» » Hədislərdə “təkvini vilayət”


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hədislərdə “təkvini vilayət”
0
Müəllif: Huseynci Medine | 15-11-2016, 13:00 | Baxılıb: 727

Hədislərdə “təkvini vilayət”

Bir çox rəvayətlərdə təkvini vilayətdən qaynaqlanan bir sıra mö’cüzələrlə rastlaşırıq. Onlar müxtəlif növlərə bölünür; bunlar bə’zən Peyğəmbər (s), yaxud mə’sum imamın sırf duası, bə’zən camaatın onlardan tələbi, bə’zən Allahın öz əmri, bə’zən də onların öz fe’li ilə baş vermişdir. Bu onların mə’nəvi və ilahi məqamlarına arxalanaraq Allahın iznilə xariqüladə işlər görməsini, onların “təkvini vilayət”ə malik olduqlarını göstərir. Belə hallar çoxdur və biz burada onların bir neçəsini xatırlamaqla kifayətlənirik:

1. İmam Əli (ə) “Nəhcül-bəlağə”nin “Qasiə” xütbəsində diqqəti cəlb edən bir mö’cüzəyə işarə edərək buyurur: “Mən Peyğəmbərin (s) yanında idim. Bu zaman Qüreyş tayfasının böyükləri onun yanına gəlib dedilər: “Ya Məhəmməd! Sən çox böyük bir iddia edirsən. Halbuki əsil-nəsəbin, ata-babaların belə bir iddia etməmişlər. Biz səndən bir mö’cüzə istəyirik! Əgər razı olub, mö’cüzə göstərə bilsən, peyğəmbərsən, yox, əgər göstərə bilməsən, sənin yalançı və sehrbaz olduğun bizə aydın olacaq!”

Peyğəmbər (s) “İstəyiniz nədir?” deyə soruşduqda, onlar dedilər: “Bu ağacı çağır, kökündən çıxıb irəli gəlsin və qarşında dursun!”

O həzrət buyurdu: “Allah-taala hər bir şeyə qadirdir. Əgər bu işi görsəm, mənə iman gətirib, haqq olduğuma şahid duracaqsınızmı?

Dedilər: “Bəli!”

Həzrət buyurdu: “İndi istədiyinizi edəcəyəm. Lakin bilirəm ki, siz xeyir və yaxşılığa doğru qayıtmayacaqsınız. Sizin aranızda “Bədr” quyusuna atılan, eləcə də “Əhzab” ordusuna qoşulanlar vardır!” Sonra o həzrət ağacı belə səslədi: “Ey ağac! Əgər Allaha və qiyamət gününə iman gətirib, mənim peyğəmbər olduğumu bilirsənsə, kökündən ayrılıb yanıma gəl və Allahın əmrilə mənim qarşımda dur!”

Onu haqq olaraq peyğəmbər göndərən Allaha and olsun! Ağac öz köklərilə yerdən ayrılıb irəli gəldi. O səmada qanadlarını çırpan quş kimi səs salırdı. Ağac Allahın Rəsulunun (s) qarşısında dayandı və budaqlarından bir neçəsi quş lələkləri kimi yerə töküldü. Bir neçə uca budağını Peyğəmbərin (s), bir neçəsini də mənim çiynimə sarı əydi. Mən o həzrətin sağ tərəfində durmuşdum.

Qüreyş böyükləri bu vəziyyəti müşahidə etdikdə, qürur və təkəbbürlə dedilər: “Ağaca əmr et ki, yarısı irəli getsin, yarısı öz yerində qalsın.” Peyğəmbər (s) əmr verdi. Ağacın yarısı dəhşətli səslə Peyğəmbərə (s) o qədər yaxınlaşdı ki, həzrətə toxundu!

Onlar yenə küfr edib dedilər: “Göstəriş ver ki, ağacın bu hissəsi də qalan hissəsinə bitişib, əvvəlki vəziyyətə düşsün!” Peyğəmbərin (s) göstərişi ilə ağac əvvəlki vəziyyətə düşdü. Mən dedim: “La ilahə illəllah! (Allahdan başqa Allah yoxdur!) Ya Peyğəmbər! Mən sənə iman gətirən birinci şəxsəm və şəhadət verirəm ki, ağac Allahın əmrilə sənin peyğəmbərliyini və də’vətini təsdiq edərək istəyini yerinə yetirdi.”

Onlar yenə dedilər: “Xeyr, o yalançı sehrkardır. Qəribə bir sehr göstərdi və öz işində çox mahirdir. Sənin peyğəmbərliyini bunun kimilərindən başqa (məni deyirdilər) kim təsdiq edəcək?!” Lakin mən Allah yolunda heç bir danlaqdan qorxmayanlardan, doğru danışanlardan və sözlərində xeyirdən başqa bir şeyi düşünməyənlərdənəm! Onlar gecələri (ibadət üçün) oyaq qalar, gündüzlərə aydınlıq verər, Qur’ana bağlanar, Allahın və Rəsulunun sünnəsini dirildər, nə təkəbbür göstərər, nə özlərini üstün bilər, nə də fitnə-fəsad törədərlər. Qəlbləri behiştdə, bədənləri isə dünyadadır. Həmişə öz vəzifələrinə əməl edərlər!”

Xütbənin ifadələrindən açıq-aydın görünür ki, bu xariqüladə iş Peyğəmbərin (s) xarici aləmə tə’siri ilə baş vermişdir. Xütbənin “ağac Allahın əmri və izni ilə hərəkətə gəldi” ifadəsində Allahın izni, qeyd olunmuş və Allah-taala Peyğəmbəri (s) belə işlərə qadir etmişdir. Burada əvvəldən axıra qədər “Allahın izni” ifadəsi işlədilmişdir. Beləliklə, “Ey ağac, kökündən ayrılıb yanıma gəl...” ifadəsi aşkar surətdə İslam peyğəmbərinin (s) “təkvini vilayət”ə və xaric aləmdə tə’sirə malik olduğunu göstərir.

2. Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabında Salman Farsidən belə nəql edir: “Peyğəmbər (s) Mədinəyə gələndə camaat onun dəvəsinin yüyənindən yapışdı. Hər kəs Həzrəti öz evinə aparmaq istəyirdi. Peyğəmbər (s) isə buyurdu: “Dəvəni azad buraxın və kimin evinin qapısında yatsa, mən onun evində qalacağam!” (Bu, ixtilaf və ayrıseçkiliyi aradan qaldırmaq üçün ən yaxşı yol idi.)

Onlar dəvəni buraxdılar. Dəvə Mədinə küçələrinə daxil oldu. Nəhayət, Əbu Əyyub Ənsarinin evinin qapısında yatdı. Mədinədə Əbu Əyyub Ənsaridən yoxsulu yox idi. Camaat Peyğəmbərlə (s) birgə olmaq səadətindən məhrum olduqları üçün təəssüfləndi.

Əbu Əyyub Ənsari qışqırdı: “Anacan, qapını aç! İnsanların sərvəri, Rəbiə və Müzər qəbilələrinin ən əziz şəxsi Məhəmməd Mustəfa (s), Rəsuli-Müctəba təşrif gətirib!” Onun anası qapını açıb, çölə çıxdı. Qadının gözləri görmürdü. Dedi: “Kaş, görə biləydim, mövlam və sərvərim Peyğəmbərin (s) camalına baxaydım!” Bu vaxt Peyğəmbər (s) əlini Əbu Əyyubun anasının üzünə sürtdü və onun gözləri açıldı. Bu, Peyğəmbərin (s) göstərdiyi ilk mö’cüzə idi. (Mümkündür “əlini üzünə sürtdü” – ifadəsində məqsəd əl ilə işarə etmək, yaxud əlini paltar üstündən sürtmək və sair olsun.)

3. Həm şiə, həm də əhli-sünnənin mö’təbər kitablarında nəql olunmuşdur ki, Xeybər müharibəsində bə’zi sərkərdələr vasitəsilə qələbə əldə edilmədikdə Peyğəmbər (s) buyurdu: “Sabah bayrağı Allah və Rəsulunun sevdiyi bir şəxsə tapşıracağam!” Səhəri gün o həzrət Əlinin (ə) yanına getdi. Əlinin (ə) gözü bərk ağrıyırdı. Peyğəmbər (s) ağzının suyunu onun gözünə çəkdi və əli bir daha ağrı hiss etmədi. Sonra bayrağı ona tapşırdı (və “Xeybər” qalası o həzrətin əlilə fəth edildi)!

Bu hədisdə bildirilir ki, Peyğəmbər (s) Allahın izni və təkvini tə’siri ilə Əlinin (ə) gözünə şəfa vermişdir.

4. Bir dəfə Əmirəl-mö’minin Əlinin (ə) dövründə Fərat çayı daşmışdı, hətta Kufə camaatı qorxuya düşmüşdü. Onlar Əlinin (ə) yanına gedib dedilər: “Qorxuruq ki, sel bizi aparsın. Fəratın suyu xeyli çoxalıb. İndiyə qədər belə olmamışdır. Bütün küçələri su tutub. Səni Allaha and veririk ki, bizim dadımıza çat!”

Əmirəl-mö’minin Əli (ə) atına mindi, camaat da onunla birgə hərəkətə başladı... Fərat çayına çatdıqda, çayın coşğun dalğaları hər yerə yayılırdı. Əli (ə) dayandı. Camaat o həzrətə tamaşa edirdi. O həzrət ibrani dilində nəsə dedi və Fəratın suyu bir “zira” (iki qarış) azaldı. Sonra Həzrət üzünü camaata tutub buyurdu: “Bu qədər kifayət edərmi?”

Dedilər: “Bir az da azalsın!”

İmam Əli (ə) əlindəki çubuqla suya vurdu və su tamamilə yatdı. (Camaat sevinc içərisində Fəratın ətrafından dağıldılar!)

Görəsən, Əlinin (ə) bu işi Allahın izni ilə təkvini aləmə tə’sir deyildimi?

5. Yenə imam Əlinin (ə) həyatında oxuyuruq: O həzrət Kufə yaxınlığından keçərkən, bir qrup yəhudi o həzrətə yaxınlaşıb dedi: “Sən imam Əli ibn Əbi Talibsənmi?”

İmam buyurdu: “Bəli!”

Dedilər: “Bizim kitablarımızda altı peyğəmbərin adı yazılmış böyük bir daşdan söz açılır və biz o daşı nə qədər axtarırıqsa, tapa bilmirik. Əgər sən imamsansa, onu bizim üçün tap!”

Həzrət buyurdu: “Mənim ardımca gəlin!” Yəhudilər həzrətin ardınca getdilər. Onlar bir səhralığa çatdılar ki, orada çınqıl daşlı böyük bir təpə var idi. İmam buyurdu: “Ey külək, Allahın böyük adlarına xatir, çınqıl daşları böyük daşın üzərindən qaldır!” Bu zaman külək əsib, çınqıl daşları apardı və həmin böyük daş göründü.

Belə qəribə və ani dəyişikliklər də “təkvini vilayət”in tə’sirlərindəndir.

 

Kitabın adı: İmamət haqqın dili ilə

Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.