» » Azğınlıq qarşısında müsəlmanların vəzifəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Azğınlıq qarşısında müsəlmanların vəzifəsi
0
Müəllif: Fatimə Nuri Xuda | 29-11-2014, 18:00 | Baxılıb: 805
 
 
Azğınlıq qarşısında müsəlmanların vəzifəsi

Sizin ilk vəzifəniz cəmiyyətdə baş vermiş hər hansı bir mənfi hadisəyə qarşı nifrət bəsləməyiniz, qəlbinizdə ona qarşı etiraz hissi oyatmağınızdır. Günah işlərin qarşısında görüləcək ilk iş ürəkdən bu işlərə nifrət yaratmaqdır, həqiqətən narahat olmaqdır.
Əgər ətrafınızda, məhəllədə, məktəbdə mənfi hallarla qarşılaşarsınızsa, soyuqqanlılıq göstərməyin. Unutmayın ki, bu hadisələrlə müntəzəm olaraq qarşılaşsanız, artıq bu məsələyə adət edəcək və onu adi qarşılayacaqsınız. Bu isə sonda sizin əxlaqınızın pozulmasına səbəb olacaqdır. İnsanların əksəriyyəti bu tipli hadisələri dəfələrlə müşahidə etdiklərindən, onlarda bir növ saymamazlıq, cəmiyyətdə baş verən mənfi hallara qarşı məsuliyyətsizlik yaranmışdır. Bəzilərinin, "müasir dünyadır”, "televiziyada pis film göstərsələr də, baş qarışdırmağa yaxşı şeydir” demələri qeyd etdiyim soyuqqanlılıq, məsuliyyətsizlik hissindən irəli gəlir. Cavanlara qarşı məsuliyyətsiz yanaşmaq isə, sonda cəmiyyəti uçuruma aparar. Bəziləri belə deyirlər: "Uşaq yazıq neyləsin? Bir işlə məşğul olmalıdır, ya yox? Bekarçılıqdır, cavan cavanlığını etməlidir. Kafelərə, kazinolara, gecə barlarına gedəndə nə olar ki? Bir az oynayırlar, bir az içirlər, arada da əylənirlər. Şənlənmək, əylənmək məgər pis işdir?!” İnsanlarda bu cür fikirlərin yaranması gələcəkdə baş verəcək əxlaqsızlıqlardan xəbər verir. Əgər cəmiyyətin üzvləri yeniyetmənin əxlaqsızlıq yuvalarında əylənməyinə razı olurlarsa, bu o cəmiyyətin fəlakətidir. Ən azı yeniyetmələrin bizim gələcəyimiz olduqlarını nəzərə almalı və bu hallara qarşı bacardıqları qədər mübarizə aparmalıdırlar.
Digər bir tərəfdən, mənfi hallarla mübarizə aparmaq dinin vacibi hökmlərindəndir, onun icra edilməsi hər kəs üçün zəruridir. Əgər hər hansı günahı gördükdə, qəlbən o işdən narahat olmursa, bu onda nifaqın birinci mərhələsi hesab edilir. Yəni o, Allahın hökmünə razı deyildir. Allahın hökmünün düzgün icra olunmasının əleyhinədir.
Nəyə görə millətin gözü önündə günün günorta  çağı parklarda, ümumi nəqliyyat vasitələrində, ictimai yerlərdə kimlərsə ürəyi istədiyi hərəkəti etməlidir? Heç kimin də nəfəs çəkib etiraz etməyə haqqı olmamalıdır? Bəzi yerlərdə həqiqətən əxlaqsızlıq ifrat dərəcəyə yetişib. Bu da onlarda həya hissinin aradan getməsindən irəli gəlmişdir. Böyük-kiçik, namus-qeyrət bir tərəfə, axı heç olmasa insanın heyvandan bir fərqi olmalıdır. Camaat ya üzə vurmur, ya da özünü görməməzliyə vurub deyirlər: "Mənə nə, mən onu adam edən deyiləm ki!” İnsan belə biganə ola-ola o yerə gəlib çatır ki, xasiyyətini, şəxsiyyətini belə əldən verir. İndi çox rahat bütün ailə üzvləri ata-bala, qız-qardaş bir yerdə oturub gözlərini belə qırpmadan, kollektiv surətdə televiziyada verilən erotik filmləri seyr edirlər. Nə ailə başçısı qalxıb televizoru söndürür, nə də uşaqlar qalxıb gedir. Bu valideynlərin əxlaqsızlığı və övladların təlim-tərbiyələrində olan boşluqlardan irəli gəlir. 
İkinci mərhələ, ürəkdən sözü dilə gətirmək, etirazını açıq şəkildə bildirməkdir. Mümkündür, dillə deyiləcək söz çox yumşaq və mülayim tərzdə mehribanlıqla söylənilsin. Əvvəl, bu şəkildə deyilsə, daha məsləhətə uyğundur. Bəzi hallarda isə yumşaq dillə, niyə bu işi görürsən, dedikdə, nəsihət etdiyin pis əməl sahibi xəcalət çəkmək, utanmaq əvəzinə üzünə bozarır və səni günahkar çıxartmağa çalışır: "Özüm bilərəm, ürəyim belə istəyir! Sən kimsən mənim işimə müdaxilə edəsən? Məgər azadlıq deyil!” Bu hallardan və bu cür insanlardan Allaha pənah aparıram! 
Göründüyü kimi bu halda öyüd-nəsihət fayda vermir, mülayimlik yaramır. Bəs nə etməliyik? Bu sualın cavabını imamın sözlərində tapmaq olar. Həzrət (ə) deyir: "Onunla sərt danışmalı, alnından ilişdirməlisən.” 
Əlbəttə, burada məqsəd əl ilə vurmaq deyil, bəlkə sözlə onun alnından vurmaqdır. Yəni, onun qarşısında elə sərt mövqe tutmalısan ki, sözün o dərəcədə kəskin olmalıdır ki, sanki onun alnından vurmağa hazırlaşdığını düşünsün. Artıq sən də üzünü bozartmalı və ona tam ciddiyyətlə etirazını bildirməlisən; başqa təbirlə desək, qorxutmalısan. Artıq, "xahiş edirəm, ictimai yerlərdə belə işlər görməyin” deməməli, daha sərt şəkildə belə qabarmalısan: "Sənə demirəm özünü yığışdır?!” Bu anda o əvvəlki müraciətinlə sonrakı ciddiyyətinin mənasını başa düşəcək, sözündə tələbkarlıq hiss edəcək. Əlbəttə, indiki zamanda qeyrətlərin süstləşib, həya-abrın üzlərdən çəkildiyi bir vaxtda bu işi görmək hər kəsin işi deyil. Xüsusilə də, cəmiyyətdə qarşıya çıxan belə azğınlıqları müasirlik və svilizasiya nişanələri hesab edənlərin, mədəniyyəti tumanların qısalmasında, şalvarların daralmasında görənlərin işi deyildir. Bəzi sözləri demək olmur. O saat adamın yaxasından tutub deyirlər: "Fundamentalist, mürtəce fikirli adam! Bunlar svilizasiyadan geri qalıblar!” Ya da adamı borclu çıxarıb deyirlər: ”Mərdimazarlıq etmə, sənə nə var kim neyləyir, kim kiminlə nə iş görür”. Hətta insana xəsarət belə yetirə bilərlər. Elə ki, insan əmr be məruf və nəhy əz münkər eləyənlərin aqibətini görür, bu işi görməkdən ehtiyat edir. Həqiqətən də haqqı söyləmək çox çətin işdir.
İmam (ə) buyurur:  "Mümkündür, bu rəftarınızdan sonra sizə başağrısı versinlər və ya danlayıb desinlər ki, niyə belə acıqlı rəftar edirsiniz, niyə kobud davranırsınız?”  Hətta bəzən ətrafınızda olan dostlarınız da sizi bu işinizə görə məzəmmət edib desin: "Çəkil bu tərəfə, sənə nə var kim-kimi çaldı-çapdı; dünyanın dərdi sənə qalmayıb ki?!”
Belə deyə-deyə hər şeyə biganə olmuşuq; hətta özümüzə də. Artıq iş o yerə gəlib çatıb ki, evdə valideyn övladının əxlaqsızlığa qurşandığını bildiyi halda, heç bir tədbir görmür. Biganəlik adamın evini belə yıxır. Dünən yolda baş verənlərə biganə qalırdı, bu gün artıq ailəsində baş verənlərə. Sabah nə olacaq, bunu ancaq Allah bilir!
İmam sözünü davam edərək buyurur:  "Əgər istəmirsinizsə, sizə göydən bəla nazil olsun və yaşınızı da qurunuzu da bir yerdə yandırsın, sizi danlayanların məzəmmətindən qorxmayın. Hatta yaxın dostlarınız belə, sizi danlasa, çəkinməməlisiniz.” 
Çox yaxşı, əmr be məruf, nəhy əz münkər edəndə, biz əvvəl xoş dillə, mülayim rəftarla söhbət edib, nəsihət veririk. Xahiş və təmənna ilə nalayiq iş görəndən öz pis əməlini tərk etməsini istəyirik. Amma görsək ki, sərt davranmağımız belə təsir etmədi, bəs onda nə etməliyik? Əgər bu iş peyğəmbərin (s) zamanında baş vermiş olsaydı, çox rahat olardı. O zaman camaat imanın ləzzətini təzə-təzə dadırdılar, iman hələ öz təravətini itirməmişdi. Amma indiki zamanda bu işi görmək həqiqətən çətindir. İnsanı təhqir edə, söyə, hətta döyə də bilərlər. Belə olan surətdə nə etmək lazımdır?
Hər halda məsələ iki haldan xaric deyil; sizin nəsihətləriniz qarşısında xətakar adamın əks əməli iki haldan biri olacaqdır. Ya sizin sözləriniz ona təsir qoyub müsbət addım atmasına səbəb olacaq, öz işinin çirkinliyini anlayıb, həmin işdən əl çəkəcək, üzürxahlıq eləyib doğru yola qayıdacaqdır. Bu halda artıq sizin onun üzərində heç bir höccətiniz qalmır, gərək ona mehribanlıq göstərəsiniz. Çünki, səhv etmişdi, əmr be məruf vasitəsi ilə öz səhvini anladı və doğru yola qayıtdı.
Sizin nəsihətinizi saya salmasalar, öz cinayət və günahlarında israr etsələr, sizin vəzifəniz də başqa şey olacaqdır. Onların qarşısında başqa cür rəftar etməlisiniz. Artıq sizin vəzifəniz danışmaqdan, danlamaqdan, acıqlanmaqdan keçibdir. İmam (ə) buyurur: "Belə yerdə artıq siz cihad məqamına qədəm qoymalısınız.” Belələri İslamın düşməni sayılırlar və onlarla mübarizə aparıb, vuruşmaq lazımdır. Onları ürəkdən düşmən bilin. Bu cür həyasızlaşıb açıq-aşkar İslam əleyhinə qiyam edən, İslam hökmlərini danan, müqəddəs ayinləri məsxərə edən adamlarla mübarizə aparılmalıdır. Deməyin, İslam məhəbbət dinidir! Sülh dinidir! İslam həm də düşmənçilik dinidir. Məhəbbəti, rəhməti nəhayət dərəcədədir. Lakin yeri gələndə, tələb olunan yerdə sərt davranmağı da əmr edir. Amma belə adamlarla mübarizəyə qalxmaq istəsəniz, ehtiyatlı olmalısınız. Niyyətinizi yoxlayıb araşdırmalısınız. Bu yerdə şeytan insanı tovlamağa çalışır. Şeytan namaz qılmayan bir kimsəni riyakarlığa təşviq etmir. Buna heç ehtiyac da yoxdur. Namaz qılmırsa, riyakarlıq niyə etsin? Amma elə ki, bir nəfər namaza qılır, xüsusilə də, məsciddə camaatın gözü qabağında, o zaman onu vəsvəsə etməyə başlayır. Deyir: "Fatihə” surəsini oxuyarkən, "vələzzallin”ə çatanda onu bir az şiddətli elə, azacıq da uzat ki, eşidənlər desin, əcəb yaxşı qiraəti var!” Şeytanın, başını keyfə, eyş-işrətə qatanlarla nə işi var? Onsuz da onlar batil yolu tutub cəhənnəmə doğru gedirlər. Amma elə ki, əzadarlıq məclisinə gedir, şeytan qəlbinə girib vəsvəsə eləyir və deyir ki, gəl sən də qatıl məclisə, yalandan da olsa ağla-sızla. Özünü ürəyi yanmış kimi göstər, görənlər də desin ki, din və imam təəssübü çəkirsən. İnsan haqq yolda olarkən şeytan daha tez-tez gəlir onun yanına.
Əmr be məruf və nəhy-əz münkər əhli olmayınca, şeytanın bizimlə işi olmayacaqdır. Çünki, bu halda biz onunla rəfiq və yoldaş olmuşuq. Bu vəziyyətdə bizim özümüz də elə bir növ şeytan sayılırıq. Şeytan xislətli insan. Amma elə ki, əmr be məruf və nəhy əz münkər etmək fikrinə düşdük, artıq yolumuz şeytanın yolundan ayrılır. Şeytan cəbhəyə getmək istəyən şəxslərin sorağına gedir. Belələrini vəsvəsə edib deyir: "Çalışın özünüzə bir gün ağlayın. Ölən-öləcək, qalan-qalacaq. Nə qədər insan cəbhəyə gedib vuruşar! Çalışıb vəzifəyə keçmək lazımdır.” Adətən bu vəsvəsə qarşısında insan iki yol seçir: Ya şeytanı özündən uzaqlaşdırır, ya da şeytanın vəsvəsəsinə qapılaraq, cihaddan imtina edir və başını dünya işlərinə qatır.
Buna görə də mübarizə aparmazdan əvvəl niyyətimizi xalis etməliyik. Kiminsə gözünə xoş görünmək, mal-dövlət ələ gətirmək üçün mübarizə aparmaq fikrində olmamalıyıq. Əgər belə olsa, həm bu dünyamız, həm də axirətimizdən olarıq. Canınmızı əldən verməyimiz bir tərəfə, axirət savabından da məhrum olarıq. Çünki, şeytani düşüncələr və nəfsin təhriki ilə işə qatılmışdıq. Buna görə də savabı yoxdur. İbadət o zaman dəyər tapır ki, Allah rizası və saf niyyətlə edilmiş olsun.
Nə vəzifəyə keçmək üçün, nə də mal-dövlət yığmaq üçün çalışın. Eləcə də qürur üzündən, nahaq olaraq başqasına qələbə çalmayın. Qələbə bizim istəyimizdir. Lakin səhih yol və şəriətin icazə verdiyi qaydada olsa, məqbuldur. 
Hər bir əməldə ilahi hökmlər və onun hüdudlarına riayət edilməlidir. Niyyətimizi xalis edib, əmr be mərufu Allah razılığı üçün etməliyik.
İndi əmr be məruf və nəhy əz münkərin qarşısında müqavimət göstərənlərlə hansı məqsədlə mübarizə edilməlidir? Həzrət (ə) buyurur:  "Əmr be məruf və nəhy əz münkəri icra edin. Əgər iş gəlib mübarizəyə və cihada çıxsa, müxaliflərlə vuruşun. O vaxta qədər onlarla vuruşun ki, öz müxalifətçiliklərindən əl çəksinlər və Allahın əmrinə itaət etsinlər.” 

Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 29 Kasım 2014 23:30 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim yazan ellerin yorulmasin in se Allah.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.