Qadın müasir dünyamızda
Yuxarıda qeyd edilən baxış, münasibət açıq-aşkar qadının insani kəramətinə, dəyərinə zidd idi. Bu baxış insani cəmiyyət tərəfindən heç vaxt qəbul edilməmiş, hətta dinsiz cəmiyyətlər qadını cahiliyyət buxovundan azad etmək üçün təlaş göstərmişlər. On yeddinci əsrdən başlayaraq bu hərəkat yüksəlmişdir. İyirminci əsrə qədər dünyanın müxtəlif nöqtələrində bu hərəkatın hamiləri tapılmış və hətta «Birləşmiş millətlər təşkilatı» bunu qanuniləşdirmiş-dir.
Qadın və kişinin siyasi, ictimai, peşə seçmə və s. hüquq bərabərliyinə əsaslanan bu nəzəriyyə onların bərabərliyini hədəf götürüb, azadlığa zidd bütün qeydləri inkar etdi. Bu baxış tərəfdarları qadın şəxsiyyətini ucaltmaq fikrində olsalar da, qadının yaranışından, bu yaranış məqsədindən tam xəbərdar olmadıqlarından öz işlərində ifrata varıb həddi aşdılar.
Birinci baxış tərəfdarları qadına münasibətdə diqqətsizlik göstərdilərsə (təfrit), ikinci baxış tərəfdarları həddi aşdılar (ifrat).
Buna görə də nəinki qadının şəxsiyyəti ucaldı, əksinə «qadın hüququ, demokratiya, insan haqları, mütləq və tam azadlıq» şüarları altında qadın şəxsiyyəti daha da alçaldıldı. Bu baxış tərəfdarları bütün məhdudiyyətlərin götürüldüyü açıq fəza yaratdılar. «Qorunmaq» «qadağanla» səhv salındı. İlahi dəyərlər aradan getdi. Həmin baxışdan qazandıqlarımız aşağıdakı qaydada şərh edilər bilər.
Kitabın adı: İslamda nümunəvi qadınlar – Fatimə (s.ə)
Müəllif: Həbibullah Əhməd
Xəbər redaktə etdi: Admin - 11-02-2015, 18:10