Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Deyirlər ki, iki əsr bundan əvvəl Afrikada bir hökmdar yaşayırmış. Hökmdarın yaxın bir dostu vardı. Yaxşı-pis hər hansı hadisə ilə rastlaşanda bu sözü təkrar edərdi: "Bu işdə də bir xeyir var”.
Hökmdar ov etməyi xoşlayırdı. Bir gün dostu və əyanları ilə birlikdə yenə ova çıxmışdı. Bir aslanın izinə düşdülər. Izlə gedib aslanı tapanda hökmdar tüfəngi dostuna verib tapşırdı ki, silaha güllə doldursun. Hökmdarın dostu tüfəngə güllə qoyub verdi. Ya tüfəng nasaz imiş, ya da hökmdarın dostu tələskənlik edibmiş, hökmdar atəş açanda güllə tüfəngin içində partladı, lüləni dağıdıb kənara sıçradı. Nəticədə hökmdarın tətiyi sıxan baş barmağı parçalandı. Dostu bu hadisəni görəndə yenə adəti üzrə söylədi: "Bu işdə də bir xeyir var”. Hökmdar qəzəblə bağırdı: "Axmaq! Görmürsən, barmağımı itirdim! Bu işdə nə xeyir olacaq ki?!”. Qəzəbi aşıb-daşan hökmdar öz dostunu zindana atdı.
Üstündən bir il ötüb-keçdi. Hökmdar yenə ova çıxmaqda davam edirdi. Amma dostu yanında deyil, zindanda idi. Günlərin birində ovu izləyən hökmdar öz əyanları ilə birlikdə xeyli uzaqlara gedib-çıxdı. Sən demə, bu yerlərdə adamyeyənlər qəbiləsi yaşayırmış. Adamyeyənlər hökmdarı və yanındakıları tutub apardılar. Böyük bir tonqal qalayıb, əsirləri tonqalın ətrafındakı dirəklərə bağladılar və bir-bir tonqalın içinə atıb bişirməyə başladılar. Növbə hökmdara çatanda gördülər ki, barmaqlarından biri yoxdur. Sən demə, adamyeyənlərin inancı bu imiş ki, fiziki qüsuru olan adamın ətini yemək olmaz. Ona görə də hökmdarı azad edib buraxdılar. Onun ov yoldaşları isə sağlam olduqları üçün adamyeyənlərin yeminə çevrildilər.
Hökmdar çətinliklə öz torpaqlarına qayıtdı. O, indi dostunun dediyi sözlərin mənasını anlamışdı. Başa düşmüşdü ki, həqiqətən, barmağının parçalanmasında da bir xeyir varmış. Hökmdar vətəninə dönən kimi dostunu zindandan azad etdi, yanına gətizdirib başına gələnləri ona danışdı. Axırda üzr istədi: "Məni bağışla. Səni günahsız yerə bir il zindanda saxladım”. Hökmdarın təəccübünə rəğmən, dostu yenə həmişəki sözünü təkrar etdi: "Amma bu işdə də bir xeyir var”. Hökmdar heyrətini gizlədə bilmədi: "Yenə eyni sözü deyirsən? Daha bu işdə nə xeyir ola bilər ki? Sən bir il həbsxanada dözülməz şəraitdə qaldın, aclıq-susuzluq çəkdin. Bunun harası xeyirdir?”. Dostu isə gülümsəyərək cavab verdi: "Yaxşı ki sən ovda olanda mən zindanda idim. Yoxsa həmişəki kimi gərək mən də sənin yanında olaydım. Iş burasındadır ki, mənim bədənimdə qüsurum yoxdur. Ona görə adamyeyənlər məni mütləq yeyəcəkdilər”.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |