Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Musiqi
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 21-02-2015, 20:26 | Baxılıb: 2 505
     

     

     
    Musiqi

    Musiqi nədir? 
    Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir. Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə kifayətlənirik:
    1- Bir tərifə əsasən, musiqi – səslərin ürəkaçan formada tərkibidir. Bu baxımdan, günah məclislərilə münasib olarsa, haramdır. 
    2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə, düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir. 
    Misal olaraq, Farabinin Seyf əd-Dövlənin qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli yuxuya daldı.
    Bu kitabda söhbət açacağımız mövzu, birinci tərifdə toxunduğumuz haram musiqidir.

    Sinir sisteminin fəaliyyəti

    Musiqinin cismi zərərlərini bəyan etmək üçün, öncə bir müqəddiməyə işarə edirik.
    Vegetativ sinir sistemi iki şöbəyə bölünür.
    1. Simpatik şöbə
    2. Parasimpatik şöbə
    Simpatik sinir sistemi

    32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və qarın boşluğunun arxa səthində onurğa sütunun iki tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.
    Parasimpatik sinir sistemi:
    Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və çiyin-çiyinə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı süstlük, tənbəllik, halsızlıq, yuxu, qəflət, səhv, unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini yavaşıtmaq və s. onun vəzifəsidir. 
    Aydındır ki, kənardan əsəb üzərində təhriklər başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində müvazinətsizlik yaradan xarici amillərdən biri də, aşağıdakı zərərləri özündə yerləşdirən musiqi dalğalarıdır.
    Musiqinin cismi zərərləri
    1. Sinir sisteminin zəifləməsi
     Simpatik və parasimpatik sinir sistemi arasında müvazinətin pozulması nəticəsində bədəndə yaranan müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən, musiqiçilərin (musiqi bilicilərinin) 80%-i sinir sistemi zəifliyinə düçardırlar.
    Kolumbiya universitetinin professoru doktor Velf Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi sədaları, insanın sinir sistemi üzərinə ən acı təsirləri bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha da çoxalır. Ərəbistan və İranın bəzi şəhərləri kimi isti yerlərdə son dərəcə mənfi təsirə malikdir.
    Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı nəşr etmiş və Amerikada minlərlə insan onun ardıcılı olaraq, musiqini özünə haram etmişdir. Bunlar, mütərəqqi dünyanın bədbəxtçiliklərindən biri sayılan sinir sistemi zəifliyinin qarşısını almaq və cəmiyyətin qurtuluşu üçün, geniş bir layihə hazırlayaq Amerika senatoruna təqdim etmiş və bütün növ ümumi konsertlərin qadağan edilməsini istəmişlər. 
    Doktor Arnold Freydmani Nyuyork xəstəxanasının həkimi və başağrısı klinikasının baş həkimi, beyin dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə, sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və əsəbi başağrılarının əsas faktorlarından biri də, radio ilə yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə dinləyənlər üçün. 

    Doktor Aleksis Karlın sözü

    "Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir". 
    2. Dəlilik
    Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə dəlilik əlamətlərini üzə çıxarır. 
    İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə diqqət yetirin. 
    1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti əsnasında, bir kişi həyəcanın şiddətindən soyunaraq dəlicəsinə vokala tərəf yola düşdüyü zaman polis tərəfindən yaxalandı.
    2 - Bir milyon əlli min nəfər bir konserti dinlədikdən sonra, musiqinin onlarda yaratdığı həyəcan nəticəsində qəflətən bir-birlərinin üzərinə tökülərək səbəbsiz bir-birlərini yaralamağa, zədələməyə başladılar. Hadisə yerinə polis yetişənədək bir neçə nəfər bıçaqlanma nəticəsində həyatını dəyişdi, neçə qıza təcavüz edildi və xeyli sayda insan yaralandı. 
     3- Letil Rak ştatında bir cavan piyano öyrənirdi. Musiqi nəğmələri o cavanın ruhunda necə həyacan icad edirsə, heç bir səbəb olmadan öz yerindən qalxaraq on doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür. 
     4- Musiqi dinləmək üçün Parisin meydanlarının birində toplaşmış cəmiyyət konsertdən sonra, necə həyəcana gəlmişdilərsə, vitrinləri sındıraraq mağazaları darmadağın etdilər və bir qrup yaralandı. 
     5- Bethoven adlı məşhur musiqiçi 30 yaşında eşitmə qabiliyyətini bütünlüklə itirərək və sonda əsəb zəifliyindən dəli oldu.
    3. Qan təzyiqi 
     Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox yayılmış qan təzyiqinin səbəbləri haqda araşdırma aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində açıb-bağlayır və eyni halda radionun düyməsini açıq saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən sonra, aşağıdakı nəticələri əldə edir:
     A) Musiqi xoşagəlməz olduqda, qan təzyiqi artır və ruhun süstlüyü və narahatlığı ilə sonlanan sədaları eşitdikdə, qan təzyiqi həkimi vəhşiləşdirəcək həddə gətirib çıxarırdı.
     B) Bir sıra musiqilər aramlaşdırıcı təsirə malik idilər və davam etdiyi müddətdə təzyiqi normal həddən aşağıya endirirdi (bu da təhlükəlidir).
    4. Görmə qabiliyyətinin zəifləməsi
     Qeyd etdik ki, simpatik və parasimpatik sinir sisteminin vəzifələrindən biri də, bəbəyi enəltmək və daraltmaqdır. Hansı ki, bu vəzifənin icrasındakı bacarıqsızlıq görmə qabiliyyətinin zəiflənməsində təsirə malikdir. 
    Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları bir sıra xəstəliklərin musiqiyə qulaq asmaq nəticəsində olduğuna diqqət yetirmirlər. Biz yalnız bu xəstəliklərə düçar olmuşlardan bir neçə nümunəyə işarə etməklə kifayətlənirik.
    Alman musiqiçisi Fredrik Hendel, italyan müğənnisi Mariya Alna, fransız müğənnisi Muris Ravel hər üçü görmə qabiliyyətini əldən verdilər.
    İsveçrəli musiqiçi Bax duyğu pozuntusuna düçar oldu, və gözləri tutuldu. 
    5. Mədə
    Pop musiqisini dinləyən bir qrup gənc üzərində aparılan araşdırmalarda, bu nəticəyə gəlindi ki, mədə şirəsinin və kolidrikin ifrazı pop musiqini dinləyərdə, digərlərindən daha çox azalmışdır. 
    6. Ömrün qısalması
    Musiqiçilərin, bəstəkarların və müğənnilərin çoxu təbii ömürlərinin yarısına da çatmamışlar. Musiqiçilərin ömürləri haqda aşağıda müşahidə etdiyiniz statistika, bu reallığı sübuta yetirir.
    1. Məşhur musiqi ustadı Malbranı, 27 yaşında mahnı oxuyarkən infarkt vurmuşdur.
    2. İtaliyalı mügənni Porqluzi, 26 yaşında
    3. İtalyan müğənnisi Belini, 34 yaşında
    4. Fransız müğənnisi Muris Jurber, 40 yaşında
    5. Fransız müğənnisi Şusun, 30 yaşında
    6. Fransız müğənnisi Nikladveqrini, 32 yaşında
    7. Fransız müğənnisi Jar Bije, 37 yaşında
    8. Alman müğənnisi Mendeles, 38 yaşında
    9. Alman müğənnisi Hüqo Velf, 43 yaşında
    10. Alman müğənnisi Maks Reger, 43 yaşında
    11. İçveçrəli müğənni Muzart, 35 yaşında
    12. İsveçrə müğənnisi Şubert, 31 yaşında
    13. İsveçrə müğənnisi Laner, 42 yaşında
    14. İran müğənnisi Həbib Səmai, 45 yaşında 
    Qeyd edək ki, bu statistika yalnız bu şəxslərdə məhdudlaşmır, bu sadəcə xeyli sayda olan fərdlərin kiçik bir hissəsidir.
    Bu göstərici bir və ya iki nəfərm olsaydı, "müstəsna hal təşkil edir" deyə bilərdik. Ancaq mülahizə etdiyiniz kimi, statistik göztərici bir çox musiqiçilərin ömürlərinin az olmasını göztərir.
    Bütün bu zərərlərlə, niyə biz musiqi dinlədiyimiz halda sağlamıq?
    Sualın cavabında spirtli içkilər bölməsinə (Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?) müraciət edin. Eynilə burada da təkrarlanan bu cavabları sözün uzanmamasından dolayı gətirmirik.

    Musiqi və inək südünün çoxalması

    İnəyin südünün çoxalması üçün xüsusi musiqilərdən istifadə edilir. Görəsən belə bir təsiri faydalı adlandırmaq olarmı?
    Cavab: İnək südünün musiqi ilə çoxaldığını sübuta yetirən alimlər, sonralar bu qeyri-təbii yolla sağılan südün keyfiyyətinin aşağı olmasını isbatladılar. 

    Musiqi ilə fəaliyyətimiz çoxalırmı?

    Bəziləri zavod, fabriklərdə musiqidən istifadə etmiş, bu qənaətə gəlmişlər ki, bu yolla işçilər daha çox işləyirlər.
    Cavab: 
    Əvvəla: musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır və əksinə zehni əməyin fəaliyyətini azaldır. Alimlər bu qənaətdədirlər ki, iş əsnasında musiqi dinləmək, zehni fəaliyyətlərin iş qabiliyyətini azaldaraq, sinir sistemində pozuntuların yaranmasına gətirib çıxarır (misal üçün: eyni halda həm musiqi dinləyib, həm də yazı yazan şəxsin yazı səhvləri daha çox olur).
    İkincisi: Musiqinin bədənin fəaliyyətinin artırmasını qəbul etdiyimiz təqdirdə, bunun törətdiyi fəsadları da göz ardına vurmamalıyıq. Musiqi ilə bədəni işə vadar etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki biz bədəni təbii olaraq qüdrəti qədər işləməyi üçün öz ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, daha artıq işləməyə məcbur etməməliyik. Bilməliyik ki, bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında daha artıq əmək sərf etsə də, ya iş yerindən xaric olduqdan sonra təbii halda və musiqi dinləmədən fəaliyyət etdiyi zamanla müqayisədə daha artıq yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq istifadəmiz üçün uzun müddətdə əldən düşəcəyik və ömrümüz qısalacaqdır; çünki bədəndən təbii qüdrətindən daha artıq istifadə etmişik. Bu eynilə idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, dopinq vasitəsilə bir müddət bədən daha artıq iş sərf edir, bəzən yarışların qalibi da olurlar, ancaq bu idmançılar öz sağlamlıqlarını dopinqdən istifadə etməyən idmançılarla müqayisədə daha tez əldən verirlər. Ömürləri isə qısalacaq və bu işlə bədənə xeyli zərərlər yetirəcəklər.

    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
    Müəllif: Mehdi Tahiri

     
     
    Bölmə: İslamda sağlamlıq
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 26 Şubat 2015 12:19 | İstifadəçi | Şərh yazdı
    Maraqli xeberdir.Musiqinin günah olduğunu bilirdim amma bu qeder menfi tesirlere malik olduğunu bilmirdim.Demeli bele neticeye gelmek olarki, Uca Allah bizler ücün nəyi günah buyurubsa bu bizim sağlamliğimiz üçündür.Allah razi olsun.Amin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.