Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məşgim olub gözüm kimi tiri-qəmə nişan, Hüseyn!
Saldı məni üqabidən torpağa Kufiyan, Hüseyn!
Əynimə geymişəm əxa, qırmızı güllü camə mən,
Səy elədim su məşgimi ta yetirəm xiyamə mən,
Heyf ola xali oldu məşk, yetmədim indi kamə mən,
Gəl bu fədayi-eşqini etgilən kamiran,Hüseyn!
Yarələrin əziyyəti olsa da gəlmərəm dilə,
Qanilə-gözlərim dolub, yanam əxa, bu nisgilə,
Yoxdu bu çöldə bir nəfər gözlərimin qanın silə,
Başımın üstə əzm elə halım olar əyan, Hüseyn!
Gözlərimi tutubdu qan, xeymədə çox yubanma gəl,
Başda əmud yarəsi, qalmadı peykərimdə əl,
Gözlərimi nişan edən əllər ola həmişə şil,
Qollarım qayimin məni eylədi natəvan, Hüseyn!
Peykərimin qanı axır yoxdu qiyama taqətim,
Ğütəvər olmuşam qəmə, vardı ürəkdə hacətim,
Nail elə məramıma şəmi-şəb səadətim,
Şirüvi damə saldılar ləşkəri Kufiyan, Hüseyn!
Ey atamın nişanəsi, pərçəmin oldu sərnigun,
Düşmənim həddən keçib, cismim olubdu qərqi-xun,
Başımı istəyir kəsə ləşkər pəstü-rəzilü-dun,
Gəl kəsə başımı ədu məqdəminə inan, Hüseyn!
Qan düzülüb dodağıma ey gözümün ziyası, gəl,
Başımın hər qədər ola xoşdu bu ibtilası gəl,
Qardaşının bu vəqtidə ərşə yetir nəvası gəl,
Qoyma qəmində qızları eyləllər fəğan, Hüseyn!
Düşcək üqabidən yerə dövrəmi aldı Kufiyan,
Aldı araya nəşimi bir neçə din evin yıxan,
Şiri-Xida nişanə səni oxlara olmuşam nişan,
Sındı əmudilə başım cari olubdu qan, Hüseyn!
Qızları qoyma xeymədə çox gələ ahü-şivənə,
Başın üstə çox gülür, düşmənim əl çalır mənə,
Başımın üstə tez yetiş, çoxdu sözüm deyim sənə,
Şahidim olar qollarım, vermişəm imtahan, Hüseyn!
Yа Әli mәn ölürәm, qоymа Hüsеyn qаn аğlаsın!
Zеynәbi bаğrınа bаs, qоymаginаn cаn аğlаsın!
Yа Əli mәn ölürәm vardı sәnә bircә sözüm
Hәsәn ilә Hüsеynimdir кi, mәnim iкicә gözüm
Bаlаlаrım nә cәfa çәкәcәy, bilmirәm özüm
Zеynәbi bаğrınа bаs qоymаgınаn qаn аğlаsın.
Qоrхurаm yа Әli bаğlа gözümü mәn ölürәm
Bir кәsim yохdur, аnаm yохdur, bаcım yох görürәm
Nәyşimi sәn yuyаrsаn, dәfn еdәrsәn, bilirәm
Еy әmi оğlu ölürәm, qоymа Hәsәn qаn аğlаsın.
Әzәli öldü аnаm, аldı mәnim tаqәtimi
Аtаmın ölmәyi dә әydi mәnim qаmәtimi
Bilirәm sахlıyаn оlmаz, mәnim һörmәtimi
Tut әzа аğlа mәnә, qоymа Hüsеyn qаn аğlаsın.
Pаdşаһ tәк аtаmı qоymаdılаr аğlаmаğа
Öz еvimdә mәni dә qоymаdılаr аğlаmаğа
Gәldilәr bir nеÇә mә`lun qаpımı bаğlаmаğа
Dеdilәr Fаtimәyә, yа Әli dе аğlаmаsın.
Yа Әli еylә nәzәr, һәşri günü bu Кәnizә
Nöһәlәr izаһ еdәr, Fаtimәyә, yа кi sizә
Göz diкib һüzzаrilәn mәһşәrdә ümüdinizә
Hәr iкi dünyаdә sәn, qоymа оnu qаn аğlаsın
Hüseynçiyəm,bu qeyrəti Ağam Hüseyndən almışam,
Cəsarəti,şücaəti Ağam Hüseyndən almışam.
Bu izzəti,bu iffəti Ağam Hüseyndən almışam,
Bu isməti,ləyaqəti Ağam Hüseyndən almışam.
Hüseyn,Hüseyn,Ağam Hüseyn
Əvvəli dərs anam mənə tərbiyə vermək istəyib,
Gözün yaşın qatıb südə
Verib mənə rozə deyib.
Ruhun o gün mən Hüseynin
Hərçəmini kəfən geyib
Bu məktəbi,bu ibrəti Ağam Hüseyndən almışam
Mən özümü dərk edəni,
Çətinliyə alışmışam.
Zülmlərə baş əyməyib,zalım ilə tutaşmışam.
Zəmanin yezidləriylə hər zaman vuruşmuşam,
Ədalətə məhəbbəti Ağam Hüseyndən almışam.
Kərbubəla məktəbinin yetirməsi,məzunuyam,
Mən Ağamın Əkbərinin,Qasiminin vurğunuyam.
Ədalətin bu dünyada silinməyən qanunuyam,
Bu düzlüyü,həqiqəti Ağam Hüseyndən almışam.
Hüseynçilər əzilməyə,kəsilməyə adət edib,
Əzilsə də,kəsilsə də haqq yoluna dəvət edib.
Mərd kişilər bu məktəbə aşiq olub,beyyət edib,
Bu mərdliyi,dəyanəti Ağam Hüseyndən almışam
Mərd kişilər qutarmayıb,
Mərd kişilər vardır hələ.
Bu məktəbin ətrafına,
Toplaşağın biz əl-ələ.
Gələn nəsil baxıb bizə,
Şəhidliyə cuşa gələr.
Bu birliyi,bu vəhdəti Ağam Hüseyndən almışam.
P.S Bir müsahibəmiz belə sona çatdı. Allah hər birinizdən razı olsun Kərbəla səfəriniz olsun. Müsahibədə iştirak edən hər kəsə sonsuz təşəkkürlər!
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |