Qadınlara hansı işlər qadağandır?
Qadınların təbiəti, əxlaqi səciyyələri bəzi hallarda kişilərlə heç də bərabər olmayıb. Onların hər biri digərinə nisbətən imtiyaza malikdir. Qadınlar analıq hissinə malik olduqlarına görə kişilərə nisbətən övladın qorunub-saxlanması, təlim-tərbiyə işlərində ön cərgədədirlər. İslam dini də tövsiyə edir ki oğlanlar iki yaşının sonuna, qızlar isə yeddi yaşına qədər analarının yanında olsunlar. Amma əgər anaların özləri bu işdən imtina etsələr, eybi yoxdur. Kişilər də daha artıq əqlə, məntiqə malik olduqlarına görə, müəyyən hallarda qadınlardan üstündürlər və ictimai işlərdən bəziləri yalnız kişilərin öhdəsində ola bilər.
1-Hökümət etmək, cəmiyyətə və ya müəyyən qruplara rəhbərlik etmək kişilərə məxsusdur və qadınlar bu qəbildən olan məsələlərdə məsuliyyəti öhdələrinə ala bilməzlər. Tarix göstərir ki, qadnlar siyasi işlərdə o qədər də məharətli olmamış və hər yerdə siyasətə qoşulmuşlarsa, adətən məğlubiyətlə qarşılaşmışlar. Misal üçün, müsəlmanların əksəriyyəti tərəfindən ehtirama layiq görülən iki qadın Ayişə və Ümmü sələmə hər ikisi Peyğəmbərin arvadıdır, lakin birincisi siyasətə qoşularaq hakimiyyət bayrağını ələ keçirmək üçün Həzrət Əli (ə) ilə müxalifət etdi və həta Ümmü sələməni də bu işə töviq etdi, amma onun kəskin müxalifəti ilə qarşılaşdı. Bu səhv yolu getmək bais oldu ki, öz imanına qarşı üsyan etsin, minlərlə günahsız müsəlmanın qanının hədərə versin, həqiqi şəxsiyyətini ləkələsin. Amma Ümmü Sələmə "Möminlərin anası” ləqəbinin hörmətini qoruyub saxladı, həzrət Əli və Hüseynin sirlərinə məhrəm oldu, həmişə vilayətin xüsusi əmanətlərini onun yanında idi...
2-Mühakimə və qəzavət işi də atifi məsələlərlə uyğun gəlmədiyinə görə camaatın malı bu məsələdə müqəddəratı həll olunduğuna görə, qadınların atifi bir varlıq olması ilə heç də uyğun gəlmir və bu məsələ də hakimiyyət məsələsi kimi layiqli və şərtlərə malik olan kişilərə məxsusdur.
3-İbtidai cihad–islamın genişləndirilməsi, yayılması məqsədi ilə edilən hücum (cihad) da kişilərə məxsusdur və bu məsələ də qadınların incə, lətif duyğuları ilə bir yerə yığışmır və onun üçün qadağandır. Amma müdafiə cihadında düşmənin nüfuzunun qarşısını almaqla əqlin və şəriətin hökmü ilə bütün insanlara, qadın və uşaqlara böyük kiçik, qadın və s hamıya aiddir və hamı öz şəxsiyyətini, istiqlaliyyət və namusunu qorumalıdır,
4-Qadınlar islami marifi və müxtəlif elmləri kəsb etməkdə kişilərlə heç bir fərqləri yoxdur, bu barədə hər hansı məhdudiyyət nəzərə çarpmır. Amma əgər qadınlar cihad məqamına çatsalar öz fətvasına əməl edə bilərlər, amma başqalrı ona təqlid edə bilməzlər.
6-Məşvərət məsələləri, təvəqqül və uzaq görənliklə əlaqədar olduğuna atifi hisslərlə ziddiyyət təşkil etdiyinə görə, mütəvatir və çoxlu hədislərdə gəlmişdir ki, qadınlarla məşvərət etməyin, onların nəzərlərinin əksini qəbul edin, hətta qadının fikirlərinin ardınca düşənlər də lənətə, ilahi rəhmətdən uzaqlığa səbəb olur.
Amma təcrübəli, aqil qadınlarla kifaəyt qədər məlumatlı olduğu məsələlərdə məşvərət etməyin eybi yoxdur, belə hallarda onlarla məşvərət etmək olar.”
"Çalışqın insan, istər kişi olsun, istərsə də qadın, Allah yolunda cihada məşğul olan mücahid kimidir.”
Mərhum Əllamə Təbatəbai buyurur:
"Qadınlar üçün qadağan olunan işlərdən başqa, sir məşğuliyyətlər və kəsb o cümlədən, təlim-tərbiyə, tibb bacısı, həkimlik və sair kimi qadınların atifi hissləri ilə ziddiyyət təşkil etməyən işlərdə nə Rəsuli Əkrəmin hədisləri, nə o həzrətin rəftarı və nə də Qurani məciddə qadınların bu işlərinə icazə verilməsini göstərir. Çünki belə icazədən ötrü gərək iradə azadlığı və əməldə istiqlaldan ibarətdir.
"Gördüyümüz kimi, qadınlar ictimai məsələlərdə atifi məsəllə zidd olmayan işlərdə tamamilə azaddırlar, bu barədə heç bir məhdudiyyət yoxdur. Onların zatında qoyulan eqq və atifə hökmü ilə kişilərdən daha yaxş müalicə, təlim-tərbiyə, xəstələrə qulluq işlərində cəmiyyətə və övladlarına xidmət edə bilərlər. Bu kimi işlərdəki boşluqları doldurmaqda təsirli ola bilər və onların dəyərli nəticələri ilə iftixar edə bilərlər, Allah dərgahında onun əvəzini ala bilərlər. Rəsuli Əkrəm (s) buyurur:
"Hər kəs öz zəhməti ilə yesə, qiyamət günü peyğəmbərlərin cərgəsində olar və onların savabına malik ola bilər.”
Bu fəslin axırında bir məsələni qeyd eməyi lazım bilirik. O da bundan ibarətdir ki, müxtəlif bölmələrdə gələn və tövsiyə olunan, qadınların ümumi yerlərdə iştirak etməmələri, camaatın gözü önündə olmamalarını və evin daxilində işləmələrini bəyan edən hədislər təfqirirində qeyd etməliyik ki, belə hədislər sadəcə əxlaqi yönlərə malik olub və qadının evdən çıxmasının haram olmasını göstərmir. Əks halda, bu çox çətin bir vəzifə olar və məşəqqətə səbəb olar və islam ümməti qadınları əbədi olaraq bu hökmə əməl edə bilməzdilər.
Nümunə qadınların həyat tarixinin mütaliə edilməsi göstərir ki, onlar da bu hədislərə vacib nəzəri ilə baxmamışlar, həmişə ev daxilində qalmamışlar.
İmam Sadiq (ə) - dan soruşulur ki, qadınlr cənazə namazında iştirak edə bilərmi? Həzrət buyurur ki,
"Peyğəmbərin qızı Zeynəb dünyadan gedəndə bacısı Fatimə qadınlarla birlikdə evdən çıxıb ona cənazə namazı qıldı.”
Bu hədisdə imam (ə) Fatimeyi Zəhranın, hər növ xəta və günahdan uzaq olan bir xanımın evdən çıxıb getməsinə işarə edir və bu da həmin işin icazə verilən işlərdən olduğunu görstərir. Bu əzəmətli islam qadınınnın həyasi ismət, mədəni, təkcə cənazə namazında iştirak etmirdi; həm də başqa hədislərə əsasən, islam şəhidlərinin qəbirlərini müdam ziyarət edərdi. İmam Sadiq (ə) anası Zəhranın ibrətamiz əməllərinin tərifləyib buyurur ki, o, hər şənbə günü sübh çağı şəhidlərin ziyarətinə gedir, onların və əmisi Həmzənin qəbri yanında dua edir, Allahdan bağışlanmaq istəyir.
Həzrət Zəhra (ə)-ın həyat tarixi göstərir ki, o, təkcə ibadi ictimai məslələrdə deyil, həm də həssas anlarda da dövrün zalım hamimləri ilə siyaysi mübarizəyə qalxır, öz danılmaz haqqını, ərinin vilayətini müdafiə edirdi. Zəhrayi Mərziyyə Əli (ə)-ın həyatının həssas anlarında ona arxa durudu. Hətta Mədinə məscidində mühacir və ənsar arasında öz məşhur xütbəsini oxuyur, özünün və ərinin məzlumiyyətini çatdırır. Necə ki, Əli (ə) bunu "Nəhcül-bəlağə”nin 28-ci məktubunda bəyan etmişdir. Düşmənlər Həzrətə qarşı hörmətsizlik edəndə var qüvvəsi ilə həyat yoldaşının haqqını qəsb edənlərlə mübarəziyə qalxır. Fatimə (ə) Əli ilə birlikdə gecələr mühacir və ənsarın evlərini qapı - qapı döyür, Əlinin vilayəti və məzlumluğu barəsində onlardan imdad istəyir, köməyə səsləyirdi. Rəsuli Əkrəmin arvadları və sair qızları da Həzrət Fatimə kimi ibadət və ictimai məsələlərdə iştirak etmişlər, heç də tamamilə evlərində oturmamışlar.
Bu vahidlərə diqqət yetirərək nəticə alırıq ki, evdar qadınlar bacardıqca bu əxlaqi hədislərə riayət etməli ərinin icazəsi olmadan evdən çıxmamalıdırlar. Amma ərinin icazəsi ilə bütün iqtisadi, ictimai, tam hicaba, əxlaqi məsələlərə riayət edərək tam vüqar və həya ilə kişilərə qarşıkaşmadan fəaliyyət edə bilərlər. Qadının iqtisadi və ictimai hərəkətləri belə şərtlərə riayaət etdikdə bu işlərdən qadağan olunmurlar, Çünki, iffət, həya və hicab silahı ilə tam yaraqlanarsa, heç vaxt əxlaqsızlıqlara dücçar olmazlar, . Allah-taala bütün islam qadınlarına Zəhra kimi əməl etməyə müvəffəq etsin!
Pərvərdigara, müqəddəs islamın dininin təbliğ olunmasında, ictimai ehtiyacların təmin olunmasında, bizim hamımıza məqsəd yönlü tovfiq inayət et! Pərvərdigara, əziz islam ümmətini fikri vəxdəntə və islami dünya görüşünə hidayət et! İlahi, bizi Öz pənahında , Əli (ə)-ın, həmçinin onun 11 pak övladının bayrağı altında olmağa müvəffəq et! Xudaya, bizim din, namus və ölkəmizi zalımların şərrindən amanda saxla! İlahi bizin xəta ilə dolu olan gözlərimizi Həzrət Məhdi (ə)-ın nurani cəmalı ilə aydın et, qiyamət günü Mühəmməd və onun əhli-beytinin şəfaətindən məhrum etmə.
Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 2