» » İnsanlara xidmət


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+2  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İnsanlara xidmət
    0
    Müəllif: Allahıma aşiqəm | 25-06-2015, 17:00 | Baxılıb: 1 260
     
     
    İnsanlara xidmət

    İslam əxlaqında ən incə məsələlərdən biri də xalqa, xüsusilə mömin və saleh bəndələrə xidmət edib, arxa durmaqdır. İslami təlimlər və övliyaların həyat tərzindən belə nəticəyə gəlmək olar ki, vacib əməlləri yerinə yetirdikdən sonra Allah-təalaya yaxınlaşmaq üçün ən yaxşı vasitə bu gözəl xislətdir. Övliyalar həmişə xalqa xidmət etmiş və ehtiyaclarının ödənilməsində şəxsən təşəbbüs göstərmişlər.
    «Qurani-Məcid»dən bildiyimiz kimi, yaxşılıq əbədiyyətə qovuşur, pislik isə su üzərində köpük kimi yox olub bir nəticə vermir. Uca Rəbbimiz buyurur:
    «......Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!» («Rəd» - 17).
    İmam Sadiq(ə) həzrəti-İsa(ə) barədə nazil olmuş «Məryəm» surəsinin 31-ci ayəsinin («O, harada oluramsa-olum, məni mübarək etdi.....») təfsirində buyurur: «Məni mübarək etdi» sözünün mənası «Məni xeyirli və mənfəətli etdi» deməkdir.» Yəni Allah-təala İsa(ə)-nı xalqa fayda vermək üçün göndərdi. Bir hədisdə Peyğəmbər (s)-dən belə nəql olunur: 
    Həzrəti-Muhəmməd (s)-dən: «İnsanların ən sevimlisi kimdir?» - deyə soruşduqda belə cavab vermişdi: «İnsanlara fayda verən xalqın ən sevimlisidir». 
    Başqa bir hədisdə Rəsuli-Əkrəm (s) buyurur:
    «Bəşəriyyət Allahın ailəsidir. Allah dərgahında insanların ən sevimlisi onun ailəsinə fayda verib bir ailəni sevindirəndir.» 
    İmam Sadiq(ə) söyləmişdir:
    «Kim Allah evini (Kəbəni) yeddi dəfə təvaf edərsə, Allah-təala onun üçün altı min yaxşılıq yazar, əməllər kitabçasından isə altı min günahı silərək ona altı min dərəcə verər». (İshaq ibn Əmmar İmamdan bu sözü də artırır: «Allah-təala onun altı min ehtiyacını ödəyər». Sonra imam Sadiq(ə): «Möminin ehtiyacını ödəmək on təvafdan yaxşıdır,» -deyə əlavə etmişdi.
    Peyğəmbər (s) buyurur:
    «Bəndələrdən biri müsəlmanların yolunu tikandan təmizlədiyinə görə behişt əhli oldu.» 
    Bəziləri belə güman edir ki, ibadət təkcə namaz qılıb oruc tutmaqdır. Bunların bir qismi nadan, qafil və (xudpəsənd) özündən razı olduğu üçün kiminsə acından tələf olmasına təsirlənməzlər.
    Dəfələrlə müşahidə edilmişdir ki, belələri ziyarət və həcc kimi ibadət səfərlərində öz vaxtlarını yalnız ziyarət, dua və fərdi müstəhəb əməllərə sərf edib, səfər yoldaşlarna heç bir kömək göstərməzlər, halbuki onlar aralarında olan yaşlı və zəif adamların köməyə ehtiyac duyduqlarını çox gözəl başa düşürlər. Deməli, insanlarla xoş rəftar və Tanrı bəndələrinə qarşı xeyirxahlıq möminin nişanələrindəndir. Bu duyğu insanı xudpərəstlikdən qoruyub saflaşdırır. Allah-təala buyurur: 
    «Mən sizinlə mehriban davrandığım kimi, siz də bir-birinizlə mehriban davranın, «Bir-birinizə yaxşılıq etməyi unutmayın.» («Bəqərə» - 237).
    Yenə də Rəsuli-Əkrəm (s)-in bir kəlamını burada xatırlatmağı özümüzə lazım bilirik.
    «İnsanların ən abidi xalqa qarşı hamıdan artıq xeyirxah və müsəlmanlarla hamıdan çox səmimi rəftar edənidir.» 
    İmam Sadiq(ə) Süfyan ibn Üyəynəyə belə buyurmuşdu:
    «Allaha görə onun bəndələrinə mehriban və xeyirxah ol. Bundan üstün bir əməllə Rəbbimizə yaxın ola bilməzsən.» 
    Əgər insanların pənahısınızsa, bilin ki, Allah sizi sevir, yox əgər qapınız xalqın üzünə bağlanıb, sizə müraciət edən yoxdursa, deməli, uca Yaradanın mərhəmətindən məhrum olmusunuz. Buna görə sevinmək yox, kədərlənmək lazımdır.
    Peyğəmbər (s) bir hədisdə buyurur:
    «Qiyamət günü mənə ən yaxın doğru danışan, əmanətdar, əhd-peymanına vəfalı, əxlaqlı və xalqa qarşı ən mehriban olanınızdır.» 
    İmam Cəfər Sadiq(ə) Rüfaə adlı bir müsəlmana belə xitab edir:
    «Ey Rüfaə, ehtiyacına görə yanına gəlmiş mömin qardaşını xoş üzlə qarşılamayan Allaha, Mühəmmədə və Əliyə iman gətirməmişdir. Əgər özü onun hacətini yerinə yetirə bilərsə, gərək bu işdə təşəbbüs göstərsin, yox bacarmasa, onun ehtiyacını aradan qaldırmaq üçün başqalarının yanına getsin. Bu keyfiyyətə malik olmayan şəxslə bizim heç bir dostluq əlaqəmiz yoxdur.» 
    Həzrəti Muhəmməd (s) buyurmuşdur:
    «Möminlər bir-birinə qarşı mehribanlıq və dostluq baxımından bir bədən kimidirlər. Bu bədənin hər hansı bir üzvü ağrayarsa, o biri üzvləri də ağrını hiss edib onun köməyinə yetişər.» 
    İmam Sadiq(ə)-dən nəql olunur ki, Rəsuli-Əkrəm(s) Minada xütbə edərkən belə buyurmuşdu:
    «Bütün müsəlmanlar bərabərdirlər. Onların qanı da bir-birilə bərabərdir, ən kiçiyinin belə sözünə hamı ehtiram edir. Onlar qeyri-müsəlmanlar qarşısında yekdil və əlbirdirlər.» 
    Buna görə də mömin şəxs müsəlman qardaşlarının dərdinə şərik olub, onlara soyuq münasibət bəsləməməlidir. Belə problemlərə etinasız yanaşan, təbii ki, cəmiyyətdə baş verən mühüm ictimai hadisələrə də laqeyd münasibət bəsləyəcək ki, bu da özündən başqa heç kimi sevməyən, əlindən bir yaxşılıq gəlməyən insanın xudbinliyinin nəticəsidir. «Qurani-Məcid»də müsəlmanlar xeyir işlərdə bir-birinə köməyə dəvət edilərək buyurur:
    "......Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...” («Maidə» - 2).
    Eqoist adamlar xeyirxah işlərdə və cəmiyyətin sağlam ruhda tərbiyəsində əməkdaşlığın zəruriliyini bilməməzliyə vurub buna heç məhəl də qoymurlar. Əslində isə xeyirxah əməllərdə müsəlmanların bir-birinə yardım etməsi onların boynuna düşən müqəddəs vəzifələrdən biridir. Buna görə də kim gözəl əxlaqlı olmaq istəyirsə, zəhmətə qatlaşıb özündə əməkdaşlıq ruhu yaratsın, əməli surətdə təşəbbüs göstərərək soyuqqanlılıq və etinasızlığı istiqanlılığa və qayğıkeşliyə, özünəqapılma hissiyyatını isə ictimai fəallığa çevirsin. Yəni öz din qardaşının narahatlıq və ehtiyacını hiss etdikdə dərhal əməli bir iş görməyə təşəbbüs göstərsin, nəzakətlə davranıb qardaşının şəxsiyyətinə hörmət əlaməti olaraq köməyə çağırılmamışdan öncə haraya yetsin. 
    Əziz Peyğəmbər (s)-imiz buyurur:
    «Səhər müsəlmanların fikrilə qalxıb onların qayğıları haqda düşünməyən, fəryad edənin köməyinə yetişməyən şəxs müsəlman deyildir.» 
    Hədislərdən belə anlaşılır ki, hər kim Allah nəsib edən imkanları öz din qardaşlarının ehtiyaclarını aradan qaldırmaq üçün sərf etməzsə, təbii ki, bu imkanları günah işlərə və Tanrı düşmənlərinə sərf edəcəkdir.
    İmam Baqir(ə) buyurur:
    «Müsəlman qardaşından öz köməyini əsirgəyən çarəsiz qalıb bu imkanlardan özünün əleyhinə istifadə edən şəxsə kömək edər və bu yolda heç bir savab qazanmaz.» 
    Başqa bir rəvayətdə Əbi Bəsir imam Sadiq(ə)-dən belə nəql edir:
    «Bizim dostlarımızdan biri öz din qardaşının yanına gedib imkanı var ikən ehtiyacı olana kömək etməzsə, Allah-təala onu düşmənlərimizin havadarlarından qərar verib qiyamət günü ağır bəlaya düçar edər.» 
    Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur:
    «Qüdrəti olduğu halda, öz din qardaşına kömək etməyən mömini Allah-təala özbaşına buraxar, dünya və axirətdə xar edər.» 
     
    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.