» » Şiəliyə yönəlmənin daxili maneələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiəliyə yönəlmənin daxili maneələri
    +5
    Müəllif: Ewqi_Kerbela | 1-12-2014, 09:00 | Baxılıb: 671
     
     
    Şiəliyə yönəlmənin daxili maneələri.
     
    Bəzən insan bu və ya digər məzhəbin haqq olduğunu bilir, lakin daxili maneələr ona bu məzhəbi qəbul etməyə imkan vermir. Şiəliyin qəbul edilməsində də belədir. Bir çox əhli-sünnə mənsubları tədqiqat zamanı şiəliyin haqq olduğunu anlayır və Əhli-beytə (ə) tapınmalı olduqlarını bilirlər. Lakin daxili maneələr yeni məzhəbi qəbul etmələrinə yol vermir. Aşağıda belə maneələrdən bir neçəsini diqqətinizə çatdırırıq: Kortəbii təqlid; Bir çox insanlar sələflərindən onlara irs qalmış fikirlərə, yanlış olsa belə, qarşı çıxmaqdan qorxurlar. Bu, məzhəb seçimi zamanı kortəbii təqlid tələsinə düşməyin nəticəsidir. Çünki etiqadda təqlid etmək insanı sələflərinin əqidəsini müqəddəsləşdirməyə vadar edir. Nəticədə isə insanı daxili maneələrlə üzləşdirir. Lakin həqiqət, axtarışda olan insanlara bu bağları qırıb atmaqda, onlara miras qalan fikirləri incələməkdə güc verir. İnsan bilməlidir ki, sələfləri, ata-babaları yanlış yolda olmuşlarsa, onun da bu yolu davam etdirməsinə lüzum yoxdur. Bizim vəzifəmiz, hətta sələflərmizin irsi fikirləri ilə üst-üstə düşməsə belə, haqqın ardınca getməkdir. Quran əcdadlarını kortəbii təqlid edənləri məzəmmət edr. Sudanlı Seyid Əhməd Mötəsim yazır: "Keçmiş alimlərə müqəddəs gözü ilə baxmaq insanı onların fikirlərinə mütləq şəkildə tabe olmağa sövq edir. Bu təslimçilik haqq yoldan yayınmağın başlıca amillərindəndir. Allah onların ağıllarını bizə dəlil olaraq göstərməmişdir. Buna görə də bizim onlara hörmətimiz onların fikirlərini incələməyimizə mane olmamalıdır. Əks təqdirdə bu Quran ayəsi bizə də aid olacaqdır:"Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar” ("Əhzab” 67). Yasin Məyuf Bədrani bu haqda yazır: "İslam etiqadi məsələlərdə təqlidi, təslimçiliyi kifayət hesab etmir. Əksinə hər bir fərd öz əqidəsinin doğru olduğunu müstəqil şəkildə, hissiyata qapılmadan araşdırmalıdır”. Şiəliyi qəbul etmiş Tariq Zeyn əl-Abidin bu haqda yazır: "Axirətdə aqibəti acınacaqlı olan insanlar - qəlbləri irsi etiqadlarla dolu olanlardır. Onlar bu etiqadlarının doğru olduğunu güman edirlər”. Şəxsiyyətpərəslik;Əhli-sünnə tədqiqatçılarının şiəliyi qəbul etmələrinə mane olan digər mühüm amil isə onların cəmiyyətdə tanınmış, sayılan şəxsiyyətlərə qarşı çıxmağa cəsarət edə bilməmələridir. Hansı ki, məlum şəxsiyyətlər müsəlman cəmiyyətlərində bütə çevrilmişlər və heç kim onların məqamına yüksəlməyə cəsarət göstərmir.Saleh əl-Vərdani şəxsiyyətə pərəstiş tələsinə düşmək, insanları haqq ilə deyil, haqqı insanlarla tanımaq haqqında yazır: "Bu, yəhudi alim və rahiblərinin planıdır. Bu gün müsəlmanlar da həmin xəstəliyə yoluxmuş və şəxsiyyətlərin sözlərini yazılı dəlillərin əvəzinə qəbul edirlər”. O, sözünü davam etdirərək yazır: "Haqqı axtarmaq alimlərin sözünə yox, müqəddəs mətnlərə əsaslanmalıdır. Müqəddəs mətnlərin izi ilə getmək insanı haqqa doğru yönəldir. Şəxsiyyətlərin ardınca getmək isə çox keçmədən insanı müqəddəs mətnlərdən ayırır, uzaqlaşdırır. Onu müqəddəs mətnlərin deyil, şəxsiyyətlərin əsirinə çevirir. Tədqiqatda meyar müqəddəs mətnlərdir. İnsana məsuliyyəti yalnız müqəddəs mətnlər verir. İnsan onlara söykənərək ayaqda durur. Axirət əzablarından xilas edəcək yeganə qüvvə də odur.Burada müqəddəs mətnlər dedikdə məqsəd Quran ayəsi, ona və ağla müvafiq Peyğəmbər (s) kəlamlarıdır”. O, digər kitabında yazır: "Müsəlmanlar şəxsiyyətə pərəstişdən, sələflərmizin toxunulmaz müqəddəsliyi xülyasından uzaq olmalıdırlar. Müsəlmanların vəzifəsi İslam təfəkkürlərini islah etmək üçün şəxsiyyətlərə deyil, müqəddəs mətnlərə əsaslanmaqdır”. O, yazır: "Tədqiqatın başlıca şərti şəxsiyyətə pərəstişdən uzaq olmaq, yəni müstəqil şəxsiyyətə malik olmaq, digərlərinə ibadət etməməkdir. Mən öncə kitablara toxunulmaz müqəddəslik gözü ilə baxır, qorxaraq yanaşırdım. Səhabədən fəqihlərə qədər keçmiş sirli insanlara müəmmalı qorxu ilə baxırdım. Lakin toxunulmaz müqəddəslik buxovundan xilas olduğum zaman qarşımda həqiqətə yetmək üçün geniş bir yol olduğunu gördüm. Bəli, elə ki, tarixi hadisələrin araşdırılmasında kortəbiiliyi kənara qoydum, daha dəqiq desək, elə ki, müqəddəs mətnləri şəxsiyyətlərdən yüksəkdə tutdum, o zaman haqqı tanıdım. Mən haqqı tapdım, gümanın əhatə dairəsindən xaric olub haqqa yəqinin əhatə dairəsinə daxil oldum. Bu, Peyğəmbərdən (s) sonra İslam yolunu yenidən nəzərdən keçirdiyim zaman idi. Uzun illər sonra ruhum sərgərdanlıqdan xilas oldu. Gözüm İslam tarixinin görünməyən tətəflərinə düşdükdə müstəqim yola qədəm qoydum. Bu zaman pərdələr götürüldü, gözümün önündə Peyğəmbərin (s) Əhli-beytini (ə) gördüm və beləcə doğru yolun əlamətlərini duyub həqiqi İslama daxil olduğuma yəqin etdim”. İdris Hüseyni Məğribi bu haqda yazır: "Mən öncədən də həqiqətin istisnasız olaraq şəxsiyyətlərdən daha dəyərli olduğunu bilirdim. Başa düşürdüm ki, özümü, itirmiş həqiqətləri əldə etmək uğrunda mübarizəyə hazırlamalıyam. Gözlərimin önünə damarlarımda axan qan qədər mühüm şəxsiyyətlərdən ayrılmaq ehtimalı gəlirdi. Lakin bilirdim ki, Əbu Hüreyrənin dini baxımdan nə dəyəri var ki, mən onu dəstəkləmək üçün tarixi həqiqətləri araşdırmaqdan vaz keçim. Nə üçün onun rüsvayçılıqlarının üstünü örtmək üçün həqiqətləri təhrif etməliyəm? Əbu Hüreyrə etiqadi prinsiplərdən biridirmi ki, onu tarixin süzgəcindən keçirmək, cəhalətlərini etiraf etmək haram olsun? Onun rüsvayçılıqları qarşısında sakit qalıb onları dini həqiqətlərə qatmaq, İslamı bu fəsadlara qurban vermək namərdlik deyilmi?”
     
     
    Kitabın adı: Haqqın izi ilə
    Müəllif: Əli Əsğər Rizvani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.