Sədəqə
Sədəqə rəvayətlərdə sağlamlığın amillərindən biri kimi adı çəkilən işlərdəndir. "Ölümdən qurtarmaq və sağlamlıqla sədəqənin arasında nə kimi əlaqə var" sualının cavabında deməliyəm ki, bu bir mənəvi məsələdir. O Allah ki, canlarımız onun əlindədir sağlamlıq da ondandır. Allah-taala sədəqənin vasitəsiylə sağlamlığı və xəstəlikdən uzaq olmağı istəmişdir.
Əziz Peyğəmbərdən nəql edilmiş hədisdə buyurulur: "Sədəqə 70 cür bəlanı dəf edir. Onlardan ən sadəsi cüzam və ekzemadır.
Bu barədə çoxlu rəvayətlər deyilib. Müxtəsər etmək üçün bununla kifayətlənirik.
Təbii ehtiyacı dəf etmək
A- Yatmazdan əvvəl təbii ehtiyacın dəf olunması:
Həzrət Əli (ə) əziz övladı İmam Həsənə (ə) təbibə ehtiyacı olmasın deyə 4 şeyi tövsiyə etdi. Onlardan biri yatmazdan öncə özünü rahat etməsi idi.
Elmi bəhs
Doktor Şəhid Paknejad bu barədə deyir: "Bu söhbət mövzunun adət halına düşməsini çatdırır. Hər yatmazdan əvvəl ayaq yoluna getmək, tədricən adətə çevriləcək. Belə olmasaydı o həzrət ehtiyac olarkən ayaq yoluna getməyi buyurardı.
Digər tərəfdənsə gecə istirahət zamanı olduğu üçün şübhəsiz bir neçə saat davam edəcək. Bildiyimiz kimi zaman keçdikcə nəcisin zəhərlərini cəzb etmək qüdrəti artır və istirahət zamanı (yəni yuxuda olarkən) kapiliyarlarda qan dövranının hərəkəti səbəbindən zəhərlər cəzb olduğu üçün narahatlıqlar yarana bilər. Belə ki, səhər yuxudan durub hərəkət etdikdən və qan dövranı işə düşdükdən sonra sıradan çıxır. Yatan və istirahət edən insan üçün nəcis olduqca ziyanlıdır. Kim yatmazdan əvvəl ayaq yoluna getməyi və sağlamlığı qəbul etməyi adət edə bilsə onun üçün faydalı olar. Ən mühümü də budur ki, ayaq yoluna getməzdən əvvəl bağırsaqların və böyrəyin boşalmaq istədiyini hiss etsin.
B- Ehtiyac zamanı özünü rahat etmək
İmam Rzadan (ə) nəql edilmiş rəvayətdə sağlamlıq üçün bir neçə işin adı çəkilib. Onlardan biri "sidik güc gələn zaman özünü rahat et" ifadəsidir.
"İslamda tibb və gigiyeniya" kitabında yazılıb ki, "elə tənbəl və səhlənkar insanlar tanıyırıq ki, bu həyati vəzifəni yerinə yetirməyə də başısoyuqluq edirlər. Ehtiyac zamanı öz sağlamlıqlarının tələbini cavabsız qoyaraq bağırsaqlarını fəaliyyətdən saxlayırlar. Əslində öz daxili orqanizmlərinə "tənbəllik dərsini" öyrədirlər. Bu başısoyuqluğun nəticəsində həzmetmə sisteminin pozulması, qaraciyər, mədə, babasil, venanın yorğunluğu və bəzən də venada qanın hərəkətsizliyinə və limfotik yollarının tutulmasına gətirib çıxarır. Limfotik yolları tutularsa, sonda fil xəstəliyinə tutulurlar"
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri