» » » Fatimeyi-Zəhra (ə) başqalarının gözü ilə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6742

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6726

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 4

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Temmuz 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fatimeyi-Zəhra (ə) başqalarının gözü ilə
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 25-02-2015, 16:00 | Baxılıb: 1 249
     
     
    Fatimeyi-Zəhra (ə) başqalarının gözü ilə

    Ayələr və rəvayətlər baxımından Fatimənin (ə) şəxsiyyətinin böyüklüyü və əzəməti ilə tanış olduq. İndi isə tanınmış böyük alim və tədqiqatçılarından bir neçəsinin həzrət Zəhra (ə) haqqındakı fikirlərini hörmətli oxucuların diqqətinə çatdırırıq. Qeyd edək ki, Fatimə (ə) haqqında böyük İslam alimləri ilə yanaşı başqa din və məzhəblərin müasir nümayəndələrinin – görkəmli elm xadimlərinin də tədqiqatları vardır və biz istər birincilərin, istərsə də ikincilərin bu barədəki fikirləri ilə tanış olmağı məqsədəuyğun saydıq. Bu nadir şəxsiyyətin həyatını, şəxsiyyətini öyrənmiş tədqiqatçıların sayı olduqca çoxdur. Ona görə də biz kitabın həcmini nəzərə alaraq onlardan yalnız bəzilərinin Fatimə (ə) haqqındakı fikirlərini çox qısa şəkildə verməklə kifayətlənməli olduq. Fatimə (ə) haqqında araşdırmalar aparmış böyük alim və şəxsiyyətlərdən aşağıdakıların bu böyük qadın barədə fikirləri xüsusi maraq doğurur: 
    Süleyman Kətani – xristian alimi, "Və tərr fi ğimdi” kitabının müəllifi;
    Əhməd Hənbəl – imam və sünnə əhlinin rəhbəri;
    Əbu Əbdül Bərr – məşhur "İstiab” kitabının müəllifi;
    Ustad Tofiq Əbu Ələm – Misirin ədliyyə nazirinin müavini;
    Xətib Bağdadi – "Tarixi-Bağdad” əsərinin müəllifi;
    Müslim – "Əl-came əs-səhih” əsərinin müəllifi;
    Tirmizi – ən mötəbər altı hədis kitabından birinin müəllifi;
    Buxari – "Səhihi-Buxari” əsərinin - ən mötəbər altı hədis kitabından daha birinin müəllifi;
    Həkim Nişaburi – "Əl-müstədrək” əsərinin müəllifi;
    Əbu Davud Səcəstani – məşhur "Sünəni-Əbu Davud” kitabının müəllifi;
    Lui Masinyon – fransız alimi, tarixçi;
    İmam Musa Sədr – İslam mütəfəkkiri və siyasətçisi;
    Əllamə Təbatəbai – böyük İslam filosofu, mütəfəkkiri və təfsirçisi;
    Fəxr Razi – İslam təfsirçisi və alimi.
    Bu on dörd nəfər İslam və qeyri-İslam aliminin, böyük şəxsiyyətlərin Fatimeyi-Zəhra (ə) haqqındakı fikirlərini də qısaca, xülasə şəklində verməyi üstün tutduq. Çünki ümumiyyətlə bizlərin – adi və gücsüz insanların ölçüsü və meyarları o dərəcədə deyil ki, qədr-qiyməti və əzəməti heç bir ölçü və meyara sığmayan o qadının böyüklüyünü təyin edə bilsin. Bu sahədəki bütün səy və təlaşlarımız son olaraq yalnız və yalnız o böyük şəxsiyyətin parlaq simasının yalnız bir tərəfinin cizgilərini çəkməklə nəticələnə bilər. Bub mətləbin özü də əgər hasil olarsa, yenə heç də kiçik bir uğur sayılmamalı və şükr edilməlidir. Çünki bu yolda çox ciddi-cəhd göstərmək insanı yoxsulluğa aparıb çıxara bilər, həmin o parlaq simanın yarım tərəfinin cizgiləri də solğun çıxar və beləliklə, heç bir nəticə əldə edilməz.

    1. İslam xanımlarının xanımı bir məsihi (xristian) aliminin nəzəri ilə

    Pakların pakı Zəhranın (ə) yüksək şəxsiyyəti haqqında istər dostların, istərsə də düşmənlərin, xüsusilə də ağıllı və insaflı düşmənlərin fikir və yazıları olduqca çoxdur. Fatimənin (ə) alicənab varlığı elm və axtarışlar aləmində öz ətrafına çoxlu və müxtəlif fikirlər toplamış və qələm sahibləri üçün geniş meydanlar açmışdır. Bu kitabın müəllifinin ixtiyarında dünyanın bir sıra ölkələrinin yazıçı və mütəfəkkirlərinin qələmindən çıxmış onlarca elə kitablar, risalələr var ki, onların hər birində o həzrətin mənalı həyatı və qürur mənbəyi olan şəxsiyyəti müxtəlif baxımlardan nəzərdən keçirilir, ətraflı araşdırmaya cəlb edilir. Həmin fikir və yazıların burada verilməsi mümkün olmadığından, kitabın bu fəslində bir neçə yazıçı və mütəfəkkirin bu barədəki baxışlarından kiçik nümunələr verməklə kifayətlənirik. Ümid edirik ki, hörmətli oxucular böyük İslam xanımının elmi-mənəvi və məzhəbi əzəməti haqqında daha ətraflı məlumat əldə etmək üçün başqa mənbələrə, çoxsaylı kitablara, araşdırmalara da müraciət edəcəklər. Beləliklə, kitabın bu fəslində ilk öncə qeyri-İslam alimlərinin fikirlərinə nəzər salırıq. Sonra məşhur İslam alimlərinin baxışlarına da diqqət yetirəcəyik. 
    Birinci olaraq məsihi (xristian) yazıçısı, şairi və ədibi Süleyman Kətani haqqında söz açmaq istəyirik. Bu görkəmli alimin İslamın parlaq şəxsiyyətləri haqqında məşhur və sanballı əsərləri var. 
    Süleyman Kətani ilə tanış olmaq üçün belə bir faktı qeyd edək: bir neçə il bundan əvvəl Nəcəfi-Əşrəfdəki İslam ərəb kitabxanası Əli bin Əbu Talibin görkəmli şəxsiyyəti haqqında bütün ərəb yazıçılarının qələmə aldığı əsərlərin müsabiqəsini keçirdi. Həmin müsabiqədə Livanın tanınmış yazıçısı, şair və ədibi, məsihi dinindən olan insaf sahibi Süleyman Kətani də "Əl-imam Əli Nibrəs və Mitrəs” adlı kitabı ilə iştirak etdi. Müsabiqəyə təqdim olunmuş bütün kitablar sırasında Süleyman Kətaninin kitabı birinci mükafata layiq görüldü. 
    Həmin kitabxana ikinci dəfə böyük İslam xanımının parlaq şəxsiyyəti – Fatimeyi-Zəhraya (ə) həsr olunmuş kitabların müsabiqəsini keçirdi. Bir çox yazıçıların və elm xadimlərinin iştirak etdiyi bu müsabiqəyə məsihi yazıçısı Süleyman Kətani "Fatimətüz-Zəhra və tərr fi ğimdi” kitabını təqdim etdi. Bu müsabiqədə də Süleyman Kətani birinci yeri tutdu və mükafat aldı. 
    Müsabiqə komissiyasının bu qərarını ilk baxışda İslama aid əsər yazmış bir məsihi şəxsi həvəsləndirmək ehtimalı ilə izah etmək olar. Bundan əlavə, güman etmək olardı ki, müsabiqədə birinci yerə layiq görülmüş bu iki əsər müsabiqəyə təqdim olunmuş başqa əsərlərlə eyni səviyyədə imiş. Lakin Fatimə (ə) haqqındakı kitabı oxuduqdan sonra aydın olur ki, bu ehtimal və gümanlar əsassızdır. Süleyman Kətaninin bu əsəri ilə yaxından tanışlıq göstərir ki, doğrudan da, bu məsihi müəllifi İslamı nə qədər dərindən bilir və onun ədəbiyyat və mədəniyyətinə nə dərəcədə ürəkdən vurğundur. Yalnız belə duyğuları yaşayan kəs İslam şəxsiyyəti haqqında bu cür əsər yaza, müsəlman yazıçıları ilə eyni müsabiqədə iştirak edə və öz məqsədinə nail ola bilərdi. Deməli, belə bir müəllifin kitabının birinci yer tutması təbii bir haldır. Axı pakların pakı Zəhra (ə) dünya miqyaslı, İlahi bir şəxsdir və yer üzünün bütün bəndələrinin hər biriniin o həzrət haqqında söz deməyə haqqı var. Dost sözü hansı ağızdan çıxarsa çıxsın, onun eşidilməsi, oxunması bəyəniləsidir. 
    Bu gün Cəmilə Bupaşa, İndira Qandi, Florans, Elizabet, Bint əl-Huda və bu kimi qadınlar bütün dünyada məşhurdursa, bu böyük İslam qadını nəyə görə bütün dünya səviyyəsində tanınmasın?
    Süleyman Kətani pakların pakı Zəhranın (ə) şəxsiyyəti haqqındakı kitabında şer və qəhrəmanlıq dastanlarından nümunələr verir, o həzrətlə bağlı şairanə duyğularını, ən ali hisslərini ifadə edir...
    Müəllif kitabının müqəddiməsində yazır: "Fatimeyi-Zəhra (ə) tarixi sənədlər və rəvayətlərdə yaşayan yüksək bir şəxsiyyətdir. Fatimənin böyük və nadir bir şəxsiyyət olduğunu dərk etmək üçün təkcə bunu yada salmaq kifayətdir ki, o, Məhəmmədin (s) qızı, Əlinin (ə) həyat yoldaşı, Həsənlə (ə) və Hüseynin (ə) anası və dünya xanımlarının xanımıdır.”
    Süleyman Kətani kitabının sonunda yazır: "Fatimə, ey Mustafanın qızı! Ey yer üzünü çiyinləri üzərində qaldıran parlaq sima! Sən yer üzündə iki dəfədən artıq təbəssüm etmədin. Bir dəfə atan aram dincələrkən sənə Allaha qovuşmağının müjdəsini verdiyi zaman sənin dodaqlarına təbəssüm qondu. İkinci dəfə isə ölüm yatağında olarkən, son dəqiqələrini yaşayarkən... Sən həmişə məhəbbətlə yaşadın, paklıq və ismətlə ömür sürdün. Ey pakların pakı olan ana! Sən iki böyük övlad dünyaya gətirib tərbiyə etdin, onlara mərhəmət donu geyindirdin... Sən bu dünyadan təbəssümlə ayrıldın və əbədiyyətə qovuşdun. Ey Peyğəmbərin (s) qızı, ey Əlinin (ə) həyat yoldaşı, ey Həsənin (ə) və Hüseynin (ə) anası, bütün aləmlərin və əsrlərin xanımlarının ən böyük xanımı!”
    Müəllif kitabın başqa bir yerində isə belə yazır: "Qəhrəmanlıq güclü bədənə və biləyə və ya taxt-taca arxalanan qüvvə deyil, əksinə, qəhrəmanlıq ağlın məntiqinə, zəka və düşüncəyə söykənən bir gücdür. Yalnız bu yolla istədiyin məqsədə çatmaq olar. Zəhranın (ə) qəhrəmanlığı da bu böyük mənadan başqa bir şey deyil. buna görə də o, başqaları üçün olan amillərdən bəhrələndi. Bu məsələdə onun zəif və zərif biləkləri yox, ağlı, zehni öz təsirini göstərdi.”

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 25 Şubat 2015 23:37 | İstifadəçi | Şərh yazdı
    ALAHUMMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED...
    ALAHUMMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED...
    ALAHUMMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED...
    ALAHUMMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED...
    ALAHUMMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED...
    ALAHUMMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED...
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 25 Şubat 2015 22:04 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI ELLERİN DERD GÖRMESİN İNŞALLAH.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 25 Şubat 2015 21:51 | Administrator | Şərh yazdı
    Allah razi olsun-Deyerli movzudu.Xanim Zehranin fezilet haqqinda ne qeder yazsalar da azdir.Allah xanima xatir her kesi bagislasin.Amin
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aylinn | Status: İstifadəçi Offline | 25 Şubat 2015 21:00 | İstifadəçi | Şərh yazdı
    ÇOX SAĞ OL  BACIM ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 25 Şubat 2015 16:40 | İstifadəçi | Şərh yazdı
    Cox cox sag ol bacı ellerin qolların var olsun Allah razı olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.