Giriftarçılığın ən mühüm amili və yaxud imtahan
Giriftarçılığın səbəbləri arasında hamını əhatə edən və ən mühümü, imtahan və sınaq amilidir. Allah-təala hətta peyğəmbərləri də (onların mə`nəvi dərəcələrinə görə) imtahan edir. Heç kim bu qanundan istisna olunmur. İmtahanın yolları çoxdur. "Ənbiya” surəsinin 35-ci ayəsində buyurulur: "Biz sizi xeyir və şərlə sınağa çəkərik”.
Beləliklə, insan hər cür xeyir və şərlə imtahan olunur. Bə`zi rəvayətlərdə hamıya aid edilən fitnə (imtahan) on hissəyə bölünür:
Doğru yoldan azmaqla imtahan.
Sınaq imtahanı.
Dəlil və höccət imtahanı.
Şirk imtahanı.
Küfr imtahanı.
Odda yanmaqla imtahan.
Əzabla imtahan.
Ölməklə imtahan.
Haqq yoldan saxlanmaqla imtahan.
Şiddətli giriftarçılıqla imtahan.
Bə`ziləri məhəbbətlə imtahanı da bunlara əlavə edirlər.
Yuxarıda göstərilənlərlə çox imtahan olunduğuna görə, insanların ehtiyatlı olması üçün onlar təkrar-təkrar xatırladılır. İmam Əli (ə) buyurur: "Fitnələr qabağa gələndə az yaşlı dəvə balası kimi olun. Onun nə möhkəm beli olur ki, minələr və nə də sağmaq üçün döşləri olur”. İmam (ə) bu sözləri o zaman buyururdu ki, iki azğın dəstə bir-biri ilə döyüşə başlamışdır. O həzrət demək istəyir ki, ehtiyatlı olun. Bu fitnə öz məqsədləri üçün nə sizə minsin və nə də mali imkanlarınızdan özləri üçün istifadə etsin. Yoxsa, əgər döyüşən tərəflərdən biri haqq olsaydı, ona kömək etmək vacib olardı.
Mənbə: "İslamda qəhraman qadınlar" kitabı