» » » Zəhranın (ə) xütbəsinin əzəməti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Zəhranın (ə) xütbəsinin əzəməti
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 1-03-2015, 16:00 | Baxılıb: 860
     
     
    Zəhranın (ə) xütbəsinin əzəməti

    İndi isə vəd etdiyimiz kimi, o məşhur və tarixi xütbənin tərcüməsini verir və Peyğəmbər (s) nəslinə, ismət və şərəf ailəsinə vurğun olanları həmin xütbədəki dərin mənalarla tanış edirik. Onlar aşağıdakılardan ibarətdir:
    Yaradanın tərif və sitayişi
    Şükürlər olsun o Allaha ki, bizə yer üzünün sonsuz nemətlərini bəxş etdi, həqiqətləri və mərifətləri üzə çıxardı və onları möhkəmlətdi. Şükürlər olsun o Yaradana ki, bəxş etdiyi bol nemətlər davamlı və sonsuz oldu, hamının ehtiyaclarını tam surətdə ödədi. Elə nemətlər bəxş etdi ki, saya-hesaba gəlmir, onların şükrü üçün tərifli söz tapılmır və davamlığını dərk etmək adi insan idrakının xaricindədir. Allah-təala bu nemətləri bəxş etməklə bəndələrini Ona şükr etməyə çağırdı. Və həmin nemətləri artırmaqla bəndələrini Yaradana dua və sitayiş etməklə onlara yiyələnməyə dəvət etdi. 
    Həmd və sənadan sonra (tərif və şükrdən) sonra
    Şahidlik edirəm ki, bir olan, şəriki olmayan Allahdan başqa ibadət olunan (Allah) yoxdur. Bu elə bir kəlmədir ki, sədaqət və səmimiyyəti onun şərhi və izahı etmiş, onun dəlil-sübutunu bəşərin xasiyyətində, qəlbində əmanət qoymuş və onun mənasını, məfhumunu bəşərin fikir və düşüncəsində aydınlaşdırmışdır. 
    Şükrlər edirəm o Allaha ki, gözlər Onu görə bilmir, dillər tərifində aciz qalır və fikirlər, duyğular Onun varlığının yüksəkliyinə çatmaq iqtidarında deyil. şükrlər olsun o Allaha ki, bütün varlıqları bir-birinə bənzəməyən halda yaratdı. 
    Allahın varlığının sübuta yetirilmiş birliyi (tovhidi) 
    Allah-təala Öz qüdrət əlilə hamıya varlıq xələti geydirdi – Öz iradəsi ilə onları yaratdı. Allah-təalanın bu varlıqları yaratmağa heç bir ehtiyacı yox idi, bu işdə heç bir faydanı da nəzərdə tutmurdu. Əksinə, bu yaranışdan bircə məqsədi var idi: öz hikmətini üzə çıxarmaq, sonsuz qüdrətini göstərmək və bəndələrini Ona itaət və ibadət yoluna dəvət etmək və bu dəvətini həmin əlamət və nişanların dəlil-sübutları işığında zəfərlə sona yetirmək...
    Sonra isə Ona olan itaətin əvəzində bəndələrinə əcr və savab vermək və onlara günahlarına görə cəza göndərmək...
    Peyğəmbərlik və onun zəruriliyi
    Şahidlik edirəm ki, atam Məhəmməd (s) Onun bəndəsi və peyğəmbəridir. Onu peyğəmbər təyin etməmişdən öncə seçdi və bu namizədliyə seçməzdən əvvəl adını qabaqkı peyğəmbərlərin ruhlarına və mələklərə bildirdi. Onu öz dəvətinin təbliğinə sövq etməzdən əvvəl bu vəzifəni yerinə yetirmək üçün seçdi. Bəli, bütün bunları etdi, özü də elə bir zamanda ki, camaat hələ qeyb dövründə gizlənmiş , vahimələr zülmətinin pərdəsi ilə əhatə olunmuş və gizlinliklər aləmində qalmışdı. 
    Bu seçki Allahın elminin bütün işlərin son nəticəsindən xəbər verir. Onun bütün zamanları əhatə edən hadisələri bilməsini, bütün zaman və məkanlara bələd olmasını göstərir. 
    Allah Məhəmmədi (s) seçdi ki, onun peyğəmbərliyi ilə Öz hikmət və qüdrətini tam olduğu kimi nümayiş etdirsin, hökmünü icra etsin və qəti iradəsinin nüfuzu artsın. 
    Allahın seçilmiş peyğəmbəri (s) elə bir vaxtda peyğəmbərliyə çatdı və öz dəvətini yaymağa başladı ki, dünya əhlinin çoxu ayrı-ayrı dinlərin davamçıları kimi atəşgahlarda, məbədgahlarda günlərini bütlərə pərəstişdə keçirir və Allahı danırdılar. 
    Cahilliyə dövrünə bir nəzər 
    Belə bir zamanda Uca və Qüdrətli Allah Öz nəfsinin bərəkəti və atam Məhəmmədin (s) varlığındakı nuru ilə bəşərin qaranlıq fikir dünyasına işıq saçdı, ürəklərin və ağılların üfüqlərindən şübhə buludlarını dağıtdı, uzaqgörənliklə xislətləri basmış ilham tozunu sildi. Və o – Məhəmməd (s) camaat arasında irəli çıxdı ki, onlara rəhbərlik etsin, azdıqları yoldan döndərsin, gözlərindəki pərdələri aradan qaldırsın, inadlarından döndərsin. Peyğəmbər (s) bunların əvəzində insanlara uzaqgörənlik və gözüaçıqlığı, həyatı dərk etməyi öyrətdi, onları möhkəm dinə dəvət etdi və doğru yola yönəltdi. 
    (Əzab-əziyyət və işkəncə günləri, təklik və kimsəsizlik dövrü ötdü. Bütün bu acılar şirinliyə qovuşdu və qələbə-uğur zamanı yetişdi. İslam Allahın vəd etdiyi yerə qədəm basdı və İslam cəmiyyəti yarandı. Peyğəmbərin (s) fədakar səy və təlaşları əbədiyaşar uğurlar qazandı, əzəmətli zəfərlə nəticələndi. Dünya dinləri tarixində İlahinin ən ali, ən yüksək məqamı öz hədəfinə çatdı, bəşərin əbədi və əzəli məqsədinə yol açıldı. Məhəmmədin (s) peyğəmbərliyi özünün ən yüksək mərhələsinə çatdı, arzular aşıb-daşdı, dünyanın gözləri Məhəmmədin (s) Mədinəsinə, fəth olunmuş Məkkəyə və Allahın Kəbəsinə dikildi, vəd olunmuş zaman gəlib çatdı.) Nəhayət, Allah-təala onu lütfü və mərhəməti üzündən Öz rəhmət ocağına çəkərək bu fani dünyanın müsibət və əzablarından qurtardı. Beləliklə, Məhəmməd (s) pak mələklərin mübarək dəstələrinə qoşuldu, Bağışlayan Tanrının yanına yetişdi və orada əbədi rahatlıq tapdı. 
    Atamın ruhuna Allahın salavat və salamı, rəhmət və bərəkəti olsun! O, Allahın dünya xalqları içərisindən bəşəriyyət üçün seçdiyi peyğəmbəri (s) idi... 
    Xütbənin bu yerində Fatiımənin (ə) həyəcanlı səsi titrədi, qəlbindən nalə və fəryad qopdu, Peyğəmbərin (s) - əziz atasının bu dünyadan köçməsinə görə ürəkdən acıdı, dərindən ah çəkdi. Sonra isə ürəkləri riqqətə gətirən bir tərzdə dedi: 
    "Əfsus! Ey Allahın bəndələri, ey İslam bayraqdarları, ey din və vəhy daşıyıcıları! Siz Allahın ən inanılmış bəndələrindən və Onun birliyini başqa xalqlara təbliğ edənlərdənsiniz. Baxın, düşünün və agah olun ki, Allahın o həqiqi rəhbəri indi də sizin aranızdadır. Ləyaqət və qabiliyyətdə heç kim onun tayı-bərabəri deyil. Bundan əvvəl də sizinlə razılaşdırılmış qərara əsasən peyğəmbərliyin böyük davamçısı olan kəs rəhbərliyə təyin olunmuşdur... Bəli, bu, Allahın kitabıdır, danışan kitabdır – Qurani-Sadiqdir, işıq saçan nurdur, yayılan şüadır. Onun bəyanı uzaqgörənliyi artıran, sirlər aşkarlayandır, zahiri əlamətləri parlaq və gözqamaşdırıcıdır... 
    Onun – bu müqəddəs kitabın ardıcılları dünya əhlinin həsədinə səbəb olmuşlar. Ona tabe olanları behiştə düşməyə yönəldir. Onun sözlərini eşidənlər bəlalardan xilas olur. Həmin Quran vasitəsilə Allahın nurani dəlil-sübutlarını, təsvir olunmuş fərmanları, aydın fikirləri dərk etmək mümkündür.”
    Allah hökmlərinin fəlsəfəsindən bir nümunə
    Allah-təala imanı dinsizlikdən qurtarmaq və mənəvi təmizlik üçün buyurdu. Namazı yersiz qürurdan, dikbaşlıqdan yaxa qurtarmaq üçün vacib saydı. Zəkatı ruhların paklığı və ruzini artırmaq üçün, orucluğu mənəvi təmizliyin sabitliyi üçün zəruri bildi. Həcci dinin əsaslarını möhkəmlətmək üçün, ədaləti səmimiliyi üçün, fərmanlara itaət etməyi İslam millətinin nizam-intizamı üçün, imamlıq və dini rəhbərliyi aramızda təfriqənin qarşısını almaq və əmin-amanlıq üçün, cihadı İslamın izzət və şərəfi və kafirlərin – düşmənlərin zilləti üçün, səbr və dözümü xeyirxah işlərə kömək üçün, İslamın qoyduğu qadağaları doğru yola dəvət üçün, ata-anaya yaxşılıq və hörməti Allahın qəzəbindən qorunmaq üçün, nəzir-niyaz verməyi əcəlin təxirə salınması və ömrün uzanması üçün, qisası qana hörmət üçün, niyyətə vəfanı insanlıq və haqqın əfvi üçün, çəkidə düzlüyü (alıcıları aldatmamağı) başqalarının haqqına xor baxmamaq üçün, mey içməyin qadağan edilməsini yaramazlıqdan uzaq olmaq üçün, töhmətdən uzaqlığı lənət qazanmamaq üçün, oğurluğu tərk etməyi namusu və mənliyi qorumaq üçün buyurmuşdur. 
    İlahi qarşısında paklığın, əsl tovhidin və tovhidin sağlığının qəbulu üçün çoxallahlığı (bütpərəstliyi) insanlara rəva bilmədi. (Odur ki, Allahın buyurduqlarına tam ləyaqətlə əməl edin, Onun mömin bəndəsi olun. Olmaya-olmaya, qeyri-müsəlman kimi öləsiniz). Şərif ayədə deyildiyi kimi, "Allahın buyurduqlarına, qadağan etdiklərinə itaət göstərin ki, Allahın bəndələri arasında bilici və alimlər yalnız Ondan qorxanlardır.” 
    Əsl mətləbə giriş
    Dan ulduzunun  parlaq işığına, yeni doğan günəş şüalarına bənzəyən bu təkanverici sözlərdən sonra o böyük xanım xütbəsinin əsl mətləbinə keçərək dedi: 
    "Ay camaat, bilin və agah olun ki, mən Fatiməyəm. Atam Məhəmməddir (s). Bir daha deyirəm, bundan qabaq da demişəm və dediyim sözlər doğrudur. Nə edirəmsə, qayda-qanundan xaric deyil. Ona görə ki, sizə öz aranızdan bir Peyğəmbər (s) gəldi. O, sizin əzabınızdan inciyirdi, sizi tərbiyə etmək üçün bərk çalışırdı. Möminlərə qarşı çox mərhəmətli və mehriban idi. 
    Odur ki, əgər bunu nəzərə alsanız, anlayacaqsınız ki, o mənim atamdır, sizin arvadlarınızın atası deyil. Və mənim əmim oğlunun qardaşıdır. Sizin kişilərdən deyil. Necə bir iftixara səbəbdir!
    O, öz peyğəmbərliyini "xəbərdarlığı” ilə bildirdi və öz yolunu müşriklərin uçurumundan aralı saldı. Onların başlarını vurdu, boğazlarından yapışıb sıxdı və hikmət dili ilə, moizələri ilə Allah yoluna dəvət etdi. Bütləri dağıtdı, başçılarının başlarını elə əzdi ki, çoxu dağıldı və arxalarını meydana çevirərək qaçdı. 
    Sübh gecənin pərdəsini yarıb çıxdı və haqqın parlaq siması üzündəki niqabı yerə atdı. Mütləq həqiqət və əsl haqq-ədalət göründü. Din başçısı sözə başladı və şeytansifət azğınların boğazları quruyub susdu. Yolun ortasından nifaq tikanları dağıldı, küfr və nifaq düyünləri açıldı. Və nəhayət, hamı o açıqürəkli, qarnıac dəstəyə qoşulub sədaqətlə dil açdı. Halbuki siz yanar çalanın qırağında fürsət axtaran adamyeyənlərin bir tikəsi idiniz. Hər yetən sizə bir təpik vururdu. Küçədəki gölməçələrdən çirkli su içir, ağacların yarpaqlarını yeyirdiniz. Alçaqlıq və yaramazlıq kölgəsi üstünüzü bürümüşdü. Qorxurdunuz ki, olmaya-olmaya sizi bir göz qırpımında bu adamlar arasından tapalar. 
    Bütün bunlardan sonra (bu zillət və xiffətlərin, yolazma və dinsizliklərin arxasından) Allah-təala Öz iradəsilə sizləri atam Məhəmmədin (s) əlilə xilas etdi və doğru yola yönəltdi. Halbuki onun özü insansifət yırtıcılarla, canavar xislətli ərəblərlə və dikbaş Kitab əhli31 ilə çarpışırdı. Onlar hər dəfə savaş alovunu qızışdırdıqda (o İlahi nurlarını söndürmək məqsədilə) Allah-təalanın Özü həmin atəşi söndürürdü. 
    Haqsızlıq və günahların baş alıb getdiyi, məlun şeytanın hər an göründüyü, dinsiz əjdahaların dil çıxararaq alov püskürdüyü o çağlarda atam – Allahın Rəsulu (ə) dərhal öz əmisi oğlu Əlini (ə) o od püskürən əjdahalarla mübarizə üçün qabağa verdi. O da (əmisi oğlunun – qardaşının, rəhbərinin və müəlliminin əmri ilə) igidcəsinə irəli çıxır və bir göz qırpımında möhkəm yumruğu ilə əjdahanı əzib suyunu çıxarırdı. Özünün iti qılıncını həmin atəşi susdurmadan yerə qoymur, rahatlıq nə olduğunu bilmirdi. Axı o, haqq yolunda əzab-əziyyətlər görmüşdü, İlahi fərmanını yerinə yetirməkdə çox sınaqlardan çıxmışdı. O, Allahın Elçisinin (s) ən yaxın (hamıdan yaxın) qohumu, İlahini sevənlərin, övliyaların başçısı idi. 
    Daim çalışıb-əlləşərdi. Eyni zamanda hər işə qarışar, ciddi öyüd-nəsihətlər verərdi. Siz isə o qorxulu çağlarda öz eyş-işrətinizlə məşğul idiniz. Rahatca, heç nəyə fikir vermədən gününüzü zarafat və keyfdə keçirirdiniz. Gözlərinizi zilləyib, qulaqlarınızı şəkləmişdiniz ki, nə vaxt bizim başımıza bir bədbəxtlik gələcəkdir. O məsuliyyətli günlərdə mübarizədən yayınır və haqq-ədalət, namus və şərəf uğrunda döyüşdən qaçırdınız.

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.