əli (ə): «Kimin himməti az olsa, fəziləti aradan gedər.»
6407.İmam Əli (ə): «Dostun nemətinə paxıllıq etmək, himmətin aşağı olmasındandır.»
6408.İmam Əli (ə): «Alçaq adamın himməti olmaz.»
6409.İmam Sadiq (ə): «İnsanı yüksək məqam və ali hədəflərin arxasınca getməkdən üç şey saxlayır: himmətin azlığı, çarə axtarmamaq və fikrin zəifliyi.»
1796.Fikri-zikri yemək olan adam.
6410.Allahın Peyğəmbəri (s): «Kimin himməti yemək olsa, onun qiyməti yediyi şeyin miqdarındadır.»
6411.İmam Əli (ə): «Kimin fikiri-zikri qarnına gedən şey olsa, onun dəyəri qarnından çıxan şey qədər olar.»
6412.İmam Əli (ə): «Xeyir, himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən nə qədər də uzaqdır!»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild