» » Az miqdarda şərab da zərərlidirmi?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Az miqdarda şərab da zərərlidirmi?
+5
Müəllif: Fatimə Nuri Xuda | 21-02-2015, 19:56 | Baxılıb: 1 659
 
 

Az miqdarda şərab da zərərlidirmi?

Bilirik ki, azacıq spirt də mədə vasitəsilə cəzb edilir və elə bu az miqdar, bədəndə yanmadığından zərərlidir. Az olmasına baxmayaraq, antidivretik hormonunu kontrol edir, sidiyi çoxaldır. Həmçinin bir damcı belə içilsə, qana daxil olduqda nütfə bağlanmasında təsirlidir  (insan şərab içdikdən sonra cinsi əlaqədə olarsa və bu yaxınlıqdan uşaq doğularsa, o uşağın dəli olması, şüur baxımından zəif olması ehtimalı böyükdür).

Spirt, qanda lazım olan maddələrdən biridir. Onun minimum və maksimum miqdarı da bəllidir. Bədənin ehtiyacı olan bu miqdar spirt qida vasitəsilə təmin edildiyi halda, qida metabolizmi (maddələr mübadiləsi) olmayan spirt içməyə heç bir lüzum yoxdur. Spirtin dərhal qana keçməsini nəzərə alaraq, bir şəxs az bir miqdarda spirt içərsə, qan spirti artar və bu özü bir növ xəstəlik sayıla bilər. Xəstəliyindən yalnız həkimə müraciət etmək və müayinə yolu ilə agah olan şəkər xəstəliyinə düçar olmuş şəxs kimi, az şərab içən şəxs də, məst olmaya, lakin eyni halda özünün də xəbəri olmadan xəstəliyə yoluxması mümkündür. 

Tanınmış psixoloq, doktor Hans Luksanberq, Munix şəhərində keçirilən konfransda, "hətta bir qurtum şərab belə, sürücülük üçün təhlükəlidir" söylədi. 

Doktor Məlvin Kənzəli, 1969-cu ildə Nyuyorkda keçirilən spirt və spirtizmlə mübarizə adlı səkkizinci beynəlxalq konfransda, dedi: Spirtin az istifadəsi də, bir çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi Karolinanın tibb institunun tədqiqat mərkəzinə başçılıq edən doktor Kənzəli eləcə də əlavə etdi: "Bəziləri güman edirlər ki, məclislərdə necə deyərlər, boğaz yaşlasalar, spirtə qurşanmayacaq və ya beyin pozğuntuluqlarına düçar olmayacaqlar, halbuki, bu zəmində həyata keçmiş araşdırmalar göstərir ki, spirtli içkilər, az miqdarda da belə, beyin hüceyrələrində pozğuntuluğa səbəb olur”.

Sözügedən konfransda digər alimlər, o cümlədən, doktor Raymund Penigton çıxış edərək, spirtin mənfi təsirlərinə (hətta az miqdarda da), toxundular.

Nurdrayn Vesteflen əyalətində baş vermiş on dörd min yol qəzası üzərində aparılan araşdırmada məlum oldu ki, cavanlar, hətta pivə içməklə, qocalardan daha tez yol hərəkət qaydalarını pozurlar. Cavanların qanında az miqdarda olan spirt ( mində 0.5) iradə və şüurlarını əldən verməyə səbəb olur. Aparılmış araşdırmalara görə, sürücünün qanında mində 0.4 spirt mövcud olduqda, yol qəzaları daha təhlükəli, daha ağır olmuşdur. 

Şərab qangətiricidirmi?

Şərab və məstedici maddələrin tərkibində olan spirt, qanın zəifləməsinə səbəb olduğu halda, necə qangətirici ola bilər? Yüz il bundan öncə bir sıra təbiblər, şərabın bəzi xəstəliklərə xeyirli olduğunu düşünürdülər, lakin son zamanlar sezmişlər ki, şərab, xəstənin bədəninə xeyir verməməyi ilə yanaşı, bir çox zərərləri də ona çatdırır, belə ki, spirtin ən kiçik zərrələri ağ qan cisimciklərinin fəaliyyətini iflic edir.

Bilirsiniz ki, ağ qan cisimcikləri (leykositlər), insan qanına mikrob daxil olarkən, mikrobla mübarizəyə qalxaraq onu məğlub edir. Bir sözlə ağ qan cisimciyi bədənin əsgəri rolunu oynayır, xəstənin ağ qan cisimciyinin müqavimət edərək, mikrobların məhv edildiyi surətdə o sağalır, bədənində ağ qan cisimciyi olmayan və ya zəif olan şəxs, xəstəliyə məğlub olub, yenidən ağ qan cisimciyinin yaratmadığı surətdə həyatını itirir.

Spirt, qana daxil olcaq, ağ qan cisimciklərinin fəaliyyətini dayandırır. Bu zaman bu maddə artıq, milyonlarla mikrobun bədənə daxil olduğu təqdirdə kiçicik reaksiya da göstərmir. 

Sağalmaq üçün şərab 

Bir sıra insanlar, bəzi xəstəliyə düçar olduqda, onun çarəsini şərab içməkdə görür və "xəstəliyimizin aradan qaldırılması üçün şərab içirik" deyirlər. Bu şəxslərdən bəziləri, öz vicdanlarını rahatlaşdırmaq və ya içki içmələrinə don geydirmək üçün bu sözü dilə gətirirlər.

Hazırda dünyada, şərabı xeyirli hesab edən, hətta ona az miqdarda icazə verən bir təbib tapmaq olmaz. Belə bir həkim müşahidə edildiyi surətdə, tibb elminin tədqiqatçılarının qeyd etdiyi şərabın çoxsaylı zərərlərini nəzərə alaraq demək olar ki, onun tibbi informasiyasında çatışmazlıq var.

Şərabın hər hansı bir xəstəliyi aradan qaldırmasını fərz etsək də, onun minlərlə digər cismi və mənəvi xəstəliyi əlavə etməsini danmaq olmaz. Sağlam zəka sahibi bu tip işi görməz. Bu iş eynilə, suya düşmüş 10 manatını götürmək üçün, bir neçə dalğıc tutaraq yüzlərlə manat artıq pul xərcləyən şəxsin əməlinə bənzəyir.

Əzizlərimiz bilməlidirlər ki, ən gözəl üslübda bədənimizi yaradan Tanrı, nələrin bizim bədənimizə xeyirli və nələrin zərərli olduğunu çox gözəl bilir. Şərabın istifadəsində xeyir, məsləhət olsaydı, Allah onu azad edər və onu içməyi qadağan etməzdi.

Şərabda şəfa yoxdur

İbn Əbi Yəfur, hz. İmam Sadiqə (ə), bir xəstəliyə düçar olduğunu və ağrısı baş qaldırdıqda bir miqdar şərab içərək sakitləşdiyini bildirdi. İmam Sadiq (ə) buyurdu: İçmə, haramdır, bu şeytanın səni harama salmasından başqa bir şey deyil. O (şeytan) şərab içməyindən ümidsiz olarsa, ağrın kəsiləcəkdir. Daha sonra Əbi Yəfur Kufəyə qayıtdı, ağrısı daha da gücləndi, yaxınları ona şərab gətirərək, içməyini istədilər, o isə, "Allaha and olsun ki, bir damcı da içməyəcəyəm" dedi.

Neçə gün kəskin ağrılara dözməli oldu. Daha sonra isə, ağrıları dayandı və ömrünün sonuna kimi bu xəstəliyə düçar olmadı. 

Üç şərtlə şərabdan müalicə qəsdilə istifadə etmək olar

Bəziləri, hər bir məstedicidən, hətta xəstəliyi aradan qaldırmaq üçün də olsa, çəkinməyi bildirirlər; çünki Allah şəfanı hər bir məstedicidən götürmüşdür. Bu, məşhur fəqihlərin sözüdür.

Bəzi müctehidlər isə, üç şərt əsasında şərabdan şəfa qəsdilə istifadə etməyi maneəsiz hesab edirlər.

1- Həmin xəstəliyin müalicəsinin mümkün olması bilinməlidir.

2- O xəstəliyin müalicəsini tərk etmək, öülmlə və ya ona bənzər məşəqqətə səbəb olarsa.

3- Əlacın yalnız şərabda olduğu yəqin edilsin. Demək, müalicənin şərabdan başqa yolla da mümkün olduğunu ehtimal verərsə, bu şərt mövcud deyil və yalnız bu üç şərtin mövcud olduğu təqdirdə, zərurəti aradan qaldırmaq miqdarında içməyin eybi yoxdur. Ancaq deyildi ki, haramda şəfa yoxdur və bu sadəcə bir fərzdir. 

Həkimin göstərişi icra edilsin 

Əbu Bəsir deyir: Ümm Xalid Əbdiyyə İmam Sadiqin (ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında idim. O dedi: Sənə qurban olum, mənim qarnımda qurultular və qıvrılmalar çoxdur. İraq həkimlərinə müraciə etdim, onlar: "Yaxşılaşmaq üçün pivə içərək qovut yeməlisən" - söylədilər.

Mən isə, bu göstərişə əməl etmədim.Çünki sizin bu işdən xoşunuz gəlmədiyini bilirdim. İndi isə, sizdən soruşuram, mən nə edim?

İmam buyurdu: Onu içməkdən səni nə çəkindirdi? O dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən soruşana qədər içməyim.

İmam mənə (Əbu Bəsirə) buyurdu: Bu qadının sözlərini və sualını eşitdinmi? Daha sonra o qadına belə dedi: And ola Allaha, onun bir damcısını içməyi sənə icazə vermirəm, çünki səni peşman edər. Yalnız canın boğazına yetişərsə. İmam əli ilə, boğazına işarə edərək, üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli.

Şərab içmə və imansız dünyadan getmə

Fuzeyl ibn Əyaz şagirdi can verərkən, onun başı üzərində oturaraq Yasin surəsini oxumağa başladı. Şagirdi: ey ustad Quran oxuma, dedi. Fuzeyl oxumağı dayandırdı və daha sonra yenidən ona təlqin deməyə, şagirdinə: ""la ilahə illallah" cümləsini təkrarla", dedi. Şagirdi dedi: bu sözü mən dilə gətirmərəm, çünki ondan bezmişəm. Şagird elə o halda da dünyasını dəyişdi. Füzeyl çox qəmgin idi. O evinə qayıtdı, yuxuda əzab edilən şagirdini gördü. Ondan soruşdu: niyə imansız dünyadan getdin? Mənim ən savadlı şagirdlərimdən biri olmasına baxmayaraq, niyə inancsız, mərifətsiz dünyanı dəyişdin? Şagirdi cavabında dedi: Üç səbəbə:

1- Söz gəzdirmə; mən ağıl sahiblərinə sən dediyinin əksini deyirdim.

2- Paxillıq; Dostlarıma paxıllıq edirdim.

3- Xəstəliyimə görə həkimə müraciət etdim və o, hər il bir badə şərab içməyi tapşırdı, "İçməsəm, xəstəlik bədənimdə qalar" - dedi. Mən də hər il bir badə şərab içirdim. 

Spirtli içkilər rahatlığa səbəb olurmu?

Bəzi şəxslər, spirtli içkiləri içməklə, dərd-qəmlərinin dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini zəiflədərək, beynin, duyğu orqanları vasitəsilə alınan məlumatları düzgün analiz etməsinə mane olur... Beyin düzgün işləmədikdə və bununla da duyğunun təsirləri aradan getdikdə, həqiqətdə duyğuların fəaliyyətinin inikası sayılan qəm-qüssələr, dərdlər öz həddini itirir və nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını əldə edir.

Cavab: Doğrudur, insan qəmini unudur; çünki spirt, xarici təhrikedicilər qarşısında reaksiyanı azaldaraq, müəyyən həddə insana rahatlıq, sakitlik gətirir, lakin əvvəla: spirtin təsiri getdikdə və narahatçılığın kökləri qaldıqda, onun hücumu daha artıq və daha kədərləndirici olur. Qəm-qüssənin kökü kəsilməsə, məstlik halından sonra, əsəb sistemlərinə daha dağıdıcı təsir göstərəcəkdir.

İkincisi: Qəm-qüssəni dağıtmağın çoxsaylı yolu olduğu halda (namaz, oruc, səfər, dua, dərdi dostla bölüşmək, idman və s.), niyə məhz günahı seçməliyik? Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki, az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq, müalicə etmək və problemin kökünü kəsmək əvəzinə narkozdan istifadə edir. Bir keyitmə iynəsi ilə, məsələn bir iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin ayıldıqda isə, ağrının kökünü aradan aparmadığından, ağrısının öz qüvvəsində qalmasından əlavə, huşsuzluq dərmanının mənfi təsirləri də ona əlavə edilir. Şübhəsiz ki, ağıllı insan belə bir iş görməz. 

Spirtli içkilər, zinadan daha pisdir

Möminlərin əmirinə (ə) dedilər: Siz buyurmusunuz ki, şərab, zina və oğurluqdan pisdir? O həzrət cavabında buyurdu: " Bəli, çünki zina edən, başqa bir günaha aludə olmaya bilər, oğurluq edən də həmçinin; lakin şərab içən məst olduqda, zina da edər, adam da öldürər və namazı da tərk edər".

Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri

 
 
Bölmə: İslamda sağlamlıq
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.