» » » Rəcəb ayının 27-ci günü (Məbəs bayramı)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."


Rəcəb ayının 27-ci günü (Məbəs bayramı)
+73
Müəllif: Fatimə Nuri Xuda | 28-02-2022, 22:50 | Baxılıb: 46 160

  

 

Rəcəb ayının 27-ci günü (Məbəs bayramı)

 

 

Ən böyük bayramlardan biridir. Həzrət Məhəmmədin(s.ə.) peyğəmbərliyə yetişən günüdür. Hz. Cəbrail peyğəmbərliklə bərabər bir neçə əməl də gətirmişdir;
1. Qüsl almaq.
2. Oruc tutmaq (bu günün orucu ildə ən savablı dörd gündən biridir və yetmiş ilin orucuna bərabərdir.
3. Çoxlu salavat çevirmək.
4. Rəsulullahı və Əmirəlmömini ziyarət etmək.


5. Kəfəmi “Misbah”da Rəyyan ibn Səltdən nəql edərək buyurur ki, İmam Cavad (ə) Bağdadda ikən rəcəb ayının on beşinci və iyirmi yeddinci gününü bütün qohum-əqrəbası ilə birlikdə oruc tutardılar. Bizi də on iki rükət (iki-iki) namaz qılmağı əmr etdi ki, hər iki rükətdən sonra “Həmd”, “Fələq”, “Nas” surələrini dörd dəfə, “Təsbihate ərbəə”ni dörd dəfə, “Allahu Allahu Rəbbi la uşriku bihi şey`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi şərik qoşmuram) və “La uşriku bi Rəbbi əhəda” (Mən heç kəsi Rəbbimə şərik etmirəm) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.


6. Kəfəmi Əbulqasim Hüseyn ibn Ruhdan nəqlən buyurur ki, bu gündə on iki rükət (iki-iki) namaz qılırsan. Hər rükətdə “Həmd”lə asan olan surələrdən birini oxuyursan. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra oturub bu duanı oxuyursan:
Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!
Namaz və duanı qurtardıqdan sonra “Həmd”, İxlas”, “Fələq”, “Nas”, “Kafirun”, ”Qədr”, “Ayətəl-kürsi”ni yeddi dəfə, “La ilahə illəlahu vəllahu əkbəru və subhanəllahi və la hovlə və la quvvətə illa billah” zikrini yeddi dəfə, “Allahu Allahu Rəbbi la uşriku bihi şey`a” zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

7. “İqbalul-əmal”da və “Misbah”ın bəzi nüsxələrində bu aşağıdakı duanı oxumağın müstəhəb olması deyilir. Dua belədir:


Ey əfv və güzəştə əmr edən və Özü də əfv və güzəşti (bəndələri bağışlamağı) zəmanət verən! Ey əfv edən və güzəştə gedən, ey kərim Allah, məni də əfv et və günahlarımdan keç! İlahi, axtarış nəticə vermədi, çarə yolları bağlandı, arzular köhnəldi, ümidlər üzüldü, yalnız Səndən başqa! Sən təksən və Sənin şərikin yoxdur! İlahi, bilirəm ki, axtarış yolları Sənə doğru açıqdır, Sənin yanında ümid çeşmələri doludur, Səni çağıranların üzünə dua qapıları açıqdır və Səndən yardım diləyənlərə yardımın hazırdır. Bilirəm ki, həqiqətən, Sən, Səni çağıranların duasını qəbul etməyə hazırsan, Sənin dərgahında fəryad edənlərin fəryadına yetənsən, kərəminə sığınmaq və vədinə etimad etmək paxılların maneəsi müqabilində böyük əvəz və sərvət sahiblərindən ehtiyacsızlıqdır. Sən məxluqatdan gizli deyilsən. Səni məxluqatdan gizlədən (Səninlə məxluqat arasında fasilə salan) yalnız onların (çirkin) əməlləridir. Bilirəm ki, Sənə doğru köç etmək istəyən şəxsin ən yaxşı ehtiyatı yalnız Səni istəyən ciddi iradədir. Mənim qəlbim belə ciddi iradə ilə Sənin dərgahında raz-niyaz edir və Səni çağıran və arzularına çatanların duası, fəryadına yetənlərin fəryadı, çətinliyini aradan qaldırdığın çarəsizlər, yaxud bağışladığın günahkar və xətakar, yaxud nemətini tamamladığın sağlam insan, Öz sərvətindən hədiyyə verdiyin yoxsul kimi Səndən istəyirəm. Belə duanın Sənin dərgahında həqiqət və məqamı vardır. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, mənim də dünya və axirət hacətlərimi rəva edəsən! Bu, əziz və girami Rəcəb ayıdır; elə bir aydır ki, onun vasitəsilə bizə izzət veribsən. O, hörmətli ayların birincisidir və onun vasitəsilə ümmətlər arasından bizi əziz edibsən. Ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Məhəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! Salam olsun Onun seçilmiş bəndələrinə! Onların hamısına Onun salam və salavatı olsun! İlahi, (risalət şərəfi ilə) fəzilətli etdiyin, Öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gün (məbəs günü) bizə bərəkət ver! Həmin gün bəndələrinə doru göndərdiyin (peyğəmbərliyə seçdiyin) və şərafətli məqama ucaltdığın şəxsə salam yetir! İlahi, ona Sənə şükür olunan, bizə də zəxirə sayılan daimi salam yetir, işimizi asanlaşdır və bizi ömrümüzün sonuna qədər səadət və xoşbəxtlikdən uzaq salma! Sən bizim az əməllərimizi qəbul etdin və bizi Öz lütf və mərhəmətinlə ən yaxşı arzularımıza yetirdin. Həqiqətən, Sən hər bir şeyə qadirsən. Allahın salam və salavatı olsun Məhəmməd və onun Əhli-beytinə!
Müəllif deyir: “İmam Kazim(ə) rəcəb ayının 27-sində onu Bağdada aparanda bu duanı oxuyurdu. Bu dua rəcəb ayına məxsus dualardandır”.


8. İbni Tavus “İqbal”da buyurur:- “Əllahummə inni əs`əlukə bin nəclil ə`zəmi...” duasını oxuyun ki, Kəfəmidən bu günün gecəsinin əməllərində keçdi.

 

Kitabın adı: Məfatihul Cinan

 

 

 
 
Bölmə: Hicri-Qəməri təqvimi / Rəcəb
Şərhlər: 31
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 16:20 | İstifadəçi | Şərh yazdı
ALLAH razi olsun

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.