» » Müaviyə zamanında imam Hüseynin (ə) gizli fəaliyyəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6722

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6706

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ocak 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müaviyə zamanında imam Hüseynin (ə) gizli fəaliyyəti
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 12-11-2014, 18:00 | Baxılıb: 797
     

    Müaviyə zamanında imam Hüseynin (ə) gizli fəaliyyəti 

    Belə bir şəraitdə imam Hüseyn (ə) nə edə bilərdi? Gördüyü iş, gizli şəkildə inanmış şəxsləri ətrafında toplayaraq, onları hidayət etməsi idi. Xüsusilə də Həcc mərasimi zamanı müxtəlif ölkələrdən toplaşmış insanlarla ya Mina, ya da Ərəfatda görüşür, qaranlıq və ixtilaflı məsələlərə aydınlıq gətirir, onlara yol göstərirdi. 
    Əgər yanılmıramsa, Minada təşkil olunmuş yığıncaqların birində imam Hüseyn (ə) sözünün onlar üzərində təsiri olacağını ehtimal verdiyi adamları Müaviyənin məmurlarının gözündən uzaq bir yerdə topladıqdan sonra belə buyurmuşdu:  "Sözümü eşidin, amma onu gizli saxlayın. Sözümü hər yerdə danışıb faş etməyin. Gördüyünüz bu hökumət, İslam hökuməti deyil. İslam peyğəmbəri (s) Allahın göstərişi ilə özündən sonra hökumətə Əli əleyhissəlamı təyin etdi, amma müsəlmanlar onu qəbul etmədilər. Onlar yaranmış vəziyyətin və aparılan təbliğatın təsirinə məruz qaldılar. Sonra Müaviyə iş başına gəldi və heç nəyə riayət etmədi. Müaviyənin nə zülmlər etdiyini, İslam hökmləri unutdurduğunu, İslami dəyərlərə hörmətsizlik etdiyini görmürsünüzmü?! Mənim sizə çatdırmaq istədiyim söz budur ki, bu haqq hökumət deyildir. Demirəm qiyam edin. Sözümü eşidin, amma heç kəsə deməyin ki, bu sözləri bizə Hüseyn dedi. Sirr saxlayan olun. Qayıdın öz ölkənizə, sirr saxlamasına əmin olduğunuz, inandığınız adam tapsanız, mənim sözlərimi haqq bilib qəbul etdikləri təqdirdə, söylədiklərimi onlara da çatdırın!” 
    Belə bir sual meydana çıxır: İmam Hüseyn (ə) nəyə görə bu qədər gizli və ehtiyatlı davranırdı? Bəlkə hakimiyyətə gəlməsi üçün şərait hazırlayırdı? Xeyir! İmam vəziyyəti çox gözəl bilirdi. 
    Sualın cavabını həzrətin öz nitqində də görə bilərik. Buyurur:  "Mən İslamın haqq olmasının birdəfəlik unutdurulmasından, yaddaşlardan silinməsindən qorxuram. Qorxuram ki, xalq haqq və batilin nədən ibarət olmasını bilməsin.” 
    Bu şəraitdə hökumət Müaviyənin ixtiyarında idi və imam Hüseyn (ə) müqavimət göstərib mübarizə apara bilmirdi. Yəni, vəziyyət o qədər gərgin idi ki, azacıq da olsa, onun danışığından xəbərdar olsaydılar, o həzrətə qarşı sui-qəsd edəcəkdilər. İmam Hüseynin (ə) terror edilməsi heç bir nəticə verməyəcəkdi. Bu səbəbdən də İmam (ə) müxtəlif şəxslərlə tək-tək görüşür, onlara haqqı bəyan etməyə çalışırdı. Bu barədə buyururdu:  "Mən qorxuram ki, yer üzündə haqq-ədalət birdəfəlik unudula, heç kim haqqı tanımaya!” 
    Əgər cəmiyyət həqiqəti başa düşsə, hətta şəhvət, nəfs və ya dünya malı üzündən ona əməl etməsə belə, vəziyyəti qənaətbəxş hesab etmək olar. Çünki, xalqa höccət tamamlanır; alimlərin da Allah yanında üzrü, xalqın haqqı tanıyaraq, ona əməl etməmələri olur. Amma haqqın unudulub, batillə ayırd edilə bilmədiyi yerdə, alimin də vəzifəsi çətinləşir. Əgər açıq fəaliyyət göstərmək imkanı olsa, öz vəzifəsini yerinə yetirir və ya Şeyx Fəzlüllah kimi dara çəkilib öldülür. Bu vəziyyətdə təklifin üzərindən götürüldüyü üçün rahatlaşır. Məgər şeyx Fəzlüllah Nuri edam oldunduğu üçün nigaran idi? Xeyr, öz vəzifəsini yerinə yetirdiyi üçün qarşıya çıxan heç bir çətinlikdən qorxmurdu. 
    Lakin imam Hüseyn (ə) tamamilə başqa bir mühitdə mübarizə aparırdı. Bu halda danışmalı olsa, aqibəti öldürülməklə nəticələnəcəkdi. Haqq sözü izhar edə bilməməyi İmam Hüseynə (ə) ruhi əzab verirdi və məhz buna görə də məcburiyyət qarşısında qalıb dözürdü. Sizcə, bu cür daxili iztirablar yaxşıdır, yoxsa Aşura günü şəhid edilmək? İmam Hüseyn (ə) düz iyirmi il və xüsusi ilə də imam Həsənin (ə) şəhadətindən sonra bu cür mənəvi iztirablar keçirirdi. Buyururdu:  "Əlbəttə, mən Allahın vədəsinə inanıram. Amma Bəni-Üməyyənin millətin başına gətirdiyi fəlakətlər nəticəsində haqq unudulub, məhv olmaqdadır.” 
    Diqqət edin, imam Hüseyn (ə) öz evində, ana vətəni Mədinədə - hansı ki, camaat onu Peyğəmbərin (s) qoynunda böyüyən görüb - danışmaq imkanından belə məhrum idi. Bunun üçün həcc mərasimini gözləməli olur, Minada bəzi adamları toplayıb, onlarla xüsusi söhbətlər aparırdı.
    Başqa bir nümunə də onun həcc səfərində bəzi nüfuzlu şəxsiyyətlərlə olan söhbətidir. Həzrət bu səfərdə fürsət tapıb, hazırlıq görür, dostlarının və tanıdığı insanların arasından etibarlılarını seçib, gizli yığıncaq təşkil edir, onlarla həmsöhbət olurdu. Sonrakı bəhsimizdə həzrətin bu söhbətləri barədə daha ətraflı danışacağıq. İndi isə onun bəzi hissələrinə toxunub, bəhsimizi davam etdiririk. 
    İmam Hüseyn (ə) əvvəldə cəmiyyətin alimləri kimi tanınan bu şəxsləri danlayıb nəsihət edirdi:  "Siz malınızdan, canınızdan qorxduğunuz üçün öz vəzifənizə əməl etmir, əmr be məruf və nəhy əz münkər etməkdən çəkinirsiniz.”  İnanıram ki, siz bu sözləri dəfələrlə eşitmisiniz. Həzrət əllərini yuxarıb qaldırıb dua etdi:  "İlahi, sən özün şahidsən ki, biz atamdan üzü bəri, dünya malı və hakimiyyət üstündə başqaları ilə mübarizə aparmamışıq. Bizim istəyimiz, özümüzə dünyanın kol-kolsunu yığıb artırmaq deyildir. Birinci dərəcədə bu işdən məqsədimiz, xalqa dinin təsir və köklərini anlatmaq, onlara dini dəyərləri tanıtmaqla özümüzün hidayətçilik vəzifəmizə əməl etməkdir. Bununla da, xalq haqqı batildən seçə bilsin və haqq qara buludların arxasında, bulanıq suların altında itib batmasın. İkinci dərəcədə amalımız, cəmiyyətdə olan xarabalıqları islah etmək, batil işlərin qarşısını almaqdır. Bu vəzifələrin yerinə yetirilməsindəki hədəfimiz bu idi ki, sitəm görmüş xalq əmin-amanlığa çıxsın”. 
    Diqqət edin, Müaviyə imam Hüseynə (ə) deyir: "Əgər sən Yezidə beyət etsən, cəmiyyətdə əmin-amanlıq yaranar.”. 
    İmam Hüseyn (ə) isə cavabında:  "Millətin əmin-amanlığını əlindən alan sən olmusan. Xalqın malına, canına, namusuna təcavüz etmisən.” 
    Busr ibn Ərtat Mədinəyə gələrkən, mühacir və ənsarın qızlarına təcavüz etmişdi. Peyğəmbərin (s) vəfatından bir neçə il keçməmiş Peyğəmbər xəlifəsi adı ilə xalqın qızlarına təcavüz edirlər. Bununla belə, Müaviyə İmam Hüseynə (ə) deyir: "Sən Yezidə beyət etsən, xalqın irzi-namusu qorunar.” Görəsən, Müaviyənin məntiqində əmin-amanlıq nə deməkdir? 
    İmam Hüseyn (ə) buyurmuşdur:  "Mən ona görə qiyam edirəm ki, məzlumlar əmin-amanlığa çıxsınlar. Bizim hədəfimiz cəmiyyətdə ilahi hökmləri icra etməkdir. Biz pula, vəzifəyə görə qiyam etməmişik.” 
    Həyatı təhlükəyə salmaq, eyş-işrətə çatmaq üçün deyildir. Allahına, dininə görə canından keçən insanın hədəfi heç vaxt pul, vəzifə olmaz. Öləndən sonra pul, vəzifə kimə lazımdır?!
    İmam Hüseynin (ə) hansı şəraitdə söhbət etdiyini nəzərə alın. O həzrət (s) xalqın alimlərini, seçilmiş şəxsiyyətlərini bir yerə yığıb söhbət əsnasında onlara belə buyurmuşdu:  "Əgər bizlərə kömək etməsəniz, zalımlar sizə qələbə çalıb, qanınızı sovuracaqlar. Onlar səy göstərib peyğəmbərlərin (s) yandırdığı çırağı söndürmək istəyirlər. Siz belə bir işin baş verməsinə razısınızmı? Əgər istəmirsinizsə, bu qədər bizi tək qoymayın, ən azı dilinizlə, sözünüzlə edə biləcəyiniz köməyi əsirgəməyin. Əgər kömək etməsəniz, elə bir bəlaya mübtəla olacaqsınız ki, sözünüzü eşidən olmayacaq.” 
    İmam Hüseyn (ə) iyirmi il bu vəziyyətdə fəaliyyət göstərməli oldu. Cümə namazında ona xütbə deməyə belə icazə vermirdilər. Əgər İmam bu şəraitdə qiyam etsəydi, aqibəti, terror edilib öldürülməklə nəticələnəcəkdi.
    Gəlin, tarixə nəzər salaq. Məgər Əmr ibn Həmiq, Rüşeyd, İmam Zeynəl-abidinin (ə) oğlu Zeyd və digərlərinin İslam tarixində rolu az olub?! Əmr ibn Həmiq və Rüşeydin şəhadəti haqqında əvvəlki bəhslərimizin birində qısa da olsa, məlumat vermişdik. Zeydə gəldikdə isə, o da qiyam etmişdi. Onu da faciəli şəkildə dara çəkib, şəhid etmişdilər. Adlarını çəkdiyim şəxsiyyətlərin tarixini mütaliə etmisinizmi? Onların haqqında məlumatınız vardırmı və ya onlara əzadarlıq edirsinizmi?! Onlar da şəhid olublar. Ölümlərindən sonra az bir müddət fədarakarlıqları ilə yad olunub xatırlanmışlar. Lakin müəyyən müddət keçdikdən sonra unudulmuş, yaddaşlardan silinmişlər. Əgər imam Hüseyn (ə) da Müaviyə zamanı qiyam etsəydi, onun da aqibəti bu cür olacaqdı. Əvvəla, camaat onu himayə etməyəcəkdi, çünki Müaviyə bütün işlərini xüsusi hiylə ilə görürdü. Müaviyəni Yezid ilə müqayisə etmək olmaz. Müaviyə tədbirli və hiyləgər idi. Yezidin isə siyasəti yox idi və əməllərində hissə qapılırdı. Müaviyə imam Hüseyni (ə) qeybət etməkdə suçlayaraq, o həzrətin nüfuzuna xələl gətirmək, məqamını xalqın gözündə aşağı salmaq məqsədini güdürdü.
    Yadıma gəlir, İslam inqilabının əvvəllərində İmam Xomeyni (r) şahın haqqında danışıb onun siyasətlərini tənqid edəndə, bəzi "müqəddəslər” belə deyirdilər: "Biz hələ bilmirik ki, bu qeybəti eşitmək caizdir, yoxsa yox!” İndinin özündə də bu kimi bəzi dardüşüncəli şəxslər xalqa hansı şəraitdə əmr be məruf və nəhy əz münkər edəcəklərini bilmirlər.
    İmam Hüseynin (ə) də Müaviyə zamanında qiyam etməməsinin əsas səbəbi, tarixi zəminin olmaması, bu hadisənin ən azı xalqın ictimai fikrində dönüş yarada biləcək bir təsir buraxması üçün şəraitin olmaması idi. Amma Yezid zamanında bunların hamısı araşdırılmış, bütün cəhətlər mülahizə edilmişdi. Bütün planlar məqsədyönlü şəkildə həyata keçirilirdi və imam Hüseyn (ə) nə etdiyini yaxşı bilirdi. Dəfələrlə, hətta yol boyu bu işin axırının şəhadətlə nəticələnəcəyini buyurmuşdu. Beləliklə, xalqın bu sadəliklə imam Hüseynin (ə) qətlinə razı olmalarının əsas səbəbi, onların bəzilərinin pulla tamahlandırılıb, vəzifə vəd edilməklə satın alınmaları idi. İndinin özündə də belədir. 
    Ümumiyyətlə, tarix boyu bu siyasətdən geniş istifadə olunmuş, həmin üslub hər dövr və cəmiyyətin tərəqqi və təfəkkürünün inkişaf səviyyəsinə uyğun olaraq tətbiq edilmişdir. Sadəcə olaraq, müəyyən terminlər dəyişilmişdir. Məsələn, xəlifələr öz qanunsuz hakimiyyətlərinə qanunilik qazandırmaq üçün qəbilə başçılarını, məşhur siyasətçiləri və ayrı-ayrı nüfuzlu şəxsləri rüşvət və vəzifə verməklə öz tərəflərinə çəkmiş, yaxud bu kimi maneələri həbs, sürgün, ölüm və digər təzyiq vasitələri ilə aradan aparmışlar. Müasir dövrdə isə, günün tələbinə uyğun olaraq, saxta seçkilər keçirilir, səslər satın alınır, müxaliflər isə müxtəlif adlarla damğalanaraq həbs olunur və ya öldürülürlər. Daha sonra həmişə olduğu kimi, sadə insanların diqqəti digər məsələlərə cəlb edilir, cinayətlərin üzəri örtülür, xalq yavaş-yavaş unutqanlığa alışdırılır. Tarixin bir çox səhifələri silinsə də, imam Hüseyn eşqi, Aşura faciəsi bu qəbildən olmadı. Çünki bu səs, haqqın səsi idi. 
    Müslüm ibn Əqil imam Hüseyndən (ə) əvvəl Kufəyə gəlib camaat qarşısında çıxış edir, mövcud vəziyyət barədə danışıqlar aparırdı. Onlar da qəbul edib, beyət edirdilər. Günün birinci yarısında beyət edən şəxslər, ikinci yarısında öz beyətlərindən döndülər. Bu gedişlə İmam Hüseynə (ə) məktub yazıb, onu hakimiyyəti öz üzərinə götürməyə dəvət edən kəslər, səhəri gün qılınc çəkib, o həzrəti (ə) şəhid etdilər. Həmin şəxslər Kərbəlaya yetişərkən imam Hüseynin (ə) qanını axıtmaqda sanki yarışa girişmişdilər. Aşura günü səhər Ömər Səd camaatı İmamın xeymələrinə sarı hərəkətə təşviq edəndə, əvvəlcə namaz qılmış, daha sonra isə belə demişdi: "Ey Allahın süvariləri! (İmam Hüseynin (ə) qanını axıtmağa gedən orduya "Allahın ordusu” - deyə xitab edirdi.) Atlarınıza minin və Hüseyni öldürməklə behiştə gedin! Behiştə getməyin yolu Hüseyni öldürməkdir!” Ömər Sədin bu cür canfəşanlıq etməsindən güddüyü məqsəd, Rey şəhərinə vali təyin ediləcəyi haqda sərəncam alması idi. Bəli, Ömər Səd vəzifə əldə etmək üçün imam Hüseyni (ə) öldürməyi behiştə getmək, Yezid ordusunu da Allah ordusu hesab edirdi.
    Biz tarixin bu səhnələrindən indiki həyatımız üçün ibrət götürməliyik. İmam Hüseyn (ə) 1300 il bundan qabaq şəhadətə yetişib və Yezid də cəhənnəmə vasil olubdur. Amma biz bu günkü əzadarlıqlardan istifadə edib nə edəcəyimizi, necə həyat sürəcəyimizi düşünməliyik. Nə qədər ki, həyat var, insan var, nə yezidlərin yolu, nə də ömərsədlərin təfəkkürü tamam olub, nə də siyasətləri dəyişibdir. İnsanlar bir-birini əvəz edir, amma siyasətlər və şeytansifətliklər dəyişmir. Bunun üçün də Allahla olmalısınız ki, Allah da sizinlə olsun!
    Əgər dünya səadətini istəyirsinizsə, Allah ipindən möhkəm yapışın. Əgər axirət səadətini istəyirsinizsə, yenə də Allahın ipinə sarılın. Dünya və axirət səadəti imam Hüseyn (ə) bayrağının kölgəsi altındadır!

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 13 Kasım 2014 08:39 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI ELERİN VAR OLSUN ÇOX MARAQLI XEBERDİ.ALLAH MÜAVİYE VE YEZİDE LENET ELESİN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.