» » İki şəhid anası Nəsibə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İki şəhid anası Nəsibə
    +5
    Müəllif: Elya | 18-12-2014, 10:00 | Baxılıb: 1 010
     

       İki şəhid anası Nəsibə

      "Ümmü Əmmarə” adı ilə tanınan Nəsibə, Rəsulullah (s) dövrünün qəhrəman qadınlarındandı. O, Peyğəmbərin (s) bütün
    döyüşlərində, döyüşçülərə su vermək və yaralılara tibbi yardım göstərmək kimi işlərdə yaxından iştirak etmişdi. Ühüd döyüşü başlandığı gün çiyninə su tuluğu alıb Ühüd cəbhəsində susayan İslam döyüşçülərinə su verirdi. Maraqlısı budur ki, Ühüd döyüşünün sonunda müsəlmanlar (qənimət toplamağa başları qarışdığı üçün "Təll əynəyn”i əldən verib) məğlub olanda Nəsibə su tuluğunu kənara atıb özünü Peyğəmbərə (s) sipər edərək onu hər tərəfdən müdafiə edirdi. Peyğəmbər (s) buyururdu: "Hər tərəfə baxırdımsa, Nəsibənin məni qoruduğunu görürdüm”.
    O, axırda on üç yara aldı. Yaralardan biri onun çiynində idi. Yara o qədər dərin idi ki, onun müalicəsi bir il davam etdi və yeri ömrünün axırına qədər onun çiynində qaldı. Həzrət Peyğəmbər (s) müsəlmanlardan birinin əlində öz qalxanı ilə qaçdığını görüb ona buyurdu: "Qalxanı yerə at”.
    O, qalxanı yerə atdı. Nəsibə həmin qalxanı götürdü. Kafirlərdən biri gəlib ona qılınc zərbəsi endirdi. Ancaq o, qalxanla qılınc zərbəsini qaytardı və oğlu Əbdullahın köməyi ilə onu öldürdü. Nəsibə oğlu Əbdullahın qaçmaq istədiyini gördükdə onun qabağını kəsib dedi: "Hara qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?”
    Onu meydana qaytardı və döyüşə davam etdi. Bir atlı gəlib Əbdullaha ağır yara vurdu. Nəsibə cəld tərpənərək ləngimədən oğlunun yarasını bağladı və dedi: "Qalx və döyüşdə süst olma”.
    Özü həmin atlıya hücum edib onu ayağından yaraladı. Peyğəmbər (s) qadının bu cür zirəkliyini müşahidə etdikdə elə güldü ki, Həzrətin (s) arxa dişləri göründü və buyurdu: "Afərin sənə! Yaxşı intiqam aldın”.
    Onun oğlu Əbdullah bu döyüşdə şəhid olsa da, Nəsibə sona qədər qılıncla və ox atmaqla Peyğəmbərin (s) canını qoruyurdu. Onun fədakarlığı elə bir həddə çatdı ki, Peyğəmbər (s) buyurdu: "Nəsibənin məqamı filankəslərin məqamından daha üstündür (Həzrətin (s) bu sözləri deməklə nifaq başçılarının (üç xəlifənin) qaçmalarına işarə edirdi)”.
    Hər halda Nəsibə Peyğəmbərə (s) ərz etdi: "Allahdan istə, Cənnətdə bizi səninlə bir yerdə qərar versin”.
    Peyğəmbər (s) həmin duanı buyurdu
    Nəsibənin digər övladlarından  biri "Həbib” adlı şəxs idi. Peyğəmbər (s) onun vasitəsi ilə Musəyləmeyi-kəzzaba (yalandan peyğəmbərlik iddiası edən şəxsə) xəbər göndərdi. Bu qoçaq cavan Peyğəmbərin (s) xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona dedi: "Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirsən?”
    O cavab verdi: "Bəli”.
    Musəyləmə ona dedi: "Mənim peyğəmbərliyimi təsdiq edirsənmi?”
    O cavab verdi: "Qulağım eşitmir”.
    Cihad bə`zi məsələlərə görə qadınlara vacib olmasa da, cəbhədə döyüşçülərə kömək etmək, məsələn; yaralıları daşımaq, onların yaralarını sarımaq, su vermək kimi işləri yerinə yetirmək, onların bacardıqları xidmətlərdəndir. Bu yolla onlar cihadda iştirak edə bilərlər. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirək:
    a) "Ümmü Sənan Əsləmiyyə” dilavər qadınlardan biri idi. O istəyirdi ki, həmişə İslam döyüşçüləri ilə birlikdə düşmənlə döyüşsün. Xeybər döyüşü zamanı Həzrət Rəsulullahın (s) hüzuruna gələrək ərz edir: "Çox istəyirəm sizinlə hərəkət edib yaralılara tibbi yardım göstərim, mücahidlərə kömək edim, onların əşyalarını qoruyum və susuzlara su verim”
    Peyğəmbər (s) ona icazə verir və buyurur: "Həyat yoldaşım Ümmü Sələmə ilə birlikdə gəlin”. O çox sevinərək bu işi yerinə yetirir.
    b) "Ümmü Əmmarə” də (yuxarıda qeyd olunduğu kimi) İslam döyüşçülərinə kömək etmək üçün cəbhəyə gedərdi.
    v) İmam Baqir (ə) buyurur: "Ühüd savaşında İmam Əli (ə) altımış yerdən yara almışdı. Peyğəmbər (s) "Ümmü Səlim” v
     "Ümmü Ətiyyə” adlı iki qadına İmam Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı tapşırdı. Onlar yaraları bağlayarkən gördülər ki, yaraların çoxluğundan onları bağlamaq mümkün deyil. Çünki hər bir yaranı bağladıqda, onun yanında başqa bir yara görünürdü. Əhvalatı Peyğəmbərə (s) xəbər verdilər.
    q) Müfəzzəl deyir ki, İmam Sadiq (ə) buyurdu: "Həzrət İmam Mehdi (ə) ilə birlikdə on üç qadın da vardır”
    Ərz etdim: "Nə üçün?”
    Buyurdu: "Həzrət Rəsulullah (s) dövründə olduğu kimi bu qadınlar, yaralıları müalicə edib, xəstələrə tibbi yardım göstərərlər”.
    d) Həzrət Rəsulullahın (s) zamanındakı döyüşlərin çoxunda yaralılara tibbi yardım göstərməkdə, daşımaqda, onlara su verməkdə yaxından iştirak edən qadınlardan biri də Muəvvəz ibn Əfva`nın qızı Rəbiə idi.

    Kitabın adı: İslamda qəhraman qadınlar

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: imam zaman nokeri | Status: İstifadəçi Offline | 18 Aralık 2014 11:44 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun sizden çox deyerli mövzudu.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.