Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 yanvar 2014
Xəbərləri: 3064
Şərhləri: 81
Admin 31 oktyabr 2013
Xəbərləri: 2795
Şərhləri: 1745
Yusifi Zehra 26 dekabr 2013
Xəbərləri: 1872
Şərhləri: 1733
Huseynci Medine 2 mart 2014
Xəbərləri: 1133
Şərhləri: 2364
Elya 20 iyun 2014
Xəbərləri: 1120
Şərhləri: 2727
RuQeYyA 27 yanvar 2014
Xəbərləri: 615
Şərhləri: 3906
Aşiqi Rüqəyya 2 may 2015
Xəbərləri: 492
Şərhləri: 522
Ewqi_Kerbela 9 mart 2014
Xəbərləri: 458
Şərhləri: 735
Sirli_melek 19 dekabr 2013
Xəbərləri: 367
Şərhləri: 3950

Online Sual-Cavab



Huseynci Medine

Sirli_melek,
Caaan baci Allah ozu komeyinde olsun, ne deyek Allah'dan basqa doyecey qapimiz yoxdu,Allah ozu penahinda saxlasin amin
Alıntı

Sirli_melek
Sirli_melek
16:42:09

salam usaqlar sizden xahiwim var bacimin 2 ay yarimliq oglu var 4 kilodu ureyinde 5 den cox dewik var:( tez kokelib apres olunmalidi amma hekimlerin hamisi deyir olecek ne olar umud penah Allaha sizderde duanizi esirgemeyin
Alıntı

Huseynci Medine

Allah cemi xestelere sefa versin, bu qem gunlerinin sahibesi Xanim Zehraya xatir...
Allahumme selli ela muhammedin ve ali muhammed
Alıntı

Huseynci Medine

Salamun eleykum bacim xow geldin, Rebbim bu qem gunlerine xatir Eli balaya komey olsun ne problemi varsa tez zamanda hell olsun, saglam xowbext geleceyi olsun. Rebbim.adina xatir Eli balanin cetinlikden cixarsin ilahi amin
Alıntı

Sirli_melek
Sirli_melek
22 fevral 2017

salam necesiz sizden bir xahiw edim ne olar bacim oglu Eli balam hec susmur ele hey aglayir dua edin harasi agriyirsa Allah wefa versin axri xeyirli olsun husranla sonuclanmasin
Alıntı

Huseynci Medine
Huseynci Medine
22 fevral 2017

Üç gün küsülü qаlmаğın günаhı
İmаm Bаqir (ә) buyurub: “Әgәr iki mömin üç gün bir-biri ilә küsülü qаlsа, üçüncü gün mәn оnlаrа nifrәt еdәrәm. Dеdilәr: Mümkündür оnlаrdаn biri günаhsız оlsun. Buyurdu: О, gәrәk müqәssirin yаnınа gеdib özünü müqәssir kimi göstәrib оnunlа bаrışsın.”
İmаm Sаdiq (ә) buyurub:
مَلْعُونٌ مَلْعُونٌ رَجُلٌ يَبْدَؤُهُ أَخُوهُ بِالصُّلْحِ فَلَمْ يُصَالِحْه‏
“Mәlundur, mәlundur о kәs ki, оndаn bаrışmаq хаhiş оlunа, аmmа о qәbul еtmәyә.”

Pеyğәmbәr (s) buyurub: “Hәr kәs icаzәsiz qаrdаşının mәktubunа bахsа, еlә bil cәhәnnәmә bахır.”
مَنْ مَشَى فِي صُلْحٍ بَيْنَ اثْنَيْنِ صَلَّى عَلَيْهِ مَلَائِكَةُ اللَّهِ حَتَّى يَرْجِعَ وَ أُعْطِيَ ثَوَابَ لَيْلَةِ الْقَدْر
“Hәr kәs iki nәfәrin аrаsındа sülh yаrаtmаğа çаlışsа, Аllаhın mәlәklәri оnа sаlаm vә rәhmәt göndәrәr vә оnа Qәdir gеcәsinin sаvаbı vеrilәr.”
Alıntı

Huseynci Medine
Huseynci Medine
22 fevral 2017

Həzrət Peyğəmbər (s) buyurur:
Dili ilə ərini incidən qadını əri bağışlamasa, onun tövbəsi, fidyəsi, xeyir əməli qəbul olmaz. Ərini incidən qadın gündüzləri oruc tutub, gecələr ibadətə məşğul olsa, qulları azad etsə, Allah yolunda cihada yaxşı atlar bağışlasa belə, cəhənnəm oduna birinci daxil olar.
Qadınına zülm edən kişinin də aqibəti belədir.
İmam Baqir (ə) buyurur:
Allah-Taala həm kişilər, həm də qadınlara cihadı vacib edib.
Amma kişilərin cihadı mal və canını din və vətən yolunda vermək, qadınların cihadı həyat çətinlikləri qarşısında əri ilə səbirli davranmaqdır. İmam Baqir (ə) ondan ərin haqqı barədə soruşan qadına belə cavab verdi:
Ərinə tabe olsun, itaətsizlik göstərməsin, ərindən icazəsiz sədəqə verməsin, müstəhəb oruc tutmasın, intim münasibətlərdə ərinə yox deməsin, ərinin icazəsi olmadan evdən bayıra çıxmasın.
Əgər qadın ərindən icazəsiz evdən çıxsa yerin-göyün mələkləri, qəzəb və rəhmət mələkləri evə qayıdana qədər ona lənət yağdırar. Həzrət Peyğəmbər (s) buyurur:
Günahı olmadan, haqqı çatmadan qadını vuran kişi ilə Qiyamət Günü düşmənəm... Qadınlarınızın pak qalması üçün biganə qadınları görəndə göz yumun...
Çalışıb ailəsinə ruzi gətirən kişiyə Allah xərclədiyi hər dirhəm müqabilində yetmiş qat artıq əta edər...
Alıntı

Huseynci Medine
Huseynci Medine
19 fevral 2017

İmam Əli(ə)buyurmuşdur....
Yeddi dəstənin hüzurunda yeddi şeyi gizlət ki səadətə çatasan...
1-Fəqirin hüzurunda malından dəm vurma...
2-Xəstənin hüzurunda,öz salamatlığını onun üzünə çəkmə..
3-Gücsüzün hüzurunda,qüdrətini nümayiş etmə!...
4-Qüssəli şəxsin qarşısında,şadlanma...(xoşhal olma)
5-Məhbusun qarşısında,azadlığınl cilvələndirmə...
6-Övladsız şəxslərin yanında,övladlarını tə'rif etmə..
7-Yetimin qarşısında,ata və anandan söz açma..!
Alıntı

Admin
Admin
19 fevral 2017

Abu Azarel,
Va aleykum salam
Alıntı

Abu Azarel
Abu Azarel
19 fevral 2017

Salam
Alıntı

Allahin-Asiqi
Allahin-Asiqi
17 fevral 2017

cox wukurler olsun Allahimza youtube duzeldi videolara baxmaq olur Admin qardaw Allah sizden razi olsun
Alıntı

Allahin-Asiqi
Allahin-Asiqi
17 fevral 2017

Ayriliğ vaxtı gəlib çatdı Əli can!ölürəm!
Ağlama xəstə canim caniva qurban, ölürəm!
Əli! Bu şəhərdə köməyin yoxdu yetimlər misli,
Tək qalirsan gözumun nuri, nigaran ölürəm!
Qara yellərdi bukən boynuvu tər güllərivi
Kim görub ki yaz vaxti sola gülüstan, ölürəm!
Gül solan vaxtı gülüstanda müsibət yaşanar
Bülbülü zar eliyər nalə-vu əfğan, ölürəm!
Dəre-Zəhrayə vuran od kor idi görmədi ki,
Od tutub ərzu səma ey Şəhi Mərdan, ölürəm!
Əli! Neçə günlər səni tək əlli dua eyləmişəm,
Qalmasın əlləri bağli Şire-Yezdan, ölürəm!
Əli can! Ilk şəhidin bu vilayətdə balan Mohsindi,
Həsrətindən balamın, gözləri geryan ölürəm!
Şəhide-sani mənəm eşqe-vilayətdə Əli!
Etmişəm sinəmi düşəmənlərə qalxan, ölürəm!
Elə saldi məni taqətdən o mismar yarasi,
Elə bilki toxanib sinəmə peykan,ölürəm!
Bu xiyabanda şikayət dəxi etməz aralar
Gecə rahat yatar əhle xiyaban, ölürəm!
Bu xiyabanda mənə kimsə salam vermirdi Əli!
Ummətin halina mən qəlbe-pərişan ölürəm!
Dedi Mövla:məni tək qoyma,vəfasız olma
Dedi Zəhra: budu həqqi fərman, ölürəm!
Dedi Mövla: canımı istə verim sən ölmə,
Dedi Zəhra: yox Əli,dərdimə dərman, ölürəm!
Vaxtimiz azdi Əli! Dinlə vəsiyətlərimi,
Mələke-Movtu gəlib bizə mehman, ölürəm!
Əvvəla Fateməni eylə halal, Şahi vila!
Dedi Mövla: belə sözlər demə canan, ölürəm!
Gözuvu yumma, yumanda gözuvu,
Məndən əvvəl mələşirlər axı tiflan, ölürəm!
Dedi Zəhra: sən özun eylə məni qusl-o kəfən,
Gecə dəfn eylə məni bilməsin udvan, ölürəm!
İndi al başımı qollariva ey Kane Səfa,
Surəye -Yasini eylə mənə ehsan, ölürəm!
Surəye-Yasini məzlumca oxur Rəhbəre-din,
Qutarir surə,dayanmir,genə başdan:Yasin!
Fizzənin tutdi səsi hər yani, Zəhra öldi!
Ağa can, xətm elə sən Qurani, Zəhra öldi!
Balalar dövr eliyirlər şəmə pərvanə kimi
Ata can!dur gözuvun qurbani, Zəhra öldi!
Qəme-Zəhra belimi bükdi Həsən can!neynim?
Get oğul səslə əmin Səlmani, Zəhra öldi!
Desə Səlman bu gecə vaxtı Həsən can! Nə olub?
Denə qəm tutdu bizim unvani, Zəhra öldi!
Daha bundan sonra bir xoş günümüz olmiyacaq,
Bizi qərq eylədi qəm ummani, Zəhra öldi!
Bu gecə əhle-səma yas quracaq ağlaşacaq,
Rəsulullahin əziz reyhani Zəhra öldi!
Gizlədibdir neçə gün sinədə mismar yarasin,
Olmadi dilbərimin dərani Zəhra öldi!
ƏNIVIŞT:ELŞƏN XƏZƏR
Alıntı

Kerbela Gunesi
Kerbela Gunesi
17 fevral 2017

Salamaleykum.
Bu qəmli matəm günlərimizdə başda imam Zaman olmaqla bütün Zəhra aşiqlerine baş sağlığı ərz edirik. Allah təala bu günlərin hörmətinə xanım Zəhra əli ilə bütün Zəhra aşiqlərinin hacətini rəva və təcil qərar versin. Bu gecələrdə Zəhra deyib ağlayaraq göyə açılan əllər geri boş qayıtmaz. Günahkarıq, zəlil, miskin xar və çarəsizik xanımdan kömək istəyirik..onun ətəyindən yapışıb fəryad edirik ki Allah,xanıma xatir bizlərə nəzər etsin. Dualarınızda bizləri də yad edin çox xahiş edirik..Allah hər birimizə kömək olsun inşəallah..
Alıntı

islam awiqi
islam awiqi
16 fevral 2017

Allahin-Asiqi,
Salam ələyki bacı.Allah razı olsun göndəriniz üçün.
Alıntı

Allahin-Asiqi
Allahin-Asiqi
16 fevral 2017

İMAM ƏLİ (Ə) HAQDA
İBRATAMİZ HEKAYƏ OXUYAQ İN ŞA ALLAH GÖZƏL İNSANLAR
Bir gün həzrət Əli Mürtəza evdə Həsən və
Hüseynin analarının qarşısında oturub
ağladığını gördü. Həzrət Əli (ə) soruşdu: "Nə
baş verib ki, mənim gözümün nurları,
qəlbimin meyvələri, ruhumun sevincləri
ağlayırlar? Fatimə (s.ə.) dedi: "Ya Əli!
Həqiqətən artıq bir gün ötüb, onlar heç nə
yeməyiblər.” Həmin vaxt ocaq üstə qazan
vardı. Əli (ə) dedi: "Qazandakı nədir?” Fatimə
(s.ə.) dedi: "Qazanda sudan başqa bir şey
yoxdur. Onu ocağın üstünə qoymuşam ki, bir
şey bişirdiyimi güman etsinlər.” Əli (ə) pərişan
oldu. Əbasını götürüb bazara getdi. Onu altı
dirhəmə satıb təam aldı. Amma yolda bir
yoxsulla rastlaşdı. Yoxsul haray çəkib kömək
istəyirdi. Əli (ə) aldığı təamı ona verib evə
qayıtdı. Hadisəni Fatiməyə (s.ə.) danışdı.
Fatimə (s.ə.) dedi: "Yaxşı iş görmüsən, ey
Əbəl-Həsən. Sən həmişə xeyir içindəsən.”
Həzrət Əli (ə) namaz qılmaq üçün peyğəmbər
məscidinə gəldi. Bir ərəb dəvə satırdı. O dedi:
"Ya Əbəl-Həsən! Bu dəvəni satıram al.” Əli (ə)
dedi: "Onun müqabilində veriləcək pulum
yoxdur.” Ərəb dedi: "Bunu sənə verirəm, nə
vaxt pulun olsa, ödəyərsən.” Əli (ə) dəvəni
altımış dirhəmə alıb yola düşdü. Yolda başqa
bir ərəblə rastlaşdı. Ərəb dedi: "Ya Əli! Bu
dəvəni mənə satarsan?” Əli (ə) dedi:
"Sataram.” Ərəb qiymət soruşdu. Əli (ə) dedi
ki, neçəyə istəyirsən o qiymətə. Ərəb dedi: "Yüz
iyirmi dirhəmə.” Əli (ə) yüz iyirmi dirhəm alıb
evə qayıtdı. Əhvalatı Fatiməyə (s.ə.) danışdı.
Sonra dəvə aldığı ərəbin pulunu vermək üçün
evdən çıxdı. Yolda peyğəmbərlə rastlaşdı.
Peyğəmbər (s) buyurdu: "Ya Əli, hara
gedirsən?” Əli (ə) əhvalatı ona danışdı.
Peyğəmbər (s) sevinib onu müjdələdi və dedi:
"Ya Əli! O sadəcə bir ərəb yox, Cəbrail idi.
Dəvəni səndən alan isə Mikail olub. Dəvə isə
behişt dəvələrindən imiş. Bütün bunlar sənin
yoxsula verdiyin təamın mükafatıdır.
Alıntı

Admin
Admin
16 fevral 2017

Allahin salami ve rehmeti uzerinize olsun.Uzun suren yazismalardan sonra Sukur olsun Allah ki Youtube kanalimizi acildi.Artiq saytimizda olan videolar gorsenecek
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
14 fevral 2017

🔥🚪🔥
Qapı ağzında yandırılan oduncağın qoxusunu hiss edirəm,
Deyəsən Fatimə əyyamı gəlib...

Sanki Fatimə Fizzəni çağırır,
Deyəsən Fatimə əyyamı gəlib...

Görürəm Heydəri qəmli qapıda
Deyəsən Fatimə əyyamı gəlib...

Əli pənah gətirir Zəhranın göz yaşına,
Deyəsən Fatimə əyyamı gəlib...

Aləm Əli qapısında, Əli Zəhra qapısında,
Deyəsən Fatimə əyyamı gəlib...

Möhsünün nə idi günahı ?!
Deyəsən Fatimə əyyamı gəlib...

Əli balaları evdə tir-tir əsir,
Deyəsən Fatimə əyyamı gəlib...

Ey Fizzə, imdadə yetiş !
Deyəsən Fatimə əyyamı gəlib...

Qapı ardında zülmün səsi var,
Deyəsən Fatimə əyyamı gəlib...

Yadıma küçədəki sillə düşür,
Deyəsən Fatimə əyyamı gəlib...

Əllərdə alov yığışıbdır cövrü-cəfa,
Deyəsən Fatimə əyyamı gəlib...

Qabırğa sınığının səsi gəlir
Deyəsən Fatimə əyyamı gəlib...

Mismara dərdini deyən sinə,
Deyəsən Fatimə əyyamı gəlib...

Zeynəbin səbri qapı odun söndürəcək,
Deyəsən Fatimə əyyamı gəlib...

Zeynəbin qəmləri təzələndi,
Deyəsən Fatimə əyyamı gəlib...

Yanmış xeymələrin qoxusu gəlir,
Deyəsən Fatimə əyyamı gəlib...

Sanki Zeynəb Ya Abbas çağırır...
Deyəsən Fatimə əyyamı gəlib...

Məhdinin sorağı gəlir,
Deyəsən Fatimə əyyamı gəlib...


🔥🚪🔥
Ey Zəhra aşiqi !
Xırda bir sümüyün sınsaydı, sən nə hala düşərdin ?...

Zəhranın (s.ə) qabırğası 30 gündən çox olar ki, sınıqdır...
Hər dəfə nəfəs alarkən, nə ağrı keçirdiyini özün düşün...

Əyyami-Fatimiyyədə Allah sizlərə əcr versin...
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
14 fevral 2017

Hәzrәt Zәhrаdan (s.ə) hәdislər:

📜-1-
دَخلَ عَلَيَّ رسولُ اللهِص وَقد اِفتَرشتُ فِراشِي لِلنَّومِ، فَقالَ: يا فاطمه (س) لاتَنامِي اِلّاوَقَد عَمِلتَ اَربعةً: خَتَمتَ القرآنَ وَجَعَلتَ الانبياءَ شُفَعائُكِ، وَاَرضَيتِ المؤمنينَ عَن نَفسِكِ وَحَجَجتِ وَاعتَمَرتِ، قالَ هذا وَاخَذَ فِي الصَّلوةِ فَصَبرتُ حَتّي اَتَمَّ صَلاَتهُ، قُلتُ: يارسول اللهص اَمَرتَ بُاربعةٍ لااَقدِرُعَلَيها فِي هذالحالِ! فَتَبَسَّمَ وَقالَ: اِذاقرأتِ « قُل هُواللُه احدٌ» ثَلاثَ مَراتٍ فَكاّنَكِ خَتَمتِ القُرآنَ وَاذاصَليْتِ عَليَّ وَعَلَي الاَنبياءِ قَبلِي كُنا شُفعائُكِ يومَ القِيامَةِ، وَاِذااِستَغفرتِ لِلمُومِنينَ رَضُواكُلُّهُم عَنكِ، وَاذا قُلتِ: سُبحانَ اللهِ وَالحمدُ لِلهِ ولاالهَ اِلا اللهُ واللهُ اكبُر فَقَد حَجَجتِ وَاعتَمَرتِ

“Yаtmаğа hаzırlаşdığım vахt Pеyğәmbәr (s) оtаğımа dахil оlub buyurdu: Еy Fаtimә! Dörd işi görmәmiş yаtmа! Qurаn хәtm еt, pеyğәmbәrlәri öz şәfаәtçin qәrаr vеr, möminlәri özündәn rаzı еt, hәcc vә ümrәni yеrinә yеtir. Hәzrәt bunlаrı dеyib nаmаz qılmаğа bаşlаdı. Gözlәdim, nаmаzını qurtаrdı. Dеdim: Yа Rәsulullаh! Mәnә dörd işi yеrinә yеtirmәyi әmr еtdin. Аmmа mәn оnlаrı еtmәyә qаdir dеyilәm. Hәzrәt gülümsәyib buyurdu: Әgәr “İхlаs” surәsini üç dәfә охusаn, еlә bil, Qurаn хәtm еtmisәn. Әgәr mәnә vә mәndәn әvvәlki pеyğәmbәrlәrә sаlаvаt göndәrsәn, оnlаr qiyаmәtdә sәnә şәfаәt еdәcәklәr. Möminlәr üçün istiğfаr еtsәn, оnlаr hаmısı sәndәn rаzı оlаcаqlаr. Әgәr: “Subhаnәllаhi, vәlhәmdulillаhi vә lа ilаhә illәllаhu, vәllаhu әkbәr!”—dеsәn, hәcc vә ümrәni yеrinә yеtirmiş оlаcаqsаn.”

📚“Sahifәtuz-Zәhrа”, sәh 164

📜-2-
أَدْنَى مَا تَكُونُ مِنْ رَبِّهَا أَنْ تَلْزَمَ قَعْرَ بَيْتِهَا

“Qаdının еvdә qаlmаsı (еv işlәri ilә mәşğul оlmаsı) Аllаhın rаzılığınа dаhа yахındır.”

📚 “Mustәdrәkul-Vәsаil”, c 14, sәh 182

📜-3-
إِنْ لَمْ يَكُنْ يَرَانِي فَأَنَا أَرَاهُ وَ هُوَ يَشَمُّ الرِّيحَ

Kоr bir şәхs Hәzrәt Zәhrаnın (әh.) еvinә dахil оlаndа хаnım gizlәndi. Pеyğәmbәr (s) buyurdu: Nә üçün gizlәnirsәn, bir hаldа ki, о kоrdur? Әrz еtdi: “О mәni görmәsә dә, mәn оnu görürәm vә о, mәnim iyimi duyur.”

📚 “Bihаrul-Ənvаr”, c 43, sәh 91

📜-4-
جَعَلَ اللُه الزَّكَاةَ تَزْكِيَةً لِلنَّفْسِ، وَ نَمَاءً فِي الرِّزْقِ، وَ الصِّيَامَ تَثْبِيتاً لِلْإِخْلَاص

“Аllаh zәkаtı insаnlаrın pаklаnmаsı vә ruzinin аrtmаsı üçün, оrucu isә iхlаs kәsb еtmәk üçün qәrаr vеrib.”

📚 “Bihаrul-Ənvаr”, c 43, sәh 91

📜-5-
مَا أَحْسَنَ هَذَا وَ أَجْمَلَهُ لَا تُعْرَفُ بِهِ الْمَرْأَةُ مِنَ الرَّجُل

Әsmа bint Әms Hәzrәt Zәhrа (s.ə) üçün tаbut düzәldәndә хаnım хоşhаl оldu. Buyurdu: “Bu tаbut nә qәdәr yахşıdır. Оnun içindәki cәnаzәnin kişi vә qаdın оlduğu mәlum оlmur.”

📚 “Bihаrul-Ənvаr”, c 43, sәh 189

📜-6-
فَالْبَيْتُ بَيْتُكَ وَ النِّسَاءُ تَتْبَعُ الرِّجَالَ لَا أُخَالِفُ عَلَيْكَ بِشَيْ‏ء

Hәzrәt Zәhrа (s), Hәzrәt Әlidən (ә) оlаn istәyә bеlә cаvаb vеrdi: “Еv sәnin еvindir. Qаdınlаr kişilәrin аrхаsıncаdır. Mәn hеç bir işdә sәninlә müхаlifәt еtmirәm.”

📚 “Bəytul-Əhzаn”, sәh 144


@hedisler
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
14 fevral 2017

İslam Maarifi:

💢Ustad Şəhid Murtəza Mutəhhəri :

✍ Nə üçün xanım Zəhra (s.ə) gecə dəfn edilməsini istədi?

Nə üçün ona zülm edənlərin dəfn mərasimində iştirak etmələrini istəmədi?

✍ Çünki bu zülmün cahanda gizlin qalmamasını istədi.

(Xanım Zəhranın məzarı haradadır) sualının həmişə zehnlərdə olmasını istədi.

Bu zülm və bu məzlumiyyətin unudulmamasını istədi...
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
14 fevral 2017

Ayətullah Bəhcət (r.ə):

"Xanım Zəhraya (s) ağlamaq me'yardır. Özünüzü bununla sınayın, görün, ağlaya bilirsiniz, ya yox?"
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
14 fevral 2017

🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅
😞TƏSİRLİ BİR HEKAYƏ😞

Çox varlı olan bir dindar şəxs, maşınına minərkən yanına bir qadın yaxınlaşır.
Mö'min şəxsə bir körpəsinin olduğunu, körpənin çox pis xəstələndiyini və
xəstəxanada olduğunu amma xəstəxananın pulunu ödəyə bilmədiyini deyir.😞
Onun hər gün ölümə biraz daha yaxınlaşdığını söyləyir.😞
Qadının danışdıqları mö'min şəxsi çox təsirləndirir.😣
O dəqiqə çek dəftərini çıxarır və böyük bir məbləğdə pul yazaraq
qadına verir.🙂
Deyir: ''Ümid edirəm ki, körpənin yaxşı günləri üçün xərcləyərsiniz”.🙂
Mö'min şəxs ertəsi gün dostunun evində axşam yeməyi yeyərkən dostu deyir: ''Ötən gün uşaqlar sizinlə bir qadının danışdığını
və o qadına böyük bir məbləğdə çek verdiyinizi söylədilər''🤔
Mö'min şəxs deyir: Bəli, Nə olub ki?! 🤔
- O qadın bir saxtakarmış, varlı adamlara yaxınlaşıb xəstə bir körpəsi olduğunu söyləyərək pul qoparırmış.😠
Qorxuram səndən də qoparıb'' 😣
Mö'min şəxs böyük bir sevinclə ''Elə mi?!😍
Yə'ni ölümü gözləyən bir körpə yoxdur❓😍
Mən də dünəndən fikir edirəm😣gecə fikirdən yata bilməmişdim...😞
Bax bu həftə eşitdiyim ən gözəl xəbər bu xəbərdir...😍
Çox sağol...
🌿🌿🌿🌿🌿🌿
Nəticə çıxaraq...
telegram.me/islamda_aile
╔═──═ঊ🏴ঊ═──═╗
Dideyi Giryan
╚═──═ঊ🏴ঊ═──═╝
Alıntı

xsevincx
xsevincx
13 fevral 2017

Allah razi olsun haminizdan
Alıntı

xsevincx
xsevincx
13 fevral 2017

Revan qardawin dediyi kimi qardaw xanimim evden cixanda 10 dene carwabi ust uste geyinirdi ki zina yerleri gorsenmesin .sizde haqlisiz ailem qoymursa bawqa yolum yoxdu .siz dediyiniz kimide geyinmey olar .
Alıntı

xsevincx
xsevincx
13 fevral 2017

Beli men ozume ornek xanim Zehrani gotururem .eyer adi hicab bawa baglamax olsaydi .adi uzun kofta geymey olsaydi xanimim dediyiniz kimi geyinseydi mende geyinerdim .ama qara carwab geyinib
Alıntı

Rəvan
Rəvan
13 fevral 2017

salam aleykum ve rehmetullah men bu fikre bir hedisle cvb vermek isteyirem Xanim Zehra s.a evden cixarken yeddi carsabi ust uste atardi. duzdur geyim ve hicablada ortunmek kifayetdir ama carsab hicabin kamil formasidi namaz qilan bir shexse hamid namz qilan deyer ama namazin nafilesi neceki namazi kamillesdirir hicabinda nafilesi carsabdi hicabida carsab kamillesdirir. Allah cemi arzusunda olanlara qismet elesin arzusunda olmuyanlarinda qelbine o arzunu salsin razaqanallah.
Alıntı

ƏLİNİN NÖKƏRİYƏM

xsevincx salam qızım sən mütləq qara çarşab istəyirsən? sadə formada təbbi örtük yəni uzunqol paltar uzun ətəkli və bir də hicab bağlasan da buna əməl etmi. olursan yetər ki bədəninin əzaları bilinməsin əssəlamu aləykim və rahmətukkah
Alıntı

xsevincx
xsevincx
12 fevral 2017

Salam Aleykum .men 1 il yarimdir ki namaz qiliram .Lakin ortunmurem ama ALLAH wahitdir ki ortunmeyi cox istiyirem .hemde qara carwaba ortunmey en onceki hacetimdir .lakin valideyinim yeni anam narazidir .deyir genc qizsan qara carwabmi ortecen .mense ortunmeyi cox istiyirem .lakin mamam qarwidi bir az .mende cox ustune gede bilmirem .onu bilmey istiyirem ki momine xanim olmaxla lakin ortunmemekle gunahmi edirem .Allah bunun cezasini menemi yazir ?
Alıntı

xsevincx
xsevincx
12 fevral 2017

Ruqeyya baci ALLAH sendende razi lsun haqlisiz siz dediyiniz kimi edecem .Allaha nece xowdu elede edecem )
Alıntı

ƏLİNİN NÖKƏRİYƏM

xsevincx salam bax övladım səni çox gözəl başa düşürəm çətindi amma indi ki bu dini saytda üzvsən yəqin ki dediklərimi anlayarsan Hz.İbrahimin atası Azər bütyonan idi heç vaxt oğlunu anlamadı dəstək olmadı İbrahm isə Allah,cc, buyurduğu kimi ona qarşı gəlmədi v yalnızca "salam olsun sənə ata" mən Allahıma sığınıram" dedi vəssəlam amma at-bala arasında küs olmaz atanın qarğışı çox oisdir hətta o dinsiz olsa belə çalış bir yol tap bu şeytanın lənətolmuşun sənə qurduğu tələdi bi tələyə düşmə Allaha sığın və imdad istə inşaallah hər işi yoluna qoyan Odur Allahın rəhməti üzərinə olsun
Alıntı

xsevincx
xsevincx
12 fevral 2017

Atam meni cox tehqir edir pisikdirir .bawqalarini mene mesel cekir .deyir uzr istiyirem deyir senin aglin yoxdur .sen daniwma .mende cox pis oluram .bu sebebdende atama dedim ki men senle daniwdixca daha cox gunaha batiram .senin sozlerine tab getire bilmirem en yaxwisi daniwmiyax .ve 1 heftedi daniwdirmiram .bilmey istiyirem ki men sefmi edirem ?

[
Alıntı

xsevincx
xsevincx
12 fevral 2017

men yaziram ancax oz yazdigim mesajlari burda gormurem axi
Alıntı

xsevincx
xsevincx
12 fevral 2017

Esselamu Aleykum her kese .
Alıntı

xsevincx
xsevincx
12 fevral 2017

Esselamu Aleykum .Salam olsun Allah bedelerine . Men yeniyem burda bu gun saytdan qeydiyatdan kecdim .bilmediyim movzular haqda sual versem cavabini ala bilecemmi ?
Alıntı

Huseynci Medine
Huseynci Medine
12 fevral 2017

Salam olsun Peygemberin (s.e.s.) Ciyer Paresine...
Salam olsun Ehmedin (s.e.s) Kovserine...
Salam olsun Elinin (s) Mezlum Hemserine...
Salam olsun Hesenin (s) Wille Deyen Maderine...
Salam olsun Huseynin (s) Qolu Sinan Maderine...
Salam olsun Zeynebe (s) Sebr Oyredene...
Salam olsun Mezara Gizli Gedene...
Salam olsun Qapisina Od Vurulana...
Salam olsun Qabirgasi Sindirilana...
Salam olsun Derdleri Nihan olana...
Salam olsum Beqide Punhan Yatana...
Salam olsun Raziyyeyi, Merziyyeye...
Salam olsun Tahireyi, Siddiqeye...
Salam olsun Betul Hem Fatimeye...
Salam olsun Ol Guli Mustafaya (s)...
Salam olsun Evvel Wehide Zehraya...
Ellahumel en qetelete Fatimetez Zehra
Alıntı

Huseynci Medine
Huseynci Medine
12 fevral 2017

Seni sordum ciceklerin sahina qizil gul boynunu bukdu agladi..
Lale secde qildi haqq dergahina..
Yasemen göz yawi tökdu agladi..
Nergiz nale cekdi qan yaw tökerek..
Sunbul ey vah dedi icin cekerek..
Süsen mesum-mesum boynun bukerek,
döndu gulustana baxdi agladi..
Reyhan olmaz dedi bele bir zulum..
Gul dedi kaw mene geleydi ölum...
size nece qiydi o zalim..!?
Mismardan qizil qan axti agladi...
Od vurulan qapi din qapisiydi.
Ummetin rehmetin son qapisiydi..
Zulum erwi-elaya qalxdi agladi..
Bir cicek misali solunca ZEHRA..
Qapi arxasinda qalinca ZEHRA..
Zalim zerbesi ile ölunce ZEHRA....!

Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətiylə bağlı, başda İmam Zaman (ə.f) ağa olmaqla bütün Əhli-Beyt aşiqlərinə başsağlığı verirəm və təsliyyət ərz edirəm..
Alıntı

ƏLİNİN NÖKƏRİYƏM

SALAM MÖMİN VƏ MÖMİNƏLƏR BU GÜN FATİMEYİ-ZƏHRA S Ə / ŞƏHADƏT GÜNÜDÜR TƏKLİF EDİRƏM HƏRƏMİZ 2 RÜKƏt HƏDİYYƏ NAMAZI QILAQ ALLAHUMMƏ SƏLLİ ƏLA MUHAMMƏDİN VƏ ALİ MUHAMMƏD
Alıntı

ƏLİNİN NÖKƏRİYƏM

Hüseynçi Mədinə sağol bacım Allah razı olsun məlumatlara görə
Alıntı

Huseynci Medine
Huseynci Medine
6 fevral 2017

📚📖İslam maarifi📖📚:
Oxu və Başqalarına da paylaş ki, boynunda haqq qalmasın.

✿ Dinimiz Nədir?
❀ Dinimiz İslam Dinidir.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Kitabımız Hansıdır?
❀ Qurani-Kərim
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Kimin Quluyuq?
❀ Allah-Təalanın Quluyuq
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Kimin Ümmətiyik?
❀ Həzrəti-Muhəmmədin (s.ə.v.) Ümmətiyik.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Peyğəmbərimizin (s.ə.v.) Adı Nədir?
❀ Muhəmməd-Mustafa (s.ə.v.)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Atasının Adı Nədir?
❀ Abdullah.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Anasının Adı Nədir?
❀ Əminə-Xatun
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Süd Anasının Adı Nədir?
❀ Həlimə Xatun
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Babasının Adı Nədir?
❀ Abdulmuttəlib.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Harada Dünyay Gəldi?
❀ Məkkəyi-Mükərrəmədə
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Neçənci ildə Dünyaya Gəlmişdir?
❀ Miladi 571-ci ildə.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Hicri Aylardan Hansı Ayda ?
❀ Rəbiul-əvvəl Ayının 12-ci, BazarErtəsi Günü
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Neçə Yaşında Peyğəmbərlik Verilmişdir?
❀ 40 Yaşında İkən
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Hansı Tarixdə, Neçə Yaşında İkən Hara Hicrət Elədi?
❀ 622-ci İldə, 53 Yaşında Məkkədən Mədinəyə Hicrət Elədi.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Neçə İl Peyğəmbərlik Elədi?
❀ 23 İl
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Neçə Yaşında ikən Dünyadan Köçmüşdür?
❀ 63 Yaşında.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Peyğəmbərimiz (s.ə.v.) Neçə Oğlu Var İdi?
❀ Üç Oğlu Var İdi.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Adları Nədir?
❀ Qasım, Abdullah, İbrahim.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Neçə Qızı Var İdi?
❀ Dörd Qızı Var İdi.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Adları Nədir?
❀ Zeynəb, Ruqiyyə, Ümmü-Gülsüm, Fatimə.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Peyğəmbərimizin (s.ə.v.) Həyat Yoldaşları Bizim Neyimiz Hesab Olunur?
❀ Bizim Analarımız Hesab Olunur.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Peyğəmbərimizi (s.ə.v.) Müsəlman Olaraq Görənlərə Nə Deyilir?
❀ Əshabı-İkram Deyilir.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Qibləmiz Haradır?
❀ Kəbəyi-Müəzzəmə
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Kimin Millətindənik?
❀ Həzrəti İbrahimin Millətindənik.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✿ Kimin Zürriyyətindənik?
❀Adəm Əleyhissalamın Zürriyyətindənik.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Alıntı

yahuseyn
yahuseyn
5 fevral 2017

Allahin salami olsun butun muselman baci qardaslarin uzerine Allah butun oruc dua Namazlarinizi qebul etsin amin.
Alıntı

ƏLİNİN NÖKƏRİYƏM

salamun əleyk qrup üzvləri
Alıntı

Huseynci Medine
Huseynci Medine
4 fevral 2017


Bir ana öz oğlu ilә qızına nәsihәtlә müraciәt edir:
"Oğlum, qızım, ciyәr paralarım! Günlәrin bir günü mәnim qocaldığımı vә hәrәkәtlәrimin mәntiqsizlәşdiyini görәcәksiniz. Hәmin vaxt, xahiş edirәm, mәni anlamaq üçün zaman ayırın vә sәbirli olmağa çalışın.
Әllәrim titrәdiyi üçün yediklәrim yaxama tökülәndә, әynimi geyinmәyә taqәtim olmayanda, o vәziyyәtdә özümün edә bilmәdiklәrimi sizә öyrәtdiyim günlәri xatırlayın, mәnim üçün sәbirli olmağa çalışın.
Üst-başımdan xoşagәlmәz qoxular duyarsınızsa, mәni danlamayın, uşaqkәn sizi geyindirdiyimi, sizin hәr zaman tәmiz, sәliqәli olmağınıza çalışdığımı xatırlayın.
Mәnim sağlam düşüncәyә uyğun olmayan hәrәkәtlәrimi görәrsinizsә, mәnә gülmәyin, mәnim düşünәn beynim, görәn gözüm olun, mәnә kömәk edin.
Siz mәnә düzü-sәhvi necә göstәrә bilәrsiniz? Axı sizi böyüdüb tәrbiyә edәn, sizә bu dünyada yaşamağın yolunu göstәrәn mәn olmuşam... Vә sizә Qiyamәt günü barәdә danışan da mәn idim...
Mәnimlә söhbәt edәrkәn, mәnim asta, lәng danışığımdan, lәng düşünmәyimdәn, çәtin qavramağımdan, zәif yaddaşımdan yorulmayın, lütfәn, axı indi mәnim yeganә xoşbәxtliyim sizin yanımda olub, mәnimlә danışmağınızdır.
Ayaqlarım taqәtsiz olub, hәrәkәt etmәyimi çәtinlәşdirәrsә, mәnә qarşı hәlim olun, axı siz ayaqda möhkәm dayanana kimi daim әlinizdәn tutub, sizә yeritmәyi öyrәdәn mәn olmuşam. Vә mәnim o vәziyyәtimdә әlimdәn tutarkәn әsla utanc hissi keçirmәyin, çünki bir gün siz dә әlinizdәn tutacaq birini axtaracaqsınız.
Bilin ki, mәn artıq sizin kimi hәyata doğru deyil, әksinә, hәyatdan ölümә, qәbir evinә doğru irәlilәyirәm, ölümdәn qorxmuram, onu gözlәyirәm, ona görә dә mәnim yanımda olun, mәnә qarşı deyil.
Hansısa sәhvlәrimi xatırlasanız, bilin ki, mәn heç vaxt sizә xoşbәxtlikdәn savayı bir şey dilәmәmişәm. İndi mәnim üçün edә bilәcәyiniz әn böyük yaxşılıq qüsurlarımı bağışlamanız, nöqsanlarımı gizlәtmәniz olar. Allah da sizin günahlarınızı bağışlasın, nöqsanlarınızı gizli saxlasın!
Sizin tәbәssümünüz, gülüşünüz, hәmişә olduğu kimi, indi dә mәnә dünyaları bәxş edir. Mәni özünüzdәn, bu sәadәtdәn mәhrum etmәyin, nә olar. Siz doğularkәn, mәn sizinlә olmuşam, mәn öldüyümdә dә siz mәnimlә olun, mәni o biri dünyaya, son mәnzilimә yola salın...

BU SÖZLӘRİ HӘR KӘS OXUMALIDIR Kİ, ATA-ANASININ QӘLBİNDӘKİLӘRİNİ BİLSİN. ӘGӘR VALİDEYNSİNİZSӘ, BUNU ÖVLADLARINIZA OXUTDURUN. ATA-ANANIZ ÜÇÜN BELӘ DUA EDİN:
"Allahım, Sәn elә et ki, Cәhәnnәmin alovu ata-anama "Get, hәqiqәtәn dә sәnin nurun mәni söndürdü!", Cәnnәt isә "Mәn hәlә sәni görmәzdәn әvvәl sәnin üçün darıxmışam!" söylәsinlәr".

Bu yazını mütlәq paylaşın. Qoy valideynlәri sağ olanlar, sonradan bir ömür bihudә peşmançılıq çәkib, vicdan әzabı içindә qovrulmamaq üçün, nә qәdәr ki gec deyil, onlara qarşı diqqәtli olsunlar, onlardan mәhәbbәtlәrini әsirgәmәsinlәr. Valideynlәri dünyadan köçәnlәr isә dualarında valideynlәrini unutmasınlar. Amin!!!
Alıntı

Gulnar63
Gulnar63
3 fevral 2017

ALLAHın Salamı olsun hərkəsə.ALLAH razı olsun Amin, bahəm deyirəm, Xanım Zeynəb (s.ə.)Mövludu Mübarək olsun
Alıntı

Admin
Admin
3 fevral 2017

Bəsdə İsmayılzadeh,
Aleykum salam.Xos gununuz olsun
Alıntı

Bəsdə İsmayılzadeh

Salam.hər kəsi xoş gördük
Alıntı

Muxtar davamçisi
Muxtar davamçisi
2 fevral 2017

Admin,
Alemdar,
Allah razi olsun!Mən də öz növbəmdə sayt əhlini, bütün bacıları təbrik edirəm! İnşəAllah Xanım Zeynəb (s.ə.) xanımlara,eləcə də hər kəsə şəfaət eyliyər!İnşəAllah Xanımın əmanətinə xəyanət edənlərdən olmarıq AMİN!
Alıntı

Admin
Admin
2 fevral 2017

Alemdar,
Allah razi olsun qardas-Bahem insallah
Alıntı

Alemdar
Alemdar
2 fevral 2017

Salam Alleykum wie ehli Movlud munasibeti ile bawda sayıtın rehberliyi olmagla butun istifadecileri ve qonagları tebrik edirem sayıtda olan momine bacılar her birinizi tebrik edirem Bayramınız mubarek.Allah her birinize xanım ziyyaretini ve wefayetini nesib etsin Amin salavat hediyyemiz olsun ALLAHUMME SALLİ ELA MUHAMMEDİN VE ALİ MUHAMMED
Alıntı

Admin
Admin
2 fevral 2017

Allahin salami ve rehmeti uzerinize olsun.Bu gözel gün münasibəti ilə saytımızın bütün iştirakçılarını təbrik edir və Xanım Zeynəb (s.ə) əli ilə müşküllərinizin aradan getməsini diləyirəm.
Müəyyən işlərlə əlaqəli saytımızda az olurdum. Bu gündən saytımızda olan çatışmamazlıqların aradan qaldırılmasına,istək və təklifləri nəzəra alaraq lazımı məlumatları əlavə etməyə çalışacayıq.Saytımızda hər hansı nasazlıq olan hissələr varsa zəhmət olmasa onları qeyd edərsiz,sayənizdə aradan qaldırım
Alıntı

Nigar_2001
Nigar_2001
1 fevral 2017

Əssalamun aleykum.başqa bir saytda yazıblar ki,1 fevral beynəlxalq hicab günüdür?düz deyirlər?
Alıntı

Huseynci Medine
Huseynci Medine
29 yanvar 2017

ƏLİNİN NÖKƏRİYƏM,
salam baci adminler insAllah duzeliw edecey.
Alıntı

   

Son şərhlər

  • Sual Cavab
    Sitat: _ZuZu_Salam cox saolun suallarimi cavablandirdiginiz ucun. Menim bir sualim yene var namazlar
    2017-02-24 00:02:17
  • _ZuZu_


    0/3
    Sual Cavab
    Salam cox saolun suallarimi cavablandirdiginiz ucun. Menim bir sualim yene var namazlar arasinda ne
    2017-02-23 23:52:32
  • Təklif etməyin mənası
    Allah razı olsun,bacı! İnşəAllah Rəbbim bizlərə bəxş etdiyi istedadlardan yararlanaraq, haqq yolunda
    2017-02-23 22:29:06
  • Nəfs ilə cihad
    Allah razı olsun,bacı! Rəbbim bu mühüm və çətin işin öhdəsindən gələ bilməyi, Allah yolunda daimi yo
    2017-02-23 22:25:06
  • Sual Cavab
    Sitat: _ZuZu_Salam menim 2 sualim var. 1- men namazlarimi birlewdirib qiliram menede didilerki arada
    2017-02-23 11:44:37
  • Youtube kanalımıza Abunə ol

    Təqvim


    Saytda olanlar

    
    Cəmi istifadəçilər: 15
    Qonaqlar: 14

    Online İstifadəçilər: 

    - Yoxdur

    Online Axtarış robotları: 


    Saytda olmuş ən son 20 nəfər: 

    Statistika

    +4  
    Xəbərlər: 16847
    +4  
    Şərhlər: 50078
    +1  
    İstifadəçilər: 5149

    Bunlardan:
    Admin: 2
    Redaktor: 4
    Sayt nəzarətçisi: 6
    VİP: 1
    Şərh nəzarətçisi: 0
    İstifadəçi: 5135

    Qeydiyyatdan keçiblər:
    Bu gün: 1
    Dünən: 2
    Həftə ərzində: 12
    Ay ərzində: 67

    Yeni İstifadəçilər

    Sorğu

    Namaz qılırsız?

    Təqvim

    «    Fevral 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müəllif: Admin | 2-01-2017, 21:12 | Baxılıb: 19 167
    Ayətullah Sistani-İzahlı şəriət məsələləri
    Bölmə: Risalələr
    Şərhlər: 7. Sirli_melek
    Müəllif: Admin | 2-09-2014, 10:28 | Baxılıb: 7 911
    Ayətullah Xamenei-Şəri Suallara Cavab
    Bölmə: Risalələr
    Şərhlər: 5. Seyyid Naib
    Müəllif: Admin | 15-11-2013, 17:32 | Baxılıb: 23 479

    Risalə

    Bölmə: Risalələr
    Şərhlər: 9. HUSEYIN Sadikov