Fəratın suyunu yatırması
+5
Müəllif:
Elya | 23-02-2015, 21:00 | Baxılıb: 1 568
Fəratın suyunu yatırması
Fəratın suyu çoxalmışdı. Camaat bu hadisədən qorxuya düşmüşdü. Əlinin(ə) hüzuruna gedib suyun çoxluğundan şikayət etdilər.
İmam Əli(ə) iki oğlu Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə, Fəratın sahilinə gəldi. İmam Əli(ə) çayın kənarında durdu. Bir halda ki, su iki tərəfdən qalxıb-coşurdu. Əlinin(ə) əlində Peyğəmbərin(s) şallağı var idi.
Həzrət(ə) şallaq ilə suya vurdu. «Su yarım metr miqdarında aşağı yatdı. Sonra daha bir zərbə vurdu. Bu dəfə su yarım metr miqdarında aşağı yatdı.
Camaat Əlinin(ə) bu aşkar möcüzəsini müşahidə edib dedilər: Ey əmirəl-möminin(ə)! Suyu bir az da azalt!
Həzrət(ə) buyurdu: Mən Allahdan istədim və o da müşahidə etdiyinizi əta etdi(bağışladı). İsrar edən bəndə olmağı xoşlamıram.
Kitabın adı: 14 Məsumdan möcüzələr
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.