» » Alkoqollu içkilər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6710

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6694

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Eylül 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Alkoqollu içkilər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 21-02-2015, 19:54 | Baxılıb: 1 752
     
     

    Alkoqollu içkilər

    Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri içməkdir. İndisə İslam dininin elmi  əzəmətinin bir güşəsinə varmaq üçün, spirtli içkiləri içməyin bir sıra cismi zərərlərini açıqlayırıq. 

    1. Alkoqolun beyin və əsəb sisteminə olan zərəri

    Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkoqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra, öz real təsirlərini, o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərinin zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq, anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini üzə çıxaracaqdır.

    2- Spirtin sümüklərə olan zərəri

    Bir qrup tədiqatçının araşdırması göstərmişdir ki, spirtli içkilər, sümüklərin zəifləməsi və sınmasına səbəb olur. Sınmız sümüklər uzun müddət ərzində çətinliklə sağalırlar.

    Həkimlərin bildirdiklərinə əsasən, spirtli içkilər sümük toxumalarının işininə maneəçilik törədərək, neçə il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də spirtli içkilərin istifadəsi tandonların çəkilməsinə səbəb olur. 

    3- Böyrək

    İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə düçar olmuş xəstələrin 87.5 %-i spirtli içkilərin səbəbilədir. Spirtli içkilər sidiyin miqdarini da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur. 

    4- Boyun

    Spirtin, xüsusilə pivənin istifadəsi nəticəsində bəzən boyun piyi çoxalaraq cərrahlıq əməliyyatına ehtiyaclı olur. 

    5- Spirtli içkilərin qaraciyərə zərəri

    Kəskin surətdə spirtli içkilərə qurşanan şəxslər, yüksək dərəcədə böyrək və qaraciyərdə problemin təhlükəsi astanasındadırlar. "MOONSHİNE" sizin böyrəkləriniz üçün son dərəcə zərərli ola bilər, çünki onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər. 

    Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli maddələri ayırmaq və zərərsizləşdirməkdir. Lakin təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir. 

    6- Spirtli içkilərin qan dövranına zərəri

    Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini aradan aparır, dəmir tərkibini təşkil edən qan hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı təhlükəsi ilə üzləşdirir.

    7- Spirtli içkilər, qidanın həzmində pozğunluğun amili

    Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt, mədə südlərini azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin qarşısını alır, beləcə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır. 

    8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin) səbəbidir. 

    Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı spirtli içkilər səbəbilədir.

    1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən, spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.

    İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki, təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır. 

    İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə, onun ve Rəsulunun adından yalan danışmağa, töhmət vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir". 

    Şərab haqqında alimlərdən qısa cümlələr

    1- Badə az iç, əqlini bada vermə

    2- Şərab qəlbi qaraldar və əqli korlayar

    3- Ağlı şərab bağlayar, gözü isə yuxu

    4- Şərq həkimlərindən biri deyir: Məstedicini almaq, dəliliyi almaqdır.

    5- Alman tədqiqatçılarından biri deyir: Spirtli içkilər satılan mağazaları plomblayın, daha sonra zindanlardan cinayətkarları azad edin. 

    Lətifə: Ağıllı dəlinin əmirlə söhbəti

    Əmir dəlixanaya baş çəkməyə gəlmişdi, dəlilər arasında birisini görür ki, mətanət və vüqarla addımlayırdı. Əmir öz-özünə dedi: Onu səbəbsiz dəlixanaya gətirmişlər, daha sonra onunla danışmağa başladı. Söhbət əsnasında əmirə şərab gətirdilər, iki-üç cam içdikdən sonra, camı dəliyə təklif etdi. Dəli üzr istədi və içməkdən çəkindi. Əmir israr etdikdə, dəli dedi: Ey əmir sən şərab içirsən ki, mənim kimi olasan, mən içim ki kimin kimi olum?

    9 – Şərabın digər orqanlara zərəri

    Şərab təkcə qan dövranı sistemini deyil, bədənin bütün orqanlarını spirt düşgünlüyünə yuvarlayır. Şərab içən həzm pozğunluğu, mədə qıcolması (konvulsiya), qarınağrısı, ürəkbulanma, beyin zədəsi, ürək narahatçılıqlarına, o cümlədən: oritimi və takikardiyə düçar edir. Tədqiqatçılar bildirirlər ki, çox miqdarda spirtdən istifadə etmək, beyin fəaliyyətlərinin və tənəffüs sisteminin iflic olmasına və bununla da ölümə gətirib çıxara bilər. 

    Şərabın körpəyə və rüşeymə (embriona) zərəri

    Hazırda statistika və tədqiqat göstərir ki, valideynləri şərab içən uşaqların ölümü, başqa xəstəliklərlə tələf olan digər uşaqlardan daha çoxdur. Habelə şərab içən atalardan doğulan uşaqlar adətən zəif, əlil və kəskin konvulyasiyalara mübtəladırlar. Bu şəxslərin həyatın çətinlikləri qarşısında müdafiələri zəifdir, müxtəlif mikroblar qarşısında daha həssasdırlar. Bədən üzvlərində naqislik, fəqərə sütununda əyrilik, kar va lallıq, tirod vəzlərində çatışmazlıq, eləcə də şüuri geriləmə kimi beyin zərərləri, əzələlərin inkişaf etməməsi və şiddətli dəlilik və s. bu tip uşaqlar çox müşahidə edilir. 

    Cismi zərərlərə adi xəbərlər

    1- Amerikada ildə 1300 nəfər spirtli içkilərdən zəhərlənərək can tapşırırlar. 

    2- İrna: Qəzvin universiteti stomatologiya fakultəsinin dekan müavini dedi: Xərçəngə yoluxan xəstələrin 90% -i şərab içən və siqaret çəkənlərdir. 

    3- Polis: Avstraliya xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Viktorya şəhərinin 3000 sakini hər il spirtin istifadəsi səbəbindən həyatlarını itirirlər. 

    4- Doktor Kərimi deyir: Ölkədə spirtin məsrəfindən doğan olaylara diqqət etdikdə, həftədə iki-üç nəfərin spirtdən zəhərlənərək öldüyünün şahidi oluruq. 

    5- Luparizin qəzeti yazır: Spirtin məsrəfi, Fransanın ölümlə nəticələnən yol qəzalarının 35%-ni, narkotik maddələr isə bu hadisələrin 15%-ni təşkil edir. 

    6- Beynəlxalq sağlamlıq mərkəzinin spirt və narkotik maddələr bölməsinin rəisi, Madriddə mətbuat konfranslarının birində söylədi: "Avropada 15-29 yaşlar arasında dünyadan gedən hər 4 nəfərdən biri, spirtli içkilərlə ilgilidir.  Spirt, dünyada ən çox istifadə edilən məstecidir, çünki onu əldə etmək qeyri-qanuni narkotik maddəni əldə etməkdən daha asandır. Belə ki, bir butulka spirtli içki, bir butulka sərin sudan ucuzdur.”

    O eləcə də bildirdi ki, 55 mindən artıq avropalı cavan, spirtdən istifadə səbəbilə həyatına son qoymuşdur.

    Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?

    Spirt haqqında söylənən bütün bu zərərləri nəzərə alaraq, niyə illərlə şərab içən bir sıra şəxslər tam sağlamdırlar?

    Cavab: Əvvəla sağlamlıq heç kimin alnında yazılmayıb, zahirən sağlam nəzərəçarpan şərab əhli, şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunluqlara düçardırlar. Hansı ki, daima onu başqa amillərlə əlaqələndirmək istəyirlər. Məsələn əgər kəskin qarınağrılarına düçar olduqda, onu düzgün qidalanmamağa nisbət verirlər və s.

    İkincisi: Şərabın zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illər vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin barəsində 8 ildən sonra cisimdə zahir olması söylənilir, xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə yoluxduğunu bilə bilmir.

    Şərab içən şəxs, özünü bir mütəxəssisə göstərərək müayinə olunsa, o zaman biləcəkdir ki, xeyli sayda zərərlər bədəninə daxil etmişdir. Bu eynilə uzun müddət təsiri bilinməyən, illərdən sonra təsiri üzə çıxan siqaret çəkmək kimidir. Hansı ki hamımız bilirik ki, bir ədəd sıqaret insan üçün zəhər kimidir.

    Üçüncüsü: 70 il yaşadığını gördüyünüz şərab içənlər şərab içməsəydilər, 100 il yaşayardılar. Çünki bəzi insanlar irsən (anadangəlmə), xəstəliklər və zəhərlər qarşısında daha dözümlüdürlər.

    Dördüncüsü: Bəziləri şərabın təsirindən din, iman və ağıllarını itirmişlər. Sağlam olduqlarını da yalan deyirlər. İndiyə kimi minlərlə xəstəliyə düçar olmuş, amma axmaq olmuş, ağlını itirmiş deyə, bunları hesablamırlar. Yaxud cismi zərərlərini qabardaraq onu şərabdan çəkindirmək istəyən inanclı şəxslərlə söz güləşdirmək üçün, yalandan "biz neçə ildir ki şərab içirik, amma yenə də sağlamıq" deyirlər.

    Axmaq oğulun atasına məktubu

    Bu tip şəxslərin sağlamlığı, səfərdə olan atasına məktub yazan axmaq oğulun sağlamlığı kimidir. O, durumu şərh edərək yazır: Atacan salam, salamdan sonra, deməliyəm ki, bizim vəziyyətimiz şükürlər olsun ki, yaxşıdır. Hər şey ürəyimizcədir. Sadəcə, evimizin divarı aşaraq, ananı, qardaşı və bacını öldürdü. Allaha şükür ki, mən, uzunqulaq, pişik, it və qoyun sürümüz ölümdən yaxa qurtardıq, bizim salamat olmağımız bu idi. Vəssəlam. 

    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
    Müəllif: Mehdi Tahiri

     
     
    Bölmə: İslamda sağlamlıq
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.