Vəhydən başqa yol yoxdur
+5
Müəllif:
Elya | 11-12-2014, 10:00 | Baxılıb: 974
Vəhydən başqa yol yoxdur
"Məad” «əvd» kökündən olub "qayıtmaq” mə᾽nasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.
Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür. Eləcə də qeyri-mümkündür ki, bu uşaq fəza və onda mövcud olanların sonsuzluğunu qavrasın. Həmçinin, maddi aləmdə olub, maddə və təbiətin əsiri olan bir kəs mələkut aləmini necə dərk edə bilər; necə bilər ki, mələkut aləmi maddi aləmin batinidir və bu dünyadan xilas olmaqla yeri həmin mələkut aləmi olacaq? Bir sözlə, dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xüsusiyyətləri gizlidir və o xüsusiyyətləri tanımaq üçün Yaradanın buyurduqlarını (vəhyləri) təsdiq etməkdən başqa bir yol yoxdur.
Kitabın adı: Məad
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.