Axirətdə uçmaq üçün Allah-təalanın insana qanad verməsinə
səbəb olan fəzilətli namaz
"Biharul-ənvar" kitabının 89-cu cildində Həzrət Peyğəmbər (s)-dan nəql olunmuşdur ki, buyurub: "Hər kəs cümə günü dörd rukət namaz qılıb, hər rukətdə "Həmd" surəsindən sonra əlli bir dəfə "İxlas" surəsi və əlli dəfə "Ayətəl-kürsi" oxuyarsa, Allah təala Axirət aləmində Sirat körpüsündən uçub istədiyi bir yerə getməsi üçün ona iki qanad verər."
Kun fəəykun namazı
Təcrübə olunmuşdur ki, hər kəs bir hacət üçün bir salavat ilə dörd rukət namaz qılıb, birinci rukətində "Həmd" surəsindən
sonra yüz dəfə "Və ufəvvizu əmri iləllah", ikinci rukətində yüz dəfə "Nəsrun minəllahi və fəthun qərib" üçüncü rukətində
"Həmd" surəsindən sonra yüz dəfə "Əla iləllahi tusirul-umur" və dördüncü rukətində "Həmd" surəsindən sonra yüz dəfədesin: "İnna Fətəhna ləkə fəthən mubina." Həmçinin namazın salamından sonra biri ilə danışmamazdan qabaq yüz dəfə:
"Əstəğfirullahə və ətubu iləyh" deyib səcdəyə gedərək öz hacətini istəsin."
Bütün məxluqların şərrindən qorunmaq üçün namaz
"Cənnatul-xulud" kitabında yazılmışdır ki, hər kəs cümə axşamı iki rukət namaz qılaraq hər rukətdə "Həmd" surəsindən sonraon dəfə "Zəlzələ" surəsini oxuyub, namazdan sonra "Ya həyyu ya qəyyumu ya zəl-cəlali vəl-ikram" duasını oxuyarsa, bütün məxluqun şərrindən amanda qalar."
Yoxsulluq və narahatçılığın aradan aparılması üçün namaz
Bəzi mötəbər kitablarda Həzrət Zeynalabidin (ə)-dan nəql olunmuşdur ki, yoxsulluq və narahatçılığın aradan aparılması üçün iki rukət namaz qılıb, hər rukətdə "Həmd" surəsndən yetmiş dəfə "İnşirah" surəsini oxuyaraq on bir dəfə belə desin:
"Əm indəhum xəzainu rəhməti Rəbbikəl-əzizil-vəhhabi əm ləhum mulkus-səmavati vəl-ərzi və ma bəynəhuma fəlyərtəqu fil-əsbab." Namaz sona çatdıqdan sonra təvazökarlıqla min dəfə "Ya Vəhhab" sözünü desin.
Mənbə: "Mənəvi xəzinələr" kitabı