Dış fırçası
İslamda təkid olunmuş müstəhəb işlərdən biri də dişlərin fırçalanmasıdır. Onun üçün bir çox gigiyenik faydalar qeyd olunub. Bu iş çox əhəmiyyətli olduğu üçün Peyğəmbər (s) buyurub: "Cəbrail (ə) həmişə mənə dişlərimi fırçalamağı tövsiyə edirdi, belə ki, tezliklə bu işin vacib olacağını fikirləşirdim". İndi isə bu işin bəzi tibbi faydalarına işarə edəcəyik.
Rəvayətlər və dişlərin fırçalanmasının faydaları
Hədislərdə dişlərin fırçalanması üçün 26 fayda zikr olunmuşdur. Biz onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik. Daha sonra həkimlərin bu barədə dedikləri sözlərə işarə edəcəyik ki, İslam dininin 14 əsr bundan əvvəl buyurduğu elmi möcüzələr haqqında düşünəsiniz.
İmam Sadiq (ə) buyurub: "Fırçada Peyğəmbərin sünnəsi olan 12 xislət var. Ağızı ətirli edir, gözü işıqlandırır, Allah taalanın razılığına səbəb olur, dişləri ağardır və çürüməyin qarşısını alır, diş ətini bərkidir, yeməklərə qarşı iştah yaradır, bəlğəmə son qoyur, yaddaşı gücləndirir, edilən yaxşılıqları 70 dəfə çoxaldır, mələkləri sevindirir".
Başqa bir rəvayətdə buyurulur: "Dişləri fırçalamq qəm-qüssəni yox edir".
İmam Rzadan (ə) nəql olunub: "Fırça gözü nurlandırır və bədən tükünü (saçları) çoxaldar".
Müasir tibb baxımından dişlərin fırçalanması
Bütün bədən üzvülərinin bir birilə əlaqəsi olduğu üçün dişlərin xəstə, sağlam, güclü və zəif olması bədənin iş mexanizminin xəstə, sağlam, zəif və qüvvətli olmasında təsirlidir. Təbiidir ki, bu məsələnin özü insanı dişlərini qorumağa və onların sağlamlığına əhəmiyyət verməsinə vadar edir. Çünki, dişlərin sağlamlığı təxminən bütün bədən üzvülərinin sağlamlığı deməkdir.
Həkimlər deyirlər: "Dişlərin arasında qalmış yeməklərin çirkinlikləri və mikrobları ağızdan mədəyə sirayət edərək həzmin zəifləməsinə, mədənin xarab olmasına və qıcqırmasına səbəb olur. Bu da böyrək və ağciyər xəstəliklərinə səbəb olur. Hətta bəzən bu mikrob və çirkinliklər badamcıq vəzlərinə, eləcə də buruna da təsir qoya bilər. Belə ki, burun tüklərinin xəstəliklərinə səbəb olur. Bundan əlavə natəmizlikdən və çürümüş dişlərdən əmələ gəlmiş diş xəstəlikləri qulaq ağrıları və xəstəliklərinə səbəb olur. Eləcə də bəzi göz xəstəliklərinin yaranmasına da səbəb olur. Çünki göz və qulaq sinirlər vasitəsilə dişlərə birləşir. Bəzi ağız xəstəliklərinin oynaqlarda təsir qoyub qaraciyərin ağrılığını artırdığı kimi tuperkulyoz və digər sayılmış xəstəliklərin müalicəsində də həkim hər şeydən əvvəl xəstənin dişlərinə diqqət edir.
Bəzən dişlərdə yeməyin artıqlarından əmələ gələn "Kotik" adlı bir turşu, dişlərin üst səthinə təsir qoyaraq onların kənarını xarab edir. Beləliklə kələ-kötür və xoşa gəlməyən şəklə salır. Bu məsələ, yemək qalıqlarının dişlərin arasında qalmasına kömək edir. Beləliklə də mikroblar yaranır və bir çox ağrılar, narahatlıqlar insana üz tutur. Habelə damağ yarasına səbəb olur.
Tədqiqatçıların apardıqları axtarışlar göstərir ki, ağız təmizliyilə ürək xəstəliklərinə düçar olmaq təhlükəsindən uzaq olmaq arasında birbaşa əlaqə var.
Dişlərin fırçalanması ilə gözün nurlanması arasında olan elmi əlaqə
Nəql etdiyimiz rəvayətdə fırçanın gözlərə nur verməsini qeyd etdik. Bir neçə əsrdən sonra həkimlər hər bir qulaq və gözün sinirlə dişə birləşməsini deyiblər. Yaxşı olar ki, diş xəstəliklərinin göz xəstəliklərinə təsir qoyduğunu bilək. Dişlərin sağlamlığının gözün sağlamlığındada təsirli rolu var. Belə ki, anadangəlmə olmayan korluqların bəzisinin diş xəstəliyi nəticəsində əmələ gəlməsi müşahidə olunub. Xəstəliyin aradan getməsiylə görmə qabiliyyəti də düzəlib. Bu məsələnin bütün həkimlər tərəfindən yekdilliklə qəbul edilməsini demək olar.
Dişləri fırçalamaqla tüklərin bitməsi arasında olan əlaqənin elmi açıqlaması
Dişlərin tüklərlə sıx əlaqəsi vardır. Diş xəstəliklərinə tutulmuş bir çox insanların xarab olan dişləri tərəfindəki tüklərin tökülməsi çox müşahidə olunub. Hətta müalicədən sonra dişlər sağalarkən tökülmüş tüklər yenidən bitməyə başlayır.
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri