Şiəliyə yönəlmənin səbəbləri
Şiəliyə yönəlmənin səbəbləri
Şiəliyin qəbul edilməsi duyğuların, hisslərin nəticəsi deyil. Bu, müəyyən insanların uzun zaman tədqiqat apardıqdan sonra qəbul etdiyi etiqaddır. İnsan bu mərhələdə bir çox problemlərlə qarşılaşır və mənzil başına yetmək üçün lazımi tədbirlər görür. O, Allahın lütfü sayəsində özünü dəlillərin nəticəsinə sadiq qalmağa sövq edir. Bu məzhəb dəyişikliyi bir sıra amillərin təsiri nəticəsində gerçəkləşir. Bu amillər aşağdakılardır: Əhli-beytin (ə) əzəməti ilə tanışlıq; Tarix boyu, xüsusilə Əhli-beyt (ə) maarifinin geniş təbliğ olunduğu müasir dövrdə bir çox elm adamları, gənclər onların mədəni irsləri ilə tanış olmağa can atırlar. Hansı ki, bu çoxlu sayda insanın şiəliyə yönəlməsinə gətirib çıxarmışdır. Çünki onlarla tanış olan kimsə böyük bir elm xəzinəsi ilə rastlaşmış olur və ondan bəhrələnməyə çalışır.
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.