Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrət Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində buyurur: "Övladım, sənə dörd mətləb öyrədimmi ki, onlara riayət etməklə tibbə ehtiyacın olmasın?" İmam Həsən (ə) deyir: "Bəli”. Həzrət Əli (ə) buyurur: "1-Acmamış yemək yemə; 2-İştahın kəsilməmiş əlini yeməkdən çək; 3-Yeməyi yaxşı çeynə; 4-Yatmazdan əvvəl özünü rahat et (ayaq yolu). Bu göstərişlərə riayət etsən, təbibə müraciət etməyə ehtiyacın olmaz".
Yeməyin yaxşı çeynənməsinin faydalarından biri budur ki, yaxşı çeynənilmiş yemək, tez və asan həzm olunur. Nəticə etibarı ilə bədən bir neçə səbəbə görə sağlam qalır:
1- Dişlərin vəzifəsi çeynəmək və xırdalamaqdır. Əgər dişlər öz işlərini layiqincə yerinə yetirməsələr, mədə dişlərin işini çətin və ağır da olsa öz öhdəsinə götürməyə məcbur olur. Beləliklə həzmin çətinləşməsinə səbəb olur və nəticədə mədə və həzm sistemi pozulur.
2- Yemək nə qədər çox çeynənilsə bir o qədər də ağız suyu ilə islanır və həzm yaxşılaşır. (Ağız suyu özü bir növ turşudur.) Bununla da həzm sistemi və mədə sağlam qalır.
3- Bəzən yemək yaxşı çeynənilmədiyi üçün həzm olunmur. Bir müddət keçdikdən sonra mədə-bağırsaqda qalaraq xarab olur. Bu da mikrobların yaranma mənbəyinə çevrilərək sonda xəstəliyə səbəb olur.
Spalanzani adlı italiyalı bir alim 1780-cı ildə mədə barəsində elmi tədqiqat aparır. O, parçadan düzəlmiş kiçik bir kisənin içinə çeynənilmiş yemək yığaraq ağzını iplə möhkəm bağlayır. Belə ki, ipin bir ucunu əlində saxlayaraq kisəni ağız yolu ilə mədəyə salır. Bir müddətdən sonra kisəni mədədən çıxarir və kisənin içində heç nəyin qalmadığını görüb heyrətə gəlir. Mədədə olan güclü turşu, çeynənilmiş yeməyi əridərək kisənin daxilindən çixarmış və mədənin içərisinə sormuşdu.
Bir müddətdən sonra Spalanzani kətan parçadan hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin içərisinə bir miqdar tam çeynənilmiş ət qoyur. İkinci kisənin içərisinə isə bir tikə çeynənilməmiş ət qoyur. Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir müddətdən sonra kisələri çıxararaq görür ki, çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir nəticəyə gəlir ki, çeynənilmiş yemək daha yaxşı həzm olunur.
Bir çoxları bu suala cavab olaraq onun miqdarını müəyyən edib və 33 dəfə çeynəmək lazım olduğu bildiriblər. Amma çeynəmək üçün ədəd təyin edilməsi düzgün nəzərə çarpmır. Belə ki, bəzən yeməklər on dəfə çeynəməklə udulmağa hazır olurlar. Bəziləri isə 40 dəfə çeynəməyinə baxmayaraq udmaq üçün münasib deyillər. Belə nəticə almaq olar ki, yeməyin çeynənilməsində meyar onun ağızda xırdalanıb yumuşalana kimi çeynənməsidir. İstər 50, istərsədə 33 dəfə. Ya az, ya çox.
Müəllif: Mehdi Tahiri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |