Qəbul etməmək az tutumluqdandır
Ehtimalların çoxluğu əql üçün zəruridir. (İnsanın əqli onun verdiyi ehtimalların çoxluğu ilə tanınar.) Yə᾽ni, insan əqli nöqteyi-nəzərdən qeyri-mümkün olmayan bir mətləb eşitdikdə, ehtimal verməlidir ki, ola bilsin ki, doğrudur. Amma xəbər verən şəxs mə᾽sum (günahsız, pak) olarsa, gərək desin ki, mütləq doğrudur. Lakin insan cahil və ağlı az olarsa, deyəcək: "Bu nə sözdür?!” Qəbul etməmək tutumun kiçik, az olması dəlilidir ki, belə adam fövqəl-təbii (təbiətin fövqünü), maddiyyatdan xaricdəki şeyləri dərk etməkdə acizdir. øBelə insan iki ayaqlı heyvan kimidir və yalnız yemək, içmək, cinsi yaxınlığı dərk edir. Əlbəttə, əgər ulağa, öküzə də desələr ki, öləndə mələk gəlir, qəbirdə sual-cavab olur, qəbul edə bilməzlər. Çünki onların düşüncə hədləri qarın və fərcdən uzağı əhatə etmir. Beləcə, ali mətləblərin qəbulu böyük sərvət və ruhun ucalığıdır. Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. Yalnız ilk mənzildən son mənzilədək olan hadisələrin izahını, Əhli-beyt (mə”sum İmamlar (əleyhimüssalam)-ın) hədislərində zikr edilənlərlə şərh etməklə kifayətlənirik.
Kitabın adı: Məad