» » Uşağın təvəllüdünün yeddinci günündə qonaqlıq məclisi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Uşağın təvəllüdünün yeddinci günündə qonaqlıq məclisi
+5
Müəllif: Yusifi Zehra | 10-01-2015, 13:00 | Baxılıb: 1 298
 
 
Uşağın təvəllüdünün yeddinci günündə qonaqlıq məclisi

Müqəddəs İslam şəriətində övladın təvəllüdü üçün məxsus qayda-qanunlar və mərasim müəyyən olunmuş, ata-ananın həmin göstərişlərə əməl etmələri tövsiyə edilmişdir. Mütəal Allah bir kəsə bir övlad əta edirsə, gərək o şəxs bu ilahi nemətin şükrünü yerinə yetirmək məqsədi ilə Allaha həmd edib möminləri, qonşuları və qohum-əqrəbanı qonaqlığa dəvət etsin. Bu əməl başqalarının barəsində edilən yaxşılıq və ehsandan əlavə, həm də camaat arasında qarşılıqlı məhəbbət, ehtiram və səfa-səmimiyyət yaradır, uşağın şəxsiyyətinin dəyərini yüksəldərək onu ata-anasına qarşı daha da mehribanlaşdırır. Çünki o, böyüyərək valideyninin onun barəsində etdiyi ehsan və yaxşılıqdan xəbərdar olandan sonra son dərəcə xoşhal nəticədə onlara təşəkkür edəcəkdir. Məhz bu səbəbdən hədislərdə gəlmişdir ki, beş yerdə bu cür ehsan vermək müstəhəbdir ki, onlardan biri də övladın dünyaya gəldiyi zamandır.
2-Körpəyə qüsl vermək
İslam dininin təkid etdiyi əməllərdən biri də təmizlik, paklıq, səhiyyə qanunlarına riayət etməkdir. Buna görə də öz ardıcıllarına müxtəlif münasibətlərlə əlaqədar olaraq müstəhəb və ya vacib qüsslləri tövsiyə etmişdir. İslam dini bizə göstəriş verir ki, körpənin paklığı üçün ona qüsl verin. Belə ki, İmam Sadiq (əleyhissalam) buyurur:
"Təzə doğulmuş uşağa qüsl vermək vacibdir.”
Əlbəttə, rəvayətlərdə bu əməlin "vacib” kimi təbir olunması onun çox təkidli bir müstəhəb olduğunu bəyan etmək üçündür. Bu qəbildən olan rəvayətlər daha çoxdur və bu məsələnin əhəmiyyətini göstərir. İslam aləminin böyük alim və fəqihləri məhz bu əsasda fətva verərərk təzə doğulmuş körpəyə qüsl verilməsini təkid etmişlər. O cümlədən, mərhum Mühəqqiq "Şəraye” kitabında, Mərhum Şəhidi Sani "Şərhi-lümə” kitabında habelə "Cəvahirül-kəlam”-ın müəllifi öz kitabında təzə doğulmuş uşağa qüsl verilməsinin müstəhəb olmasına dair fətva vermişlər.
Hazırkı əsrimizin mərcəyi-təqlidləri də öz "Tovzihul-məsail” kitabının "müstəhəb qüsüllər” bölməsində həmin məsələni təkidlə qeyd etmişlər. Buna əsasən, valideynin övladın sağlamlığını qorumaq qarşısındakı vəzifələrindən biri də körpənin təvəllüdündən sonra ona qüsl verməsidir.
3-Qulağına azan və iqamə demək
Hər bir millətin və ya tayfanın özünə məxsus adət-ənənələri vardır ki, müəyyən vaxtlarda və ya günlərdə olan hadisələrlə əlaqədar keçirirlər. Dünya xalqlarından bəziləri həssas anlarda şüar xarakteri daşıyan kilsə zənglərini səsləndirirlər. İslam dini göstəriş verir ki, namaz vaxtında, habelə körpə doğulandan sonra onun təvəllüdünün yeddinci günü sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.
Düzdür ki, körpə bu günlərdə heç bir şey başa düşmür, azan və iqaməni dərk etmir. Amma bu dini göstəriş heç də hikmətsiz olmayıb özünəməxsus hikməti bəyan edir. Çünki ananın ahəngdar, vəznli, qafiyəli nəğmələri övlad üçün ən münasib və təsirli nəğmələrdən olub ona aramlıq bəxş etdiyi kimi, azan və iqamənin də körpənin qulağına deyilməsi şəkksiz ki, təsirsiz olmayacaqdır. Bundan əlavə, bu əməlin başqalarında da tərbiyəvi əsər qoyması unudulmamalıdır. Çünki onun gözəl və mənalı cümlələri təkallahçılığa, heç bir günaha və sapmağa məruz qalmayan məsum rəhbərləri özünə nümunə götürməyi və yaxşı, qurucu işlərə təşviq etmək məsələsini başqalarında da icad edir.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Hər kəsin övladı dünyaya gəlsə, onun sağ qulağına azanı, sol qulağına isə iqaməni deməlidir. Bu əməl şeytanı uşaqdan uzaqlaşdırır.”
Bəli, həqiqətən din və iman əhli olan, Allaha pərəstiş edən, Həzrət Peyğəmbər və Əlinin bayrağı altında olan bir şəxsə şeytanın yaxınlaşmağa icazəsi yoxdur.
4-İmam Hüseyn əleyhissalamın türbətini yedizdirmək
Bütün insan cəmiyyətlərində fədakarlığa, təşəkkürə, qədirdanlığa təşviq gözəl əməllərdən biridir. İtkin düşən əsgərlərin qəbirlərini ziyarət etmək, onların məzarları üstünə gül dəstələri qoyaraq milli və dini qəhrəmanları yad etmək beynəlxalq bir məsələ kimi qəbul olunmuşdur. Hamı bilir ki, imam Hüseyn (əleyhissalam) məsum və fədakar bir imamdır ki, Allah və Onun Peyğəmbərinin əmrinə əsasən, var-yoxunu ixlasla, din və millətin islahı və mövcud əyintilərin qarşısını almaq öz dövrünün zalım hakimi Müaviyənin oğlu Yezid ilə mübarizəyə sərf etdi və Allahın razılığını qazandı, bu yolda özünü, övladlarını və dostlarını qurban verərək şəhadət yolunu seçdi.
O Həzrətin şiələri və onu sevən müsəlman millətləri bütün varlıqları ilə İmam Hüseyn əleyhissalamın, yolunda şəhid olduğu müqəddəs hədəfinə tabe olaraq öz rəftar və əməlləri ilə belə bir fədakar və məsum rəhbərə bir növ təşəkkür edirlər. Müxtəlif hallarda İmam Hüseyn (əleyhissalam)-ın pak və əl dəyməmiş türbətindən təbərrük kimi istifadə edir və beləliklə də öz övladlarına azadlıq və azadlıq sevərlik ruhunu aşılayırlar. Bəli, İmam Hüseyn məktəbində o Həzrətin türbəti müqəddəs sayılır, şəfa tapmaq üçün ondan istifadə edilir və təzə doğulan uşağa da ondan cüzi miqdarda yedirdilir. İmam Baqir (əleyhissalam) buyurur:
"Sizin körpələr doğulduqdan sonra ona Fərat çayının suyundan içirdin və İmam Hüseyn (əleyhissalam)-ın pak türbətindən yedirdin. Əgər onları tapa bilməsəniz, yağış suyundan istifadə edin.”
Əlbəttə, bu barədə əlavə rəvayətlər və əlavə mətləblər vardır ki, müxtəsər olsun deyə, onları burada gətirməyir və qeyd edirik ki, əgər onları tapa bilməsək, rəvayətlərə əsasən, adi xurmadan istifadə etməliyik.
5-Körpənin saçını qırxmaq
Bura qədər valideynin öz uşaqlarının təvəllüdünün yeddinci gününə qədər təşkil etməli olduqları mərasimi qısa şəkildə bəyan etdik. İndi isə uşağın təvəllüdünün yeddinci günündə olan başqa hüquqları qeyd edirik. İmam Musa ibni Cəfər (əleyhissalam) buyurur:
"Valideynin öz övladının təvəllüdünün yeddinci günü münasibəti ilə olan vəzifələrindən biri budur ki, onun başının tüklərini qırxsın və onun ağırlığı qədərində qızıl və ya gümüş fəqirlərə sədəqə versin. Əgər bu da mümkün olmasa, nə qədər gücü çatsa, o qədər sədəqə versin.”
Aydındır ki, bu kimi əməllər yoxsullara, fəqirlərə kömək olunmasına səbəb olar və onların ehtiyaclarını müəyyən qədər aradan qaldırar. Bundan əlavə, bu İslam qanunu uşağın şəxsiyyətini ata-anasının yanında daha da əziz edir və bu cür övladlar böyüyəndən sonra valideynin onun barəsində etdiyi yaxşılıqlardan agah olaraq özləri də qarşılıqlı olaraq onlara yaxşılıq etməklə onların zəhmətlərinin əvəzini çıxır. Həm də bu əməl özü də bir sədəqədir və bəlaları dəf edir.
6-Sünnət etmək
Müqəddəs İslam dini oğlanların təvəllüdünün yeddinci günündə sünnət edilməsini tövsiyə etmişdir. Bu əməlin səbəbi övladın paklanması və inkişaf etməsi kimi qeyd olunmuşdur. İslami rəvayətlərdə qeyd olunur ki, İbrahim (əleyhissalam)a bu sünnəti İshaqın barəsində yerinə yetirmək əmr olunmuşdu və o da öz oğlunu sünnət etmişdi. Bu iş İshaqın övladlarında da əməli olaraq həyata keçirildi.
Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur ki, həkim və elmli Allah bu islami sünnətə göstəriş vermişdir. Bir neçə şeyin insan bədənindən qırılıb ayrılması, o cümlədən uşağın göbəyinin kəsilməsi, müxtəlif yaş dövrlərində dırnaqlarının tutulması, üz, bığ və başının tükünün normal hala salınması və s. lazımdır. Buna əsasən, ilahi təqdirdə heç bir nöqsan yoxdur və biz öz vəzifəmizə əməl etməyə borcluyuq.
Əgər uşaq 7 günlüyündə və ondan sonrakı günlərdə sünnət olunmasa, onun özünə vacibdir ki, həddi-büluğa çatandan sonra sünnət əməlini yerinə yetirsin.
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Hər bir kişiyə vacibdir ki, müsəlman olduqdan sonra özünü sünnət eləsin, hətta 70 yaşında olsa belə.”
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) başqa bir hədisdə buyurur:
"Öz övladlarınızı təvəllüdün yeddinci günündə sünnət edin. Soyuqdan və istidən qorxmayın, çünki bu iş bədənin paklığına səbəb olur.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: 
"Öz övladlarınızı təvəllüdün yeddinci günündə sünnət edin. Bu iş onların bədənlərinin paklanmasına və inkişaf etməsinə səbəb olur. Sünnət olunmamış şəxsin bovlu ilə bir yer nəcis olarsa, 40 gün nəcisliyində qalır.”
7-Əqiqə və qurbanlıq
Uşağın təvəllüdünün yeddinci gününün mərasimlərindən biri də qurbanlıq (qoyun) kəsilməsidir. Bu islami sünnət də təkidli müstəhəb əməl olmasına baxmayaraq, övladın sağlam olmasında əsaslı rol oynayır və hətta rəvayətlərdə "vacib” təbiri ilə qeyd olunmuşdur ki, bu da həmin əməlin əhəmiyyətini çatdırır. İndi isə bir neçə hədisə diqqət yetirin:
Həzrət İmam Sadiq (əleyhissalam) buyurur:
"Övlad üçün qurbanlıq kəsmək vacibdir.”
Başqa bir rəvayətdə Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan soruşur ki, övlad üçün əqiqə kəsmək vacibdirmi? İmam (əleyhissalam) buyurur: "Bəli, vacibdir.”
Əlbəttə bu barədə həmin məzmunda olan hədislər həddindən artıq çoxdur. Hətta qeyd olunmuşdur ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özü öz mübarək əli ilə Həsən (əleyhissalam) üçün qurbanlıq kəsib övladını dua etdi.
İmam Sadiq (əleyhissalam) buyurur:
"Hər bir körpənin sağlamlığı kəsiləcək qurbanlığın girovundadır.”
İmam Sadiq (əleyhissalam) yenə buyurur:
"Bütün (yaşlı) insanların sağlamlığı fitrənin, bütün uşaqların sağlamlığı isə əqiqənin (qurbanlığın) girovundadır.”
Ömər ibni Yezid deyir: Həzrət İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdim: "Yəbnə Rəsulillah, mən bilmirəm ki, ata-anam mənim üçün əqiqə qurbanlıq kəsiblər, ya yox. Mənim vəzifəm nədir?” Həzrət buyurdu: "”et, bir qurbanlıq kəs.”
Ravi deyir: "Mən gəlib qoca yaşlarımda olmağıma baxmayaraq, özüm üçün bir qoyun qurbanlıq kəsdim.”
Məsum rəhbərlər bizə tövsiyə etmişlər ki, körpə üçün, onun təvəllüdünün yeddinci günündə bir qurbanlıq kəsin. Əgər həmin gün mümkün olmasa, ömrünüzün axırına qədər hər vaxt mümkün olsa, bu işi yerinə yetirin, heyvanın sümüklərini sındırmayın, sadəcə onu bəndlərdən ayırın və möminlərdən aşağısı on nəfər evinizə dəvət edib qurbanlıq ətini onlara yedirdin. Körpənin ailə üzvlərinin, xüsusilə anasının həmin ətdən yeməsi məkruhdur.
8-Qulaqların deşilməsi
Körpə qız uşaqlarının qulaqlarının deşilməsi bizim aramızda da adətdir və islami sünnətlərdən biri kimi Peyğəmbərin və sair məsumların tərəfindən tövsiyə olunmuşdur. İslam nəzərindən oğlan və ya qız olmasından asılı olmayaraq hər ikisinin qulağı deşilməlidir. Lakin bizim dövrümüzdə bu sünnətə yalnız qızların barəsində əməl olunur və oğlanlara şamil edilmir. 
"Cəvahirül-kəlam” kitabının 31-ci cildinin 261-ci səhifəsində buyurulur: "Bu islami sünnət həm qızlarda, həm də oğlanlarda icra edilməlidir. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əziz qızı Fatimə (ə.s)-a göstəriş verdi ki, Həsən və Hüseynin qulaqlarını deşsin.”
İmam Sadiq (əleyhissalam) buyurur:
"Oğlanların da qulaqlarının deşilməsi Peyğəmbərin sünnətindəndir.”
Bu fəslin sonunda qeyd etməyi lazım bilirik ki, İslam dinində müəyyən göstərişlər var ki, onların hikməti bizim üçün tam şəkildə məlum deyildir. Çünki bu hökmlərin verildiyi dövrlərdə camaat məsum rəhbərlərin elmindən lazımi qədər dəqiq şəkildə istifadə etməmiş, müxtəlif yersiz və lazımsız suallarla onların şərif vaxtlarını tutmuşlar.
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) özünün ən yaxın səhabələrindən biri olan Kumeylə xitabən buyurur:
"Ey Kumeyl, həqiqətən, mənim sinəm elmlə doludur. Əgər münasib şagirdlər tapsaydım...
Amma əfsuslar olsun ki, bu cür şagirdlər tapılmadı. Digər tərəfdən də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın yaşadıqları dövrdə müharibə və s.-dən irəli gələn saysız-hesabsız çətinliklər və problemlər, habelə, sair imamların elm qapılarının (zalim hökmdarların vasitəsilə) bağlanması səbəb olmuşdur ki, elm qapıları əksər hallarda bağlı qalsın, islami məsələlər və onların hikmətləri açıqlanmasın. Həmçinin, əgər hər bir dinin əsli elm, əql və məntiq əsasında olsa, onun təfərrüatında çox da tədqiqat və təhqiq etmirlər. Bundan əlavə nəzərə alınmalıdır ki, İslam dininin hətta fürui məsələlərində belə əql, elm və məntiqlə ziddiyyət təşkil edən bir məsələ tapmaq olmaz. Amma İslam şəriətində bəzi hökmlərin dərk olunmasında bəşər elmi, əqli acizdir. Başqa sözlə desək, İslamda mövcud olan hökmlər bəşər elminin fövqündədir, amma ümumiyyətlə elm ilə müxalif, zidd deyildir. Buna əsasən, əgər övladların hüquqları, uşaqların təvəllüd mərasimi və ya sair məsələlərdə əqlimizin dərk etmək qüdrəti olmayan müəyyən hökmlərlə rastlaşsaq, onun həqiqətində şəkkə yol verməməli, bütün dini göstərişlərin ictimaiyyətin mənafeyini əks etdirməsinə inanmalıyıq.

Kitabın adı: İslamda evlənmə və ailə hüququ -1

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 10 Ocak 2015 23:54 | Redaktor | Şərh yazdı
ALLAH RAZI OLSUN BACI DEYERLİ XEBERDİ ELLERİN VAR OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 10 Ocak 2015 16:40 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun inşAllah.Vacibi mövzudur.
Diqqet yetirmək lazimdir.Allah ecir versin inşAllah.
Deyerli mövzuya görede çox sağ olun!
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.